Gündəm
Gündəm / Dünya
Rusiya Ukraynada 100 mindən çox hərbçisini İTİRİB
Rusiya artıq Ukraynada 100 mindən çox şəxsi heyətini, 3 min tankını və 6 minə yaxın digər zirehli texnikasını itirib.
"MUMtv.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahın məlumatına görə, ötən gün ərzində Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası rusların şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 14 zərbə endirib.
Ukrayna müdafiəçiləri həmçinin Rusiyanın "Forpost" tipli PUA-nı və "Lancet-3" tipli təyyarəsini vurublar.
Ukrayna müdafiəçiləri həmçinin Rusiyanın "Forpost" tipli PUA-nı və "Lancet-3" tipli təyyarəsini vurublar.