Gündəm

Ən böyük görüləcək iş  cəhalətlə, cahillərlə mübarizədir

13 yaşlı qıza təmtəraqlı nişan məclisinin təşkil edilməsi ilə bağlı xəbər ikrah hissi oyadır. Nişandan sonra polisin işə qarışması təqdirəlayiqdir. Amma nişandan öncə xəbər tutulsaydı və ya elə nişan mərasimində qapını polis döysəydi, digərləri üçün də yaxşı dərs olardı.

Bir ata, bir ana 13 yaşlı körpə, həddi-buluğa çatmamış qızını yad kişiyə necə qıya bilər, yad kişi ilə necə təsəvvür edə bilər? İnsan savadsız ola bilər, amma şərəf-qeyrət hissi insanın içində olur. Görəsən, 18 yaş həddindən xəbərsiz valideynlər hansı əsrdə, hansı şəraitdə yaşayırlar?

Yaxşı, tutaq ki, valideynlər qanunla müəyyən edilmiş yaş həddinə çatmayan şəxslərin evləndirilməsinin cinayət məsuliyyəti daşıdığını bilmirlər. Çünki cahildirlər. Bəs kənd əhli? Bütün kənd camaatı cahildirmi? Bir aulda, bir kənddə bələdiyyə, icra nümayəndəsi, polis nəzarəti, məktəb direktoru, məktəb kollektivi deyilən icmalar var axı. Onların hamısı qanundan xəbərsizdirlərmi, yoxsa laqeydlik burulğanındadırlar? Özünü təhsilli, ziyalı sayıb kənd əhli arasında fərqlənənlər hara baxır? Ağsaqqallar? Ağsaqqallar da 13 yaşda qız uşaqlarının ərə getməsini məqbul sayıb göz yumurlarsa, vay o kəndin halına!

Əgər belədirsə, o zaman biz kütlədən nə gözləyirik? Maarifləndirmə proqramlarının aparıldığı, erkən nigahlara yox deyildiyi, bütün güc-qüvvə ilə qadın inkişafının dəstəkləndiyi, dövlət və qeyri-dövlət təşkilatlarının həyata keçirdiyi layihələrin bərabərində eyni problemlərin şahidiyiksə, demək ki, görülən işlər yetərli deyil. Ən böyük görüləcək iş isə cəhalətlə, cahillərlə mübarizədir.

Mətanət Ağamirli,
Əməkdar jurnalist

Son xəbərlər

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

Bütün xəbərlər