Gündəm

Heykəltaraş: “Gədəbəy və Gəncənin icra başçıları Mir Cəlal Paşayevin büstünü qoymaqdan imtina ediblər”

MUMtv.az: - Xəbər verdiyimiz kimi, gənc heykəltaraş Elxan Zeynalov XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyi münasibətilə hazırladığı büstün Gədəbəy rayonunda qoyulması ilə bağlı Gədəbəy rayon icra başçısı Orxan Mürsəlova müraciət ünvanlayıb. Lakin icra başçısı büstün Gədəbəydə qoyulmasından imtina edib.

Siam.az-ın məlumatına görə, bu barədə Pravda.az-a danışan Elxan Zeynalov bildirib ki, Gədəbəy RİH heykəlin postamentini hazırlatmaq üçün maddi vəsait ayırmamaqdan ötrü bəhanə gətirib.

“İcra başçısının birinci müavini Natiq Nağıyev təklif etdi ki, Mir Cəlal Paşayevin fəaliyyət göstərdiyi yeddillik məktəbdə onun üçün ayrılan otağa qoysunlar. Onun sözlərinə görə, məktəbdə büstü qoymaq üçün Təhsil Nazirliyi pul ayırmalıdır. Bu təkliflə razılaşmadım, çünki büst monimental əl işidir deyə, onu qapalı yerdə saxlamaq olmaz. Bildirdim ki, Gədəbəyin əlverişli guşəsində büstü qoyub, ətrafında kiçik bağ salmaq olar. Natiq Nağıyev isə cavabında dedi ki, “axı o zaman pulu Təhsil Nazirliyi ayırmayacaq...” Aydındır ki, RİH büstün postamenti üçün xərc çəkmək istəmir. Sonra yenə əlaqə yaratmaq istəsəm də, N.Nağıyev mesajlarımı oxuyub, cavab yazmadı. Ayıbdır, bu, Mir Cəlal Paşayevə böyük hörmətsizlikdir”, - E.Zeynallı bildirib.

Onun sözlərinə görə, Gədəbəy RİH büstə sahib çıxmadığına görə Gəncə rayon icra başçısı Niyazi Bayramova müraciət ünvanlayıb: “Lakin onlardan da müsbət cavab ala bilmədim. Başçının birinci müavini Səməd Tomuyev təklifimdən imtina edildiyini bildirdi”.

Xatırlatma: Mir Cəlal Paşayev 1928-ci ildə Gəncə Darülmüəllimi bitirdikdən sonra Gədəbəy yeddiillik məktəbində müəllimlik edib. O, 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışıb.

Məsələ ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətinə və Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu göndərilib.//siam.az


Son xəbərlər

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bütün xəbərlər