Gündəm
Gündəm / Siyasət
Prezident Rəhman Musatafyevi daimi nümayəndə təyin etdi

Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Rəhman Sahib oğlu Mustafayev iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilib.
Demokrat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.