Gündəm
Gündəm / Cəmiyyət / Video
Bu gün "Kanal14"də nələr olacaq?! - ANONS
"DogruXeber.az" xəbər verir ki, bu gün saat 19:00-da "Kanal14" YouTube kanalında "Kamalın zamanı" proqramının bugünkü qonaqları jurnalist İkram Rəhimoğlu və təhsil işçisi eyni zamanda Şirvan regionunda bütün sahələrə qarşı diqqətli - ictimai nəzarətçi Kazım Cəbrayılov olacaq.
Qeyd edək ki, proqramda gündəm mövzuları, bəzi b millət vəkillərinin qanunsuz işləri, media haqqında yeni qanunun Azərbaycan mediasında yaratdığı problemlər və narazılıqlar, həmçinin Sabirabad rayonun təhsili, o cümlədən Melorasiya və Su Təsərrüfatı ASC -nin Sabirabad rayon şöbəsinin bəzi əməkdaşlarının vəzifəsindən sui-istifadə, korrupsiya halları, vəzifə başında məsul şəxslərin davranışları, yol verdikləri qanunsuzluqlar barədə məsələlər müzakirə olunacaq.
Odur ki, bu gün saat 19:00-da "Kanal14" YouTube kanalında "Kamalın zamanı"nı mütləq izləyin.
Çox maraqlı olacaq.