Gündəm
Gündəm / Hadisə / Dünya
Kamçatka sahillərində 6,1 bal gücündə zəlzələ baş verib
"MUMtv.az" "news.am"a istinadən xəbər verir ki, Kamçatka sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Rusiya Elmlər Akademiyasının geofizika xidmətinin Kamçatka bölməsinin məlumatına görə, təkanların episentri Severo-Kurilsk şəhərindən 128 km aralıda yerləşir.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də Kamçatkanın cənubunda zəlzələ qeydə alıb. Mərkəzin məlumatına görə, hadisə Severo-Kurilsk şəhərindən 100 km aralıda, 60 km dərinlikdə baş verib.
Zəlzələ yerli vaxtla saat 18:03 radələrində baş verib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sonuncu dəfə yanvarın 8-də Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi tərəfindən episentri Kamçatkanın cənubunda 5 bal gücündə zəlzələ qeydə alınıb. "Kommersant" yazır ki, daha sonra zəlzələnin episentri Severo-Kurilskdən 69 km aralıda olub.
MUMtv.az
Anarə Muhəmmməd