Gündəm
Gündəm / Cəmiyyət / Hadisə
FHN-in bu elanı Gəncədə izdihama səbəb oldu - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə işə qəbul elan edib. Nəticədə FHN-in Gəncə Regional Mərkəzinin qarşısında izdiham yaşanıb.
"MUMtv.az" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, vətəndaşlar sıra ilə mərkəzə daxil olmaq yerinə, bir-birilərini itələyib güc yolu ilə idarəyə girməyə çalışıblar.Yayılan görüntülər isə fərqli yanaşmalara və müzakirələrə səbəb olub.