Gündəm
Gündəm / Siyasət / Dünya
Finlandiya prezidenti Türkiyəyə gəlib

"MUMtv.az" "haberglobal"a istinadən xəbər verir ki, Finlandiya prezidenti Sauli Niinisto 16-17 mart 2023-cü il tarixlərində Türkiyəyə işgüzar səfər edəcək.
Finlandiya Prezidenti Sauli Niinisto Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 16-17 mart 2023-cü il tarixlərində Türkiyəyə işgüzar səfər edəcək.
Cümə günü, martın 17-də İstanbulda keçiriləcək görüşlərdə Türkiyə-Finlandiya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.
İkitərəfli əlaqələrlə yanaşı, NATO-nun Madrid Zirvə Toplantısı çərçivəsində imzalanmış Üçtərəfli Memorandum əsasında Finlandiyanın NATO-ya üzvlük müraciəti, Türkiyə-Avropa İttifaqı münasibətləri, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub .
MUMtv.az
Kamal Əsgərov