Gündəm

"Mədəniyyətin ilk şərti ədalətdir", deyib atalar - Hanı o ədalət, cənab nazir? // VİDEO

MUMtv.az: -Bildiyimiz kimi 1 noyabr 2022-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Mədəniyyət Nazirliyində əməliyyat keçirdi. Əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyev başda olmaqla bir neçə vəzifəli şəxslər saxlanıldı. Özü də həmin şəxslərin əksəriyyəti Anar Kərimovun əmri ilə vəzifəyə təyin edilən şəxslər idi.

Xatırladaq ki, bundan əvvəl - 2020-ci ilin may ayının 8-də də DTX Mədəniyyət Nazirliyində əməliyyat aparmışdı. O zamanlar da aşkar olunmuş ciddi nöqsanlara və yeyintiyə görə Sabiq nazir Əbülfəz Qarayev başda olmaqla, bir neçə vəzifəli şəxslər işindən azad edilmişdir. 2021-ci ilin yanvar ayına qədər isə nazir vəzifəsini birinci müavin əvəz edirdi. 2021-ci ilin yanvar ayının 5-dən bugünə qədər isə prezidentin imzaladığı sərəncama əsasən, nazir kürsüsünə Anar Kərimov əyləşib. 2021-ci ilin sentyabr ayından bəri də Anar Kərimovun birinci müavini vəzifəsini Elnur Əliyev icra edirdi. Bu ilin noyabr ayının 1-də DTX yenidən əməliyyat keçirdi. Bu dəfə də birinci müavin və digər bir neçə vəzifəli şəxslər saxlanıldı.

Baxın!
Birinci əməliyyat zamanı aşkar edilmiş nöqsanlara görə Nazir vəzifəsindən azad edilir və onu birinci müavin əvəz edir. İkinci əməliyyat zamanı yenə də nöqsanlar aşkar edilir, bu dəfə isə birinci müavin saxlanılır, nazirə "gözün üstə qaşın var". deyən olmur.

Maraqlıdır, əgər bütün bu yeyinti və digər nöqsanların başında nazir özü durursa, yəni rəhbər məsuliyyət daşıyırsa, o zaman Anar Kərimov niyə həbs edilmədi, yaxud işindən azad edilmədi?

Əməliyyatdan belə rahatlıqla yaxa qurtaran Anar Kərimovun deyəsən "sehirli çırağı" var. Amma, nağıllarda deyilir ki, o çıraqlardakı cin yalnız "3 arzunu yerinə yetirir". Odur ki, hörmətli Anar Kərimovun bir şansı artıq, xərcləndi. Mədəniyyət sahəsindəki korrupsiya və özbaşınalıqlar davam etdikcə, bu cür 2-ci, 3-cü, 4-cü dalğalar da qaçılmazdır yəqin ki...

Kənardan baxıb, yalnız "oxuyub-oynamaq" gördüyümüz bu sahədə problem olmadığını düşünür adam. Amma, dərindən araşdırdıqda bəlli olur ki, əslində ən çox problem - korrupsiya, saymazlıq, "ödənişli hörmət" və sair hamısı Mədəniyyət Nazirliyində mövcuddur.

Bu arada bir haşiyəyə çıxmaq yerinə düşər.
Demək, Bakıda yaşadığımız üçün bizi özünün "yuxarıdakı adamı" hesab edən uzaq tanışlardan biri ötən il zəng edib, işinin düşdüyünü dedi. Qeyd edək ki, həmin tanış rayonlardan birinin mədəniyyət evinin müdiridir. Bizə düşən işi isə bu idi ki, deyir "Regional Mədəniyyət idarəsinə müdir yeri boşdur, ora 4.000 (dörd min) manat istəyirlər, mənim də əlimdə 2.000 (iki min) manat var, ona da yaxın durmurlar. Bəlkə siz desəniz o qədərlə də məni ora müdir götürərlər". Bu saf tanışımız daha bilmir ki, onlar hamısı jurnalist görəndə "qanadsız mələk" olurlar, pula yaxın durmurlar və hətta, "Vallah bizlik deyil, ora təyinatı birbaşa nazirlik özü verir" deyirlər.

Yox biz tanışın sözünü eşidib, ora ağız açmadıq. Sadəcə bu cür cavablar standart olduğu üçün dedik.

Yəni, sözümüzün canı o ki, Mədəniyyət naziri Anar Kərimov korrupsiya və digər nöqsanlara görə işindən azad edilən Əbülfəz Qarayevin yoxluğunu hiss etdirmir sağolsun.

