Gündəm

Efiopiyada Çin vətəndaşlarına hücum nəticəsində bir nəfər ölüb

"MUMtv.az" xəbər verir ki, bazar ertəsi Efiopiyanın Oromiya bölgəsində bir qrup Çin vətəndaşını hədəf alan hücum zamanı bir nəfər ölüb. Bu barədə səfirlik məlumat yayıb.

Paytaxt Əddis-Əbəbədən təxminən 160 km quzeydə yerləşən Qarba Quaraça qəsəbəsində baş verən insident zamanı silahlılar doqquz Çin vətəndaşına atəş açıb, onlardan birini öldürüb.

"Təəssüf ki, onlardan biri dünyasını dəyişib", - bəyanatda təsdiqlənib.

Səfirlik Çin vətəndaşlarına “yüksək riskli ərazilərdən” uzaq durmaq barədə barədə xəbərdarlıq edib.

Həmçinin səfirlik əlavə edib ki, Oromiya və qonşu bölgələrdə "silahlı hücumlar, adam oğurluğu və quldurluq halları" adi haldır.

Noyabr ayında imzalanmış sülh sazişindən sonra Tiqrayın şimalında nisbi sakitlik bərpa olunsa da, Oromiyada hökumət qüvvələri ilə üsyançı Oromo Azadlıq Ordusu (OLA) arasında münaqişə davam edir.

Son bir neçə həftə ərzində bölgənin qonşu Amhara ilə sərhədləri ətrafında baş verən toqquşmalar da insan tələfatına səbəb olub.

Keçən həftə Nigeriyanın Danqot Sement şirkətinin 20 işçisi bölgədə naməlum silahlı şəxslər tərəfindən qaçırılıb. Daha sonra onların sərbəst buraxıldığı bildirilib.

Dekabr ayında bəzi Danqot Sement işçiləri də qaçırıldı və pul ödənildikdən sonra sərbəst buraxıldılar.

MUMtv.az
Jalə Asman


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər