Gündəm

Bu şəxslərin sürücülük hüququ əlindən alına bilər - Tibbi müayinə geri qayıdır?
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Türkiyədə dekabrın 1-dən etibarən bəzi sürücülərin testdən keçirilməsi məcburi olacaq. Kommersiya məqsədli, yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrini idarə edən sürücülər psixotexnologiya testindən keçiriləcəklər. Əks halda isə buna görə avtomobil sahibləri 855 türk lirəsi (255 AZN), sürücülər isə 283 TL (83 AZN) məbləğində cərimələnəcəklər. Belə bir qərarın qəbul edilməsində məqsəd baş verəcək qəzaların sayını azaltmaqdır.

Azərbaycanda da qəzaların il ərzində yüzlərlə can aldığı məlumdur. Bizdə də oxşar tədbirlər görülə bilərmi?

Mövzu ilə əlaqədar "Yeni Sabah”a  danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, sürücülər üçün mütləq şəkildə mütəmadi tibbi müayinə bərpa olunmalıdır:

"Bu məsələ də həmişə dəstəkləmişəm ki, sürücülərin psixoloji vəziyyətləri yoxlanılsın və sürücülərin tibbi müayinə məsələləri bərpa edilsin. Əvvəllər hər 10 ildən bir sürücülük vəsiqəsi dəyişiləndə tibbi arayış almalı idik. Təəssüf ki, Səhiyyə Nazirliyi onu formal struktura çevirmişdi. Bunun üçün 30-50 manat verərək, sağlamlıq haqqında arayış alırdılar. Sonra bunu ləğv etdilər. İndi isə 18 yaşda sürücülük vəsiqəsi alanda, bir də 60 yaşdan sonra tibbi müayinə tələb olunur. Ola bilməz ki, insan ömrünün 40 ilində hər hansı bir xəstəlik - psixoloji, ürək-damar xəstəlikləri, şəkər xəstəliyi və s. keçirməsin".

Səhhətində problem olan xeyli insanın sükan araxasında əyləşdiyini xatırladan ekspert bu səbəblə baş verən qəzaların azaldılması üçün atıla biləcək addımlardan da bəhs edib:

"Biir müddət öncə Xaçmazda sükan arxasında bir sürücü infakt keçirərək, ölüb. Həmçinin qəza da törədib. Hazırda yollarımızda da ağır xəstəliyi olan sürücülər də var. Onlara da heç kim heç nə demir. Çünki qanunla icazə verilib. Bu məsələnin bir tərəfidir. Digər tərəfi isə psixoloji vəziyyəti gərgin olan o qədər sürücü var ki. Məsələn bir-birilərini ötmək istəyən, bir-birini döyən süücülər və s. Mən bu yaxınlarda bir hadisənin şahidi oldum ki, insan bir ayağını itirib. Lakin mexaniki ötürücü qutusu olan avtomobil idarə edir. Hətta narkotik aludəçisidir. Bir müddət sonra o normal şəkildə Asan Xidmətə müraciət edib, sürücülük vəsiqəsi alacaq. Ona görə tibbi müayinə mütləq tətbiq olunmalıdır. Lakin kriteriyalar dəqiq müəyyənləşməlidir. Yəni orda görmə qabiliyyəti, eşitmə qabiliyyəti, qan analizi və s. yoxlanılır. Amma mən düşünürəm ki, orda mütləq psixoloq otağı da olmalıdır. Psixoloqun mənfi rəy verdiyi sürücülərə də sürücülük vəsiqəsi sınaq müddətinə verilməlidir. Yəni həmin şəxs hardasa gərginlik və ya qəza törədərsə, onun sürücülük hüququ bərpa edilməməlidir". 

Ekspert tibbi müayinənin gələcəkdə bərpa ediləcəyini istisna etməyib:

"Bununla bağlı Bakı Dövlət Yol Polisi idarəsi də artıq neçə illərdir ki, müraciətlər edir ki, tibbi müayinə bərpa edilməlidir. Çünki, DYP-nin səlahiyyəti yoxdur ki, hansısa sürücünü müayinədən keçirsin. Ola bilər ki, indi sağlam, amma 3 ay sonra xəstəlik keçirib, sürücülüyə yararsız olaq. Ona görə də son zamanlar sükan arxasında ölənlərin sayı artıb. Artıq il ərzində 30-40 belə bir fakt qeydə alınıb”.


Son xəbərlər

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Bütün xəbərlər