Mədəniyyət nazirliyinə dövlət büdcəsindən ayrılan bu qədər milyonlara rəğmən, bölgələrin əksəriyyətində mədəniyyət evləri bərbad, baxımsız vəziyyətdədir. Yalnız bayram tədbirlərində (o da həmişə yox) məktəblilərin tədbirləri keçirilir vəssalam. Rayon mərkəzi kitabxanaları, rayon mədəniyyət evləri təmirsiz, bərbad gündə, kənd klubları da yox kimi. Amma, maraqlıdır ki, bütün rayonlarda, kəndlərdə mədəniyyət işçisi olaraq maaş alanlar var. Özü də bu adamlar xadimlərindən tutmuş, müdirinə qədər heç də təsadüfi adamlar deyil. Məsələn, ötən həftə "DogruXeber.az" informasiya agentliyinin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Xaçmaz rayon Çılğır kənd sakini İlyas Ramazanov deyir, "Çılğır kəndində mədəniyyət klubunun qapıları həmişə bağlıdır. Heç bir fəaliyyət göstərmir. Xadiməsi də, işçiləri də hamısı Xaçmaz rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Yaqut Məsimovanın bacıları və yaxın qohumlarıdır". Yaqut xanım məmurdur və yenə də dövlət büdcəsindən maaş alanlar da məmur yaxınları.



Bu hər yerdə, hər sahədə belədir. Hətta, ümumiyyətlə mədəniyyət klubunun binasının belə mövcud olmadığı kəndlər var ki, orada da mədəniyyət klubunun xadimə və digər işçiləri var, o da yalnız kağız üzərində. Bir sözlə rayon mədəniyyət evlərində "ölü canlar" saxlanılır.

Təbii ki, bu qədər qanunsuz işlər görməyə tək bir adam risk etməz, ən azından bir dayağı olmalıdır. "Dayaqların dayaqları" da zəncirvari olaraq, həmişə rəhbərə qədər uzanır. Odur ki, sözügedən sahənin "gözüqıpığ" nümayəndələrinin "hörmətli nazirin bundan xəbəri yoxdur" cümləsi tamamilə yersizdir.

Mövzuya yenidən və daha detaylı şəkildə qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Sinan Akçıl evlənir

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəfat etdi

ABŞ Türkiyəyə qarşı F-16 qadağasını ləğv etdi

Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir

Prezident Dağıstan Respublikasının rəhbərini qəbul edib

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

Zakir Həsənov və Hulusi Akar hərbi təlimi izlədi

Sumqayıtda yataqxanada yanğın oldu

Bu alman avtomobilinin Türkiyədə satışı dayandırıldı

O "bəlanın önünə atılan qurban"dır, yoxsa ƏDALƏT ? - Qazaxda nə baş verir ? // VİDEO

Talıbovlar ailəsi hansı gününə şadyanalıq edir ? - VİDEO

Göyçayda avtomobil piyadanı vuraraq öldürdü

“Poliqon” Strateji İntellekt Oyunu üzrə Zəfər Kubokunun seçim turlarına yekun vuruldu-FOTO

Məşhur aktrisanın polkovnik atası qəzada öldü

Kamalın zamanı: "Qanun şahdır, yoxsa şah qanundur?!" - ANoNS

Gəraybəylinin qara mühasibatlığı və ya dövlətdən oğurlanan milyonlar... - BU NƏDİ BELƏ?

"Arzu həkim yoldaşımı xəstəxanadan qovub" - İDDİA // VİDEO

"Qazaxda iş tapmaq üçün bu şəxslərin qohumu olmaq lazımdır" - İDDİA // VİDEO

Ağacanyan Ermənistan parlamentinin Azərbaycanla bağlı sənədin qəbul edilməməsinin detallarını açıqladı

DTX-nin həbs etdiyi vəzifəli şəxsin yerinə müvəqqəti TƏYİNAT

İtirən tərəf Fransa olacaq - Açıqlama

Bakıda mənzildən qumbara TAPILDI

ÖNƏMLİSOSİALÜST MANŞET “Müasir təhsil və Vətəndaş Cəmiyyəti” adlı tədbir keçirilib

Səbuhi Məmmədov GÖMRÜYÜ QARIŞDIRIR - İLGİNC

Zaur Mikayılov BU İŞİ BACARMIR... - Camaat DAD DEYİR...

Bakıda restoranda yanğın

Paşinyanı təhqir edən müəllim cərimələndi

"Putin SSRİ-nin yaradılmasının yüz illiyini qeyd etmək istəyirdi"

Hərbçilər erməni keşişləri təhqir etdi

Altıağaca 9, Şahdağa 3 sm qar yağıb - Faktiki hava

"Barselona" Messini geri qaytarmaq istəyir

Türkiyə ordusu şəhid verdi

Bütün xəbərlər