Gündəm

Dəniz Təbrizlinin bir şeiri haqqında

MUMtv.az: - Dəniz Təbrizli! Bu ad yəqinki ,poeziya həvəkarlarına və oxucularımızın çoxuna tanış deyil. Bu da təbiidir,çünki Dəniz xanım Cənubi Azərbaycanda Təbrizdə yaşayır,orda yazıb-yaradır. Dəniz xanımın öz orijinal yaradıcılıq yolu,yaradıcılıq forması,öz dili ,stili olan ,qaranlıqlar içərisində öz nurlu baxışları işıq saçan , insanları düşündürən ,onlara xoş təsir bağışlayan şairdir.Düzünü deyim ki,Dəniz Təbrizli son illər mənim diqqətimi çəkən ,marağıma səbəb olan Cənubi Azərbaycan şairlərindən biridir.Yalnız ona görə yox ki,yenilikçidir,qafiyə xatirinə sözü oynatmır,sözə böyük hörmət və məhəbbətlə yanaşır,onun qədrini bilir,sevir, əzizliyir,onu Ulu Tanrının insanlara bəxş etdiyi möcüzələrdən biri heab edir,həm də ən əsası ona görə ki,fikri,düşüncəsini əsas götürür,onu böyük yaradanın yaratdığı bioloji varlıqlar içərisində insanlara bəxş etdiyi ən böyük dəyər kimi qiymətləndirir.Fikir , düşüncə, idrak Dəniz Təbrizli yaradıcılığının əsas qayəsini təşkil edir və o ,insanları əyləndərməkdən ötəri hisslər və duyğular bəxş etməkdən daha çox düşünməyi təbiət,cəmiyyət yaradılış haqqında , inkişaf qanunları haqqında fikirləşməyi sevir.Bəlkə də bu ilk, tanışlıqdan bəzi oxucularımıza xoş təsir bağışlamaz,onları yorar,incidər,qıcıqlandırar,axıra qədər oxumaqdan çəkindirər,amma mən inanıram ki,müəyyən zaman kəsiyindən sonra onlar bu barədə düşünər , deyilmiş sözləri, ifadələri xatırlayar və söhbətin ,fikrin nədən getdiyinin fərqində olarlar.
Dəniz Təbrizli sosial şəbəkələr vasitəi ilə mənə bir neçə şeir göndərmişdir.Bu poetik nümunələr olduqca maraqlı və düşündürcüdür.Bəlkə də janr seçiminə üstünlük verən bəzi oxucularımız “Yuxu “şeirinin janrını müəyyənləşdirməkdə çətinlik çəkərlər.Bunun üçün bəlkədə müəyyən əsaslar da olabilər. Ancaq mənə elə gəlir ki, bəzi kiçik redaktə ilə “Yuxu”sərbəst şeirin ən gözəl nümunsinə çevrilir.Bildiyimiz kimi sərbəst şeir qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən ,deyək ki,heca sayının sabitliyindən ,izotoniya,izosillabizm və.s azad olan şeir formasıdır.Bu xüsusiyyətlər sərbəst şeirdə forma müxtəlifliyi və fikri ifadə etmək imkanlarını yaradır.Bu mənada “Yuxu”şeiri olduqca maraqlı və düşündürücüdür.Əlbətdə , mənim məqsədim burda janr məsələlərini aydınlaşdırmaq yox , şeir haqqında qısa şəkildə öz fikirlərimi bildirməkdir.
Dəniz Təbrizli “Yuxu” şeirində yazır:
Bir azdan yuxulayacağam,
Bəlkə də son dəfə
Yorğanı başımdan çəkib,
Özlədiklərimə ağlayacağam.
Anam demişdir bir axşam,
Dünya heç nədir,heç nə
Bəlkədə heç nəyin dərinliklərinə
Bu axşam,bu gecə
Ağır yuxular içərsində
Əriyib yox olacağam.
İlk oxunuşda bəlkə də çoxuna adi görünən bu poetik nümunədə çox böyük fəlsəfi mənalar ifadə olunmuş və şeir həvəskarlarının düşünməsi,fikirləşməsi üçün geniş imkanlar yaradılmışdır.

MUMtv.az
Nizami Təhməzov


Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər