Gündəm

Şəmistan Yusifov mətbuata yalan danışıb? - VİDEO // FOTO

Həftənin əvvəlində "DogruXeber.az" informasiya portalında Samux rayon Sərkar bələdiyyəsindən şikayətçi olan Anar Məmmədovun "Kanal14" YouTube kanalımızda, "Kamalın zamanı" proqramına danışdıqları barəsində məlumat yayımlamışdıq.
Məlumatların sonunda, dərc etməzdən əvvəl Sərkar kənd bələdiyyəsinin rəsmi internet səhifəsində qeyd edilən əlaqə nömrəsinə zəng etdiyimizi, telefona bir xanımın cavab verdiyini, həmçinin xanımdan mobil nömrəsini alaraq, Şəmistan Yusifovun özünə zəng etdiyimizi və həmin nömrəyə zəng çatmadığını, ardından həmən sonra müavini Əfqan Ələkbərovun bizə zəng edib, deyilənləri təkzib etdiyini qeyd etmişdik.

Samuxun oliqraxı Şəmistan Yusifov "suyun qabağını kəsən div" kimidir - VİDEO//FOTO

Lakin, bu dəfə daha maraqlı bir mövzu ortaya çıxdı. Daha doğrusu Sərkar kənd bələdiyyəsinin sədri Şəmistan bəyin daha bir yalanına şahid olduq.

Belə ki, məlumat yayımlandıqdan bir gün sonra elektron poçt ünvanımıza bir məktub gəldi.
Məktubda yazılmışdı ki, "Xahiş edirəm bu məlumatı hazırlayan şəxsin əlaqə nömrəsini mənə yazın. Yazıda adı çəkilən Əfqan bəy mənəm, mənimlə də heç kim əlaqə saxlamayıb".

Ardından, həmin şəxs öz telefon nömrəsini qeyd edib.
Biz dərhal zəng edib, özünü müavin Əfqan adı ilə təqdim edən telefon nömrəsinə zəng etdik, zəngimizə cavab verilmədi və həmin nömrə "Getcontakt" mobil tətbiqində "Şəmistan" adı ilə qeydli çıxdı.

Ardından məktubda qeyd edilən nömrəyə zəng etdik. Bu dəfə telefona cavab verən səs tamamilə fərqli idi. Zəng edən şəxs özü də bizim əməkdaşlarımızla ümumiyyətlə danışmadığını etiraf etdi və hətta belə bir mövzuda adının çəkilməsindən narahatlığını bildirdi.

Burdan da belə məlum oldu ki, sən demə bizə zəng edib, özünü sədrin müavini Əfqan Ələkbərov kimi təqdim ədən, "Şəmistan müəllim xəstədir, işə çıxmır, mənə deyin məsələni", deyən şəxs, elə Samux rayon Sərkar kənd bələdiyyəsinin sədri Şəmistan Yusifovun özü imiş. Özünü müavini kimi təqdim edib, sədri müdafiə edən bələdiyyə sədrinin bu hərəkəti etməkdə fikri, məqsədi nə idi deyə bilmərik. Amma, bu davranışları ilə Şəmistan Yusifov kənd sakini Anar Mammadovun iddiaları barəsindəki bütün şübhələri aradan qaldırdı.

Belə çıxır ki, elementar bir məsələdə mətbuata yalan danışan bələdiyyə sədri nəinki sakinin haqqını yeyər, onlara yalan danışar, hətta daha betər saxtakarlıqlara da qadirdir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, söhbət yeyintidən getdiyində, "adi bir kənd bələdiyyəsində nə var ki, nə yeyək" deyən kənd bələdiyyələrindən birinin sədri olan Şəmistan Yusifov yay aylarında istirahət etmək və xəstələndiyində müalicə olunmaq üçün buraları bəyənməyib, xarici ölkələrə üz tutur.

Şəmistan Yusifov mətbuata yalan danışıb? - VİDEO // FOTO

Şəmistan Yusifov mətbuata yalan danışıb? - VİDEO // FOTO

Şəmistan Yusifov mətbuata yalan danışıb? - VİDEO // FOTO

Anar Məmmədov kimi binəva kənd sakinləri də bir ömür çarpışaraq, 1 hektar torpaq əldə edir, əldə etdiyi torpaqla da nə edəcəyinə qərar verə bilmir. Plan çox, ərazi az. Yəni, sadəcə acından ölməmək üçün qullara verilən bir parça arpa çörəyi, bir parç su.

Şəmistan bəy də deyir, "Siz araşdırmısınız o kimdir? O hər yerə şikayət etdiyi üçün, axırda "Dost " iş mərkəzində onun yoldaşına iş verdilər ".

O zaman belə çıxır ki, şikayət etməsəydi adama iş verilməyəcəkmiş. Üstəlik də yol təmizliyi işini də Şəmistan bəy elə pafosla dedi ki, sanki böyük vəzifə verilib.

