Gündəm
Gündəm / Hadisə
Bakıda restoranda yanğın
Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 180 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd fri aparatı yanıb.
Fövqəladə Hallar Nazirliyindən "MUMtv.az"a bildirilib ki, obyekt yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.