Gündəm

İqbal Məmmədovun şirkəti xalqa iylənmiş  məhsullar satır ? - İDDİA //VİDEO=FOTO

Haqları, hüquqları pozulmuş vətəndaşların dostu "DogruXeber.az"a daha bir çarəsiz vətəndaş - Fərəcov Pərviz Atəş oğlu müraciət edib.

Pərviz Fərəcov kiçik sahibkardır - dükan sahibi. Yəni, alıb-satan.

Bildirir ki, ""Lebro " broyler şirkətindən satmaq məqsədilə 17.500 (on yeddi min beş yüz) manatlıq qablaşdırılmış toyuq aldım. Onun 9.500 (doqquz min beş yüz) manatını Nəriman və Orxan adlı şəxslərə ödədim, qalanını borclu qaldım.

Sonra malı açanda baxdım hamısı iylənmiş toyuqlardır. Geri qaytarmaq üçün dəfələrlə müraciət etsəm də qəbul etmədilər.
Axırda dedilər apar Lerikə, fabrikin özünə. Filan qədər də xərc çəkib yükdaşıma xidmətindən yük maşını sifariş verib, onunla malı apardım Lerikə. Orda da borclu qaldığım qədərini götürdülər, pulunu ödədiyim qədərini isə nə qədər israr etsəm də geri almadılar.
Mən də məcbur malı şirkətin həyətinə boşaltdım.

Geri qayıdanda mülki geyimli polis əməkdaşları yolda "VAZ-2107" markalı avtomobillə qarşımızı kəsdilər və haqqımızda şikayət olduğunu dedilər.
Güya bizim sürücü şlaqbaumu qırıb. Sonra dedilər mühafizəçini vurub.

Biz yenidən şirkətə geri döndük. Orada polis əməkdaşları tərəfindən baxış keçirildi və haqqımızdakı şikayət öz əksini tapmadı. Bizdən kafedə izahat aldıqdan sonra sürücünü buraxdılar.
Mən də gecə yarısı Bakıya qayıtdım.

Başımıza gətirdikləri bu qədər oyunlara rəğmən ödədiyim məbləği mənə geri vermirlər. Orxanla Nəriman deyir "pulu yemişik, üstündən də su içmişik. Get əlin hara qəlbidir ora qoy".

Həə, atalar yaxşı deyib, "Arxalı köpək qurd basar".

Pərviz Fərəcovun sözlərinə görə, ""Lebro" broyler şirkətinin əsl (qeyri-rəsmi) sahibi millət vəkili İqbal Məmmədovdur. İdarəçilik edən Nəriman və Orxan isə qardaşı oğlanlarıdır."

Yəqin, bu səbəbdəndir ki, Nəriman bəy və "əmisinin ərköyün balası" Orxan bəy vətəndaşa qarşı etdiyi haqsızlıq azmış kimi, kobudluq da göstərir.

Təqdim etdiyimiz videoda toyuq məhsullarının kəsildiyi, saxlanıldığı şəraitin görüntülərinə baxın!



Yeri gəlmişkən, yazını yazmadan əvvəl "Lebro" broyler barəsində internet üzərindən kiçik araşdırma apardıq.
Sözügedən məhsulların reklamını izlədikcə, bizdə maraqlı fikirlər oyandı. Əslində, belə çıxır ki, sözügedən şirkət heç də alıcılarını aldatmayıb.
Fotoya diqqət!

İqbal Məmmədovun şirkəti xalqa iylənmiş  məhsullar satır ? - İDDİA //VİDEO=FOTO

Gördüyünüz kimi reklam fotosunda "qoxusu aləmi gəzər" sözləri yazılıb ki, zatən Pərviz Fərəcov da məhz bu səbəbdən malları geri iadə etmək istəyir.

Bir də "qızıl qırmızı" deyirlər ki, "hər gün marketlərə yeni məhsul çatdırırıq".

İqbal Məmmədovun şirkəti xalqa iylənmiş  məhsullar satır ? - İDDİA //VİDEO=FOTO

Yuxarıda təqdim etdiyimiz videogörüntülərdə reklamda yazılan bu sözün nə dərəcədə həqiqətə uyğun olub-olmadığını da görmüş oldunuz.

İqbal Məmmədovun biznesi böyüyür...

Görünür doğma yurdunun təbiəti deputat İqbal Məmmədovu özünə çox bağlayıb ki, Lerik rayonunda biznesini böyütməyə qərar verib.
Odur ki, əldə etdiyimiz məlumata görə daha bir zavod - ən müasir texnologiyalarla yem zavodunu da artıq işə salıb.

İqbal Məmmədovun şirkəti xalqa iylənmiş  məhsullar satır ? - İDDİA //VİDEO=FOTO

Onu da qeyd edək ki, təbii olaraq, əlbəttə bütün bu əmlakların deputatın özünün adına olması mümkün deyil. Yəqin, o səbəbdən də Nəriman və qardaşı oğlu Orxan butun işlərə rəhbərlik edirlər.

Pərviz Fərəcov isə uzun müddətdir ki, zəhmətlə qazandığı halal pulunu bu iki şəxsdən geri ala bilmədiyini deyir və hüquq-mühafizə orqanlarından ona hüquqlarını bərpa etməkdə köməklik göstərmələrini xahiş edir.

Məsələ ilə bağlı adıçəkilən tərəflərin də mövqeyini dinləməyə hazırıq.

DogruXeber.az
Jalə Asiman


Son xəbərlər

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Bütün xəbərlər