Hə, unutmadan onu da bildirək ki, məsələyə "DogruXeber.az"ın facebook səhifəsində Samux rayon İcra Hakimiyyəti də münasibət bildirib. Görünür, rayon İcra Hakimiyyətində əməlli -başlı "araşdırma" aparılıb və araşdırma zamanı da belə məlum olub ki, bələdiyyə kənd sakini Anar Mammadova 1 ha torpaq verib.



Vallah bizi qınamayın, həqiqətən, gülünc cavabdır. Vətəndaşın "Kanal14"ün efirində bələdiyyənin ona 1 ha torpaq verdiyini özü öz dili ilə dediyi halda, bunun üçün "araşdırma" aparmaq lazım idimi?

Araşdırılmalı olan o qədər məsələlər varkən, qosqoca icra hakimiyyətinin araşdırdığı məsələyə baxın.
Üstəlik də həmişəkindən fərqli olaraq, bu dəfə İcra Hakimiyyəti kənd sakininin qərəzli olduğunu qeyd edib.

Hay..hay... Hər zaman bizi və onların barəsində mənfi məlumatlar yayımlayan digər mediya mənsublarını qərəzli olmaqda ittiham edən İcra Hakimiyyəti bu dəfə də vətəndaşın qərəzli olduğunu iddia edir.

Bütün ölkənin Alı Qocayevə qarşı qərəzli olduğunu düşünən idarə, qərəzin səbəbləri barəsində nə düşünür görəsən?
Yəni, bu qədər adam hansı səbəbdən bir araya gəlib, onlarla qərəz aparmaq qərarına gəlsin ki?

Hər halda "DogruXeber.az" olaraq, öz adımızdan deyə bilərik ki, bizim ümumiyyətlə heç bir şəxs və heç bir qurum ilə qərəzimiz yoxdur.
Yalnız doğruları deyib, doğruları yazmaqla şəxsi missiyamız olan adımızın haqqını verməyə çalışırıq.
Zalimin deyil, məzlumun yanında olmaqla həm insanlıq, həm müsəlmanlıq, həm də vəzifə borcumuzu yerinə yetiririk.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Bethovenin sirlərini saç telləri açdı

İsveç parlamenti NATO-ya üzv olmağa razılıq verib

Medvedev deyir ki, Rusiya müharibəyə Ukraynanın Rusiyanın bir hissəsi olduğu üçün başlayıb

Fəlakət bölgəsində epidemiya iddiaları...

Şimali Koreya bir neçə qanadlı raket atdı

Rusiya Ukraynanı yenidən vurdu

Əmək və Azadlıq Alyansı prezident seçkilərində namizəd irəli sürməyəcək

Yaponiyanın baş naziri elan olunmamış səfərdə Ukraynaya dəstəyi davam etdirəcəyini vəd edib

ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycan

Putin Çinin Ukraynada sülhə dair mübahisəli təkliflərini alqışlayır

Blinken: Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalaya bilər

Əfsanəvi özüyeriyən zenit silahı "Şilka" "qatil dronları" adını aldı

Çexiya prezidenti artıq Ukraynaya kömək edə bilməyəcəklərini bəyan edib

Tramp məhkəməyə qandallı gəlmək və iclası tamaşaya çevirmək istəyir

Almaniya xalqı ən çox müharibədən qorxur

Moskvada "qarayara" şübhəsi ilə xəstə yerləşdirilib

Vətəndaşlardan `haqq` tələb edın MTK sahibi universitetin baş müəllimi imiş... - BU NƏDİ BELƏ?

Dövlət qurumlarında TENDER MAXİNASİYASI: Qətldə suçlanan şəxs necə qalib “seçilib”?

Klinikalar arasında ƏSL SAVAŞ GEDİR... - BU NƏDİ BELƏ?

Scholz Ukraynada uzunmüddətli münaqişənin olacağını proqnozlaşdırır

BMT-nin klimatoloqları “insanların sağ qalması üçün bələdçi” nəşr etdi

Donald Tramp həbs olunub?

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Yaponiyanın baş naziri gözlənilmədən Ukraynaya səfər edib

Yaponiya Təpəli İbisi Materikdə Vəhşi vəziyyətə qaytarmaq üçün Prosesə Başlayır

Çekirge dağı parçalanıb

Lukaşenko təhlükəsizlik qüvvələri tərəfindən terror aktları üçün nəzərdə tutulan partlayıcı maddələrin aşkar edildiyini açıqlayıb

Cankoy şəhərində partlayış Rusiyanın "Kalibr NK" qanadlı raketlərini məhv etdi: Şəhərdə fövqəladə rejim tətbiq edildi

İran XİN rəhbəri gələn həftə Moskvaya rəsmi səfər etməyi planlaşdırır

Yaponiyanın Baş naziri NWO başlayandan bəri ilk dəfə Ukraynaya səfər edəcək

Toivo Klaar Brüsseldə Çavuşoğlu ilə görüşüb

Macarıstan Aİ-nin Putinin həbsinə order verilməsi ilə bağlı birgə bəyanatının bloklandığını təsdiqləyib

Bütün xəbərlər