Gündəm

DƏNİZ TƏBRİZLİNİN BİR ŞEİRİ HAQQINDA - Ədəbi tənqid

( Əvvəli ötən sayımızda )
Bəzən biz, yəni şüuru, ağlı olan hər kəs, ətrafımızda və içimizdə var olan şeylərin mahiyyəti, mənası və yaranışı ilə maraqlanır, görünən və görünməyənlərin arasındakı əlaqəni ortaya çıxarmağa şalışır, təbiət, cəmiyyət, yaradılış haqında fikirləşirik. Yəni dünya haqqında, dünyada baş verən hadisələr haqqında, onları yaradan və doğuran səbəblər haqqında istər-istəməz düşünür və bu barədə bizi maraqlandıran sualara cavab axtarırıq. Böyük filosof İmmunuel Kanta görə xarıcı aləm hisslər materiyasını verir,lakin bizim əqlimiz həmin materiyanı məkan və zamanda qaydaya salır, eləcə də anlayış hazərlayır ki, həmin anlayışın köməyi ilə biz təcrübəni başa düşürük. Bizim hisslərimizin səbəbi olan dünya özündə dərk edilməzdir. Yəni insan Ulu Tanrının ona verdiyi qədər dərk edir. Bu və digər məsələlər Dəniz Təbrizlini düşündürən, onu narahat edən, yaradıcılığının əsas mövzusuna çevrilən problemlər və fəlsəfi anlamlardır ki, bunlar da zaman- zaman şair və yazıçılarımızı, ziyalılarımızı, fikir və düşüncə sahiblərinin marağına səbəb olmuşdur. “ Yuxu” sərbəst şeiri də Dəniz Təbrizlinin məhz bu cür düşündürücü, insanı xəyyallar dünyasına şəkib aparan maraqlı poetik nümunələrdən biridir. İnsan yaşayır, fəaliyyət göstərir, qurub- yaradır, ictimasi- faydalı əməmklə məşğul olur, cəmiyyətimizin fəal üzvlərindən birinə çevrilir. Lakin onun özünün özəl həyatı, fikri, düşüncəsi, sevinci, kədəri, dərdi- qəmi var. Və onu əhatə edən, marağına səbəb olan obyektiv varlıqlar, həyat həqiqətləri, görünən və görünməyən qüvvəıər haqqında düşünmək, fikir yürütmək haqqı var. Hətda insan yatanda da fikirləşir, onu düşündürən, narahat edən məsələlər haqında dərin düşüncələrə, xəyallara dalır. “ Yuxu” şeiri də belədir. Şair yazır: “ Bir azdan yuxuluyacağam, Bəlkə də son dəfə yorğanı başıma çəkib özlədiklərimə ağlayacağam. Və son dəfə bəlkə yuxu görəcəyəm. Anam demişdi axşam, dünya heç nədir”.
Bu, zəiflik deyil. Zəif bir insanın sayaqlamaları deyil. Əsil həqiqətdir. Konkret və obyektiv həqiqəti əks etdirən bir reallıqdır ki, şairin qəlbini, ruhunu təlatümə gətirib özünü təcəssüm etdirir. Yuxunun özü deynin fəaliyyət formasının minimal səviyyəyə enməsini və ıtraf mühitlə reaksiyasının azalması ilə müşaiyyət olunan təbii fizioloji prosesdir. Məcburi yuxu canlıların bütün cinsi və zehni fəaliyyətini dayandırır. Amma Dəniz Təbrizlinin qəhrəmanı yatmır, narahatdır, köksündə planet sökdürən, qəlbini didib – pareçalayan fikirlər içərisində “son dəfə yorğanı başına çəkib özlədiklərinə ağlayır”, bozlayır. Mən burda çox dərinə getmək, detalara varmaq, nəyisə axıra qədər incələmək və beləliklə də diqq.tli və əziz oxucularımızın haqqına girmək istəmirəm. Bu, onların işidir, oxumaq, düşünmək, fikirləşmək və təhlil etmək... Hətta ola bilər ki, müəyyən bir fikir, söz üstündə müəlliflə oxucular arasında fikir ayrılığı yaranar. Bu da təbiidir, çünki elə-belə adi bir şeir, adi bir söz, fikir mübahisə yaratmaz, alternativ fikir doğurmaz. Əslinə qalsa Dəniz xanımın bəzi poetik nümunələrində düşündürücü cəhətlərlə yanaşı, fikir mübadiləsi aparmaq üçün əsaslar ola biləcək predmetlər və məqamlar da var. Mən bunu normal hesab edirəm və düşünürəm ki, hardasa bu, şairin uğurudur: oxunur, müzakirə olunur və etiraz edilir. Beləliklə də nəticədə oxucu mütaliə edir, düşünür, fəalıq göstərər.

N. MƏMƏRLİ.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər