Gündəm

Cəlilabadın icra başçısı Şah Abbas rolunda... - Rafiq Cəlilov ”dərviş libasında”

MUMtv.az: - Cəlilabadın icra başçısı Rafiq Cəlilov özü haqqında yeni “mif” yaratmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, sözügedən şəxs sosial şəbəkələrdə yeni bir “əfsanə” yaydırıb.

Belə ki, həmin “əfsanəyə” əsasən Rafiq Cəlilov Ramazan Bayramı günlərində Cəlilabadın ucqar kəndlərindən birinə səfər edib və oradakı kənd dükanlarından birinə daxil olub. Satıcıdan kənd sakinlərinin dükana nə qədər borcu olduğunu soruşub. Sitat: “İcra başçısı ucqar dağ kəndinə gedərək, oradakı dükana girib və satıcıdan borc dəftərini istəyib. Həmin borcları isə bağlamaq istəyində olduğunu çatdırıb. Satıcı bunu zarafat kimi qəbul etsə də, başçı ciddi olduğunu söyləyib. Satıcı kənd sakinlərinin dūkana 2000 manat borclarının olduğunu söyləyib. Başçı da həmin 2000 manat pulu verərək, dūkançıdan borc dəftərini alaraq kənd sakinlərinin borcunu ödəyib”.

Qeyd edək ki, Cəlilabadın icra başçısı hələ bu vəzifəyə gəlməmişdən öncə, Əmlak Məsələləri Dövlət Komitəsində çalışdığı dönəmlərdə “ad çıxarmış” biri olub. Prezidentin müşaviri Kərəm Həsənovun sadiq kadrlarından biri olan Cəlilovun, əmlak işlərində “böyük uğurları” az olmayıb. Nəticədə, dilə-dişə düşüb.

İndi isə Rafiq Cəlilov Cəlilabadda gah hərbçilərimizə təkər göndərilməsi prosesində iştirak etməsini, gah da bu cür “borcbağlama kampaniyası” təşkil etməsi ilə özü barədə müsbət rəy yaratmağa çalışır. Görünür, Cəlilov başqa kreativ bir şey düşünə bilmir. Ya da onun imicini düzəltmək istəyənlərin daha məqbul bir fikirləri yoxdur ki, belə ucuz varianta əl atıblar.

Cəlilovun bu hərəkəti daha çox Şah Abbasın vəziri ilə birlikdə kasıb geyimdə kəndbəkənd gəzməsini xatırladır. Şah Abbas da bir zamanlar belə gəzərək, məmləkətdən xəbərdar olurdu. Səhvlərini görür, düzəltməyə çalışırdı. Lakin Cəlilabadın icra başçısı nə Şah Abbasdır, nə də rəhbəri olduğu rayonda ədalətin bərpa olunmasında maraqlıdır. Sadəcə, özünü “ədalətli başçı” rolunda özünü təqdim etməyə cəhd göstərir.

Bu arada Rafiq Cəlilovun müavinlərindən birinin dediyi “İcra başçımızın göstərişi əsasında Günəş çıxıb” “aforizmi” hələ də dillər əzbəridir. Yəqin, bundan sonra “borc dəftərini bağlamaq” mövzusu gündəmdə olacaq. //jamaz.info//


Son xəbərlər

Azərbaycan və Ermənistanın spikerləri bu tarixdə görüşəcəklər

XİN Ermənistanla sülh sazişinin şərtlərini açıqladı

"Trendyol"da çatdırılma niyə bahalaşdı?

Qumar oyunlarını reklam edən bloqerlərə XƏBƏRDARLIQ

"Arxları təmizləmək üçün bizdən pul yığırlar" - Birinci qrup əlildən ŞİKAYƏT

İlham Əliyev Şen Yueyueni qəbul etdi

Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlandı

Minimum əməkhaqqı nə qədər artacaq? - AÇIQLAMA

Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - FOTO

Əlilliyin qiymətləndirilməsi ilə bağlı YENİLİK

Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi

ƏDV-dən azad edilən mineral gübrələrin siyahısı təsdiqləndi

Bu şəxslər də təhsil krediti ala biləcək

Piylənmə xərçəng xəstəliyinə səbəb olur

Şuşaya növbəti köç karvanı yola salınıb

Zelenskidən Xarkovla bağlı açıqlama

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında torpaq qalmaqalı davam edir

AQTA vəzifəsinin öhdəsindən niyə gəlmir? İDDİA

Göycayda qeyri-iş vaxtı işə çıxardılan fəhləni ilan sancdı... İDDİA

İbrahim Nehrəmlinin Oğuzun Mollalı kəndində 10 ha qoz bağını məhv etdirməsinə ETSN-də niyə göz yumurlar

Elçin Yusubovu təhdid edənlər kimdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı – VİDEO

“AzerGold” QSC-nin növbəti qızıl sikkəsi Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub

“Ziyəddinoğlu” MMC məhkəmə qərarını icra etmir – əziyyət çəkən isə əlil və qazidir//FOTO

Qalmaqallı tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir-Nəsimi rayonunda qalmaqal

Oliqarx İsmayılov gəlinini həbslə hədələyir – ŞOK AİLƏ DRAMI

Taleh Kazımov bu qadını direktor təyin etdi - FOTO

Sükan arxasında heç kim özünü aldatmasın - DYP-dən müraciət

Mirzoyana Bayramovun BMT-dəki çıxışı ilə cavab verildi

Azərbaycanda İİV-lə yaşayan şəxslərin sayı açıqlandı

Gənclər arasında işsizlik dinamikası təhlil ediləcək

Bakıda obyekt sahibi ağacları kəsdi

Bu qadınların maaşları artırıla bilər

Bütün xəbərlər