Gündəm
Gündəm
Nazir İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdi
İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisi şəxsi heyətə təqdim olunub.
Daxili İşlər Nazirliyindən MUMTV.az-a verilən məlumata görə, noyabrın 16-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək polis polkovniki Əlaslan Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.