Gündəm

Susmaq imkanı olub susmayanlarımız - Dissinent Sabir Yanardağ

Bu gün bütün ömrünü xalqın yolunda qoyan, 1927-ci ildə Şəkidə anadan olub, ömrü təqiblərdə keçən, "Varlıq", "Çənlibel" təşkilatlarının və milli azadlıq hərəkatının görkəmli simalarından biri Sabir Yanardağın doğum günüdür. O, hələ 1971-ci ildə antisovet əqidəsinə görə partiya biletini təhvil verən bir şəxsdir. Məşhur disidentlərimizdən biridir. ..Düşünürəm ki. onun qəlbinə azadlıq toxumları o hələ uşaq ikən atası tərəfindən səpilib.Belə ki, onun atası Azərbaycan Cümhuriyyəti dövründə ordu zabiti olub.

Sabir Yanardağın tərcümeyi halı haqqında yazamaq istəmirəm. Çünki o, özü bu haqda belə deyirdi: “Mənim tərcümeyi-halım, xarakterim onu ifadə edən canlı fəaliyyətim, sərbəst çıxışlarım və illah da sandıqlara doldurulan qadağan olunmuş əsərlərimdir”.

Mənə görə Sabir Yanardağın adı Müstəqil Azərbaycan tarixində ilk onluqda çəkilməlidir. Ölənə kimi də ailə qurmadı... Əvvəlcə deyirdi ki, millətim azadlığı çıxmayana qədər ailə qurmaram, sonralar isə deyirdi ki , "bütün sizlər mənim "övladlarım" deyilsiniz?"
O, Bakı Dövlət Universitetində təhsil alanda antisovet fəaliyyətinə başlamışdı.. Tələbələr arasında sovet hökuməti əleyhinə söhbətlər edirdi.. Əsasən də danışırmış ki, “Kolxozlar müstəmləkə formasıdır”, “Plan camaatı istismar edir”, “Böyük qardaşlar xırda xalqları istismar edir”, “Biz niyə sizə o qədər məhsul veririk?” və s.

Təbii ki,o zaman bu cür fəaliyyət cəzasız qala bilməzdi...Və tezliklə Sabiri bu açıq təbliğatına görə məsuliyyətə cəlb edirlər. Hətta onu güllələmək, uzun müddətə həbs etmək məsələsini də düşünürdülər. Lakin ilkin məqamda universitetdən xaric edirlər(.

Lakin o,yenə də fəaliyyətindən geri qalmırdı. Və hətda bir dəfə özünü dramaturq "Cəfər Cabbarlı əmi" kimi təqdim edib deyirmiş ki, mən əvvəlcə "İliç buxtası" əsəri yzamışam, indi isə "İliç noxtası" əsərini yazıram. Yazıçılar İttifaqını isə "Yazıçıların "İt- Tufağı" adlandırırdı...

Dediyim kimi Sabir bəy hələ 1971-ci ildə antisovet əqidəsinə görə partiya biletini təhvil verib. Həmin illərdə o, açıq dissident ruhlu xeyli əsərlər yazır: 1)“İctimai taun!”. 2) “Görünən və görünməyən”. 3) “Asif Əfəndiyevə məktub”. 4) “Biz hansı dünyada yaşayırıq?

1973-cü ildə isə Şəkidə böyük xalq qiyamı baş verir. Xalq sovet rejimindən açıq şəkildə narazılığını bildirir. Maraqlıdır ki, üsyanın dinc yolla qarşısını almaq, sakitləşdirmək məqsədi ilə oraya göndərilən ziyalılar arasında Sabir bəy də olub.

Və nəhayət, 80-ci illərdə Xəlil Rza Ulutürk, Əbülfəz Elçibəy, Ənvər Börüsoy, Firudin Ağasıoğlu, Sabir Yanardağ, Məhəmməd Hatəmi Tantəkin, İsfəndiyar Coşğun və digər gənclərin, ziyalıların fəaliyyəti ilə artıq milliyyətçi hərəkatın ikinci - aşkar dövrünə keçid baş tutduğunu görürük. Hesab edirəm ki, elə Sabir Yanardağın da iştirak etdiyi "Varlıq "və "Çənlibel "təşkilatlarının fəaliyyəti sonra başlanan “Meydan” hadisələri üçün təməl rolunu oynadı.

Arxiv materiallarına nəzər yetirəndə Sabir Yanardağın (Sabir İmamverdiyevin) Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri Qorelovskiyə yazdığı ərizəsinə razt gəlirik.

Ardı gələn sayımızda...

Baba Allahnəzərov

Son xəbərlər

İsveç parlamenti NATO-ya üzv olmağa razılıq verib

Medvedev deyir ki, Rusiya müharibəyə Ukraynanın Rusiyanın bir hissəsi olduğu üçün başlayıb

Fəlakət bölgəsində epidemiya iddiaları...

Şimali Koreya bir neçə qanadlı raket atdı

Rusiya Ukraynanı yenidən vurdu

Əmək və Azadlıq Alyansı prezident seçkilərində namizəd irəli sürməyəcək

Yaponiyanın baş naziri elan olunmamış səfərdə Ukraynaya dəstəyi davam etdirəcəyini vəd edib

ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycan

Putin Çinin Ukraynada sülhə dair mübahisəli təkliflərini alqışlayır

Blinken: Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalaya bilər

Əfsanəvi özüyeriyən zenit silahı "Şilka" "qatil dronları" adını aldı

Çexiya prezidenti artıq Ukraynaya kömək edə bilməyəcəklərini bəyan edib

Tramp məhkəməyə qandallı gəlmək və iclası tamaşaya çevirmək istəyir

Almaniya xalqı ən çox müharibədən qorxur

Moskvada "qarayara" şübhəsi ilə xəstə yerləşdirilib

Vətəndaşlardan `haqq` tələb edın MTK sahibi universitetin baş müəllimi imiş... - BU NƏDİ BELƏ?

Dövlət qurumlarında TENDER MAXİNASİYASI: Qətldə suçlanan şəxs necə qalib “seçilib”?

Klinikalar arasında ƏSL SAVAŞ GEDİR... - BU NƏDİ BELƏ?

Scholz Ukraynada uzunmüddətli münaqişənin olacağını proqnozlaşdırır

BMT-nin klimatoloqları “insanların sağ qalması üçün bələdçi” nəşr etdi

Donald Tramp həbs olunub?

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Yaponiyanın baş naziri gözlənilmədən Ukraynaya səfər edib

Yaponiya Təpəli İbisi Materikdə Vəhşi vəziyyətə qaytarmaq üçün Prosesə Başlayır

Çekirge dağı parçalanıb

Lukaşenko təhlükəsizlik qüvvələri tərəfindən terror aktları üçün nəzərdə tutulan partlayıcı maddələrin aşkar edildiyini açıqlayıb

Cankoy şəhərində partlayış Rusiyanın "Kalibr NK" qanadlı raketlərini məhv etdi: Şəhərdə fövqəladə rejim tətbiq edildi

İran XİN rəhbəri gələn həftə Moskvaya rəsmi səfər etməyi planlaşdırır

Yaponiyanın Baş naziri NWO başlayandan bəri ilk dəfə Ukraynaya səfər edəcək

Toivo Klaar Brüsseldə Çavuşoğlu ilə görüşüb

Macarıstan Aİ-nin Putinin həbsinə order verilməsi ilə bağlı birgə bəyanatının bloklandığını təsdiqləyib

Prezident Ərdoğandan mühüm açıqlamalar

Bütün xəbərlər