Gündəm

Danışsam dilim yanar, sussam ürəyim...

"MUMtv.az" xatırladır ki, bir neçə gündür Millət vəkili Vahid Əhmədovun bloger Mehman Hüseynova verdiyi açıq müsahibəsi ölkə gündəmini durmadan silkələyir.

Millət vəkilinin müsahibə zamanı məmurlar və millət vəkilləri barəsində dilə gətirdiyi bəzi həqiqətlər başda spiker olmaqla, Milli Məclisin əksər üzvlərinin qəzəbinə səbəb olub.

Xatırlayırsınızsa, cəmi bir neçə ay əvvəl Erkin Qədirlinin də blogerə verdiyi cəsarətli cavabı da xalq tərəfindən təqdir edilsə də, Milli Məclisin üzvlərini narahat etmişdi. Bəlkə də müstəqil medialar və xalq Erkin Qədirlinin fikrini və özünü dəstəkləməsəydi, indi o artıq çoxdan cəzalandırılmışdı.

İndi də eyni - hətta, daha sərt reaksiya Vahid Əhmədovun söylədiyi bəzi həqiqətlərə hədəflənib.

Kimisi məsələyə özünün deyil, spikerin tərəfindən baxaraq, "özünü şirin satmaq" üçün yaranmış fürsətdən yararlanmağı unutmayıb.

"Deputat Vahid Əhmədovun tərbiyəsiz bir şəxsə müsahibə verməsini, orada deputatların aşağılanmasına rəvac verməsini şiddətlə qınayıram. Onun bu müsahibəsini və fikirlərini parlamentə və onun deputatlarına qarşı açıq-aydın təhdid kimi qiymətləndirirəm. Vahid Əhmədov yaxşı-pis deputat seçimi ilə də məşğuldur. Belə çıxır ki, burada oturan deputatların 2-3 nəfərdən başqa hamısı xaindir, xalq düşmənidir, saxta seçilib, o zaman nə əcəb özünüzə yaraşdırıb burada oturursunuz? Hətta, hər həftə müxtəlif ölkələrdə rəsmi səfərdə olan, bütün format və platformalarda ölkəmiz adına çıxış edən, Ermənistan nümayəndələrini yerinə oturdan, çıxışlarının ingilis və rus dili versiyaları yalnız bizlər yox, digər ölkələrin vətəndaşları tərəfindən belə geniş paylaşılan xanım sədr Sahibə xanımın adını çəkməyərək, dolayısı ilə xanım sədri də dövlətə canı yanmayan kimi qələmə verir. Bu qədər ağını çıxarmaq, haqsızlıq etmək olarmı? Sahibə Qafarovanın əməyini görməmək, onun dövlətimiz üçün etdiklərini gözardı etmək ən böyük insafsızlıq və həqarətdir. Çox təəssüf edirəm ki, deputat həmkarlarını hədəfə alan, onların təhdid olunmasında birbaşa iştirak edən, parlamentdə oturub parlamenti və deputatları bəyənməyən, onlara yuxarıdan aşağı baxan bir kəslə bir parlamenti bölüşməli oluruq". - deyən deputat Razi Nurullayevin bu çıxışında "bir atəşlə iki hədəf" seçdiyi aşkar şəkildə özünü göstərir.

Zaman-zaman biznesləri, əmlakları, övladlarının vəzifələri, övladlarının əmlakları ilə bağlı, həmçinin ötən ilin gilas mövsümündə xalqın və müstəqil mediaların gündəmində kifayət qədər özünəməxsus yer alan "Ana Vətən" partiyasının rəhbəri - deputat Fəzail Ağamalı isə bildirib ki, "Bu yaxınlarda həmkarımız Vahid Əhmədov mətbuatda xoşagəlməz müsahibə verib. Blogerin suallarının təsiri altına düşən həmkarımız dövlətin həyata keçirmiş olduğu fundamental məsələlərə şübhə toxumu səpməyə çalışıb. Məni narahat edən millət vəkilinin Azərbaycan dövlətçiliyinə təhdidləri, qərəzli münasibətləridir. Vahid Əhmədov ölkə prezidentinin sosial siyasətinə kölgə salır. Bunu ən müxtəlif tezislərlə əsaslandırmağa çalışır. Belə çıxır ki, Azərbaycanda uzun illərdən bəri həyata keçirilmiş sosial siyasət heç bir nəticə verməyib. Azərbaycanda korrupsiyanın və kölgə iqtisadiyyatının tör-töküntülərinin qalmasını sistemin üzərinə yönəltməyin özü acı təəssüf doğurur..."

Sözdə müxalifət partiyalarının rəhbərləri olan hər iki (Razi N. Və Fəzail A.) millət vəkilinin sosial medialarda, yaxud sosial şəbəkələrdə ümumiyyətlə heç bir cəsarətli çıxışları olmadığı halda, həqiqətləri deyən cəsarətli - sözün əsl mənasında Millətin vəkili olan, xalqın mövqeyindən danışan, dürüstlüyü ilə təkcə öz seçicilərinin deyil, eyni zamanda xalqın sevgisini və diqqətini cəlb edən Vahid Əhmədova qarşı spiker və ölkə prezidentində qəzəb oyadacaq ifadələr ortaya atıb, onlarda mənfi fikir oyatmağa çalışırlar.

Yeri gəlmişkən, Vahid Əhmədov da onlara qarşı cavabını çox gözlətməyib. O, bildirib ki, hər zaman dövlətin yanında olub, dövlətçilik mövqeyini müdafiə edib, yenə də müdafiə edir:
- "Həm Milli Məclisdə, həm də mətbuatda hamıya aydındır ki, mən hansı mövqedə olmuşam. Burada Fəzail Ağamalı elan etdi ki, mənim məsələmə İntizam Komissiyasında baxılsın, etiraz etmirəm, baxsınlar. Mən bütün suallara cavab verməyə hazıram".

Bəli, təbii ki, cəsarətlə həqiqətləri söyləyən - bir çox oliqarx məmurların və biznesmen deputatların gerçək simasını təqdim edən şəxsiyyətin bu mövzuda bütün suallara da veriləcək cavabı vardır.

Fəzail Ağamalının mülklərinin sosial şəbəkədə yayılan siyahısı.

1. “BUTA” bağçaları (qızı Günay Ağamalının adına)
2. Novxanıda villa (öz adına)
3. Novxanıda villa (oğlu Elçinin adına)
4. Nərimanov rayonu, M.Əlizadə küçəsində 2 mənzil
5. M.Araz küçəsində 2 mənzil
6. Çınqıl zavodu
7. Neftçala rayonunda şadlıq sarayı
8. “555” nömrəli bahalı avtomobillər
9. Ukraynada meyvə biznesi
10. Atatürk prospektində villa
11. Şəhərin bir neçə yerində təzə binalarda mənzillər
12. Xətayi rayon məhkəməsinin binası (icarədədir, F.Ağamalıya məxsusdur)
13. Boru sexləri (oğlu idarə edir) və s.
14. Salyan və Neftçala rayonlarında yüzlərlə parnik, obyekt və yük maşınları.

Elnur Allahverdiyev - Azərbaycanda elektronika, məişət texnikası və mebel satışı üzrə fəaliyyət göstərən “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi olduğu deyilir.

İqbal Ağazadə - Qardaşı İlqar Ağazadənin və özünün tikinti biznesi ilə məşğul olduğu deyilir

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Lənkəranın deputatı Hadı Rəcəbli - Lənkəranda dəniz kənarında yerləşən "Palıdlı Sahil” istirahət mərkəzi.

Lənkəranlı daha bir biznesmen deputat isə Rüfət Quliyev - "European Tobacco Baku” ASC-nin İdarə Heyətinin sədridir.
"European Tobacco Baku” ASC ölkəmizdə tütün məmulatlarının istehsalını yerinə yetirir.

Əliağa Hüseynov - Paytaxtın Həsən bəy Zərdabi prospekti 20-də, metronun "20 Yanvar” stansiyasının yaxınlığında yerləşən "Atlantis” şadlıq sarayı və "Adanalı Hasan Kolcuoğlu” restoranın sahibidir.
Deputatın bundan əlavə Salyanda ferması da mövcuddur.

Abşeron və Sumqayıt seçicilərini təmsil edən deputat Hacı Salayev - "TRUS” MMC-nin sahibidir.

Lerikin deputatı İqbal Məmmədov - "Kaspi-Yıldız” şirkəti və Azərbaycanın ən tanınmış turizm mərkəzlərindən olan - "Relax” İstirahət Mərkəzinə rəhbərlik edir. Eyni zamanda "Lebr broyler"in də sahibi olduğu deyilir.

Mahir Aslanov - "Kəpəz Group” şirkətinin sahibidir. Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Digər tərəfdən, "Kəpəz” hotel, "Happy İnn” hotellər şəbəkəsinin də ona məxsus olduğu bildirilir.

Və sair...

Oxucularımız da bilir ki, bu hələ hamısı deyil. 125 deputatımız var və onların əksəriyyətinin bir neçə biznesləri var. Özü də çox zaman bunu başqalarının adına rəsmiləşdirirlər. Amma, içlərindən biri bunu açıq şəkildə dilə gətirəndə də spikerdən tutmuş müavininə, İntizam komissiyasının üzvlərindən Hikmət Babaoğlu və Milli Məclisin bütün üzvlərinə kimi hamısı onu az qala "xalq düşməni" elan etdilər.

Qeyd edək ki, Fəzail Ağamalı özü də İntizam komissiyasının üzvüdür. Bəlli ki, məhz buna görə məsələyə intizam komissiyasında baxılması təklifini irəli sürdü.

Bəziləri güya məsələyə hümanist yanaşaraq sualların təsirinə düşdüyünü dedi, spikerin müavini Fəzail İbrahimli isə Vahid Əhmədovun bunu məqsədli şəkildə etdiyini dedi və hətta, "mandatını qoy get", - deyə əmr etməkdən də çəkinmədi.

Təsəvvür edirsinizmi, bütün bunlara səbəb sadəcə və sadəcə Vahid Əhmədovun həqiqətləri söyləməsi oldu.

Dəhşət !!!

"Ya zəlzələdən, ya vəlvələdən".... Əsas odur ki, kişi doğruları deyib. Adama deyərlər siz niyə "göynəyirsiniz" ay deputatlar? Axı hamınız bir ağızdan "soğan yemədiyinizi" iddia edirsiniz.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

MUMtv.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər