Gündəm
Gündəm / Siyasət / Dünya
Səmərqənddə TDT XİN başçılarının iclası keçirilir
Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb.
"MUMtv.az" “Report”a istinadən xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
İclasda sabah, noyabrın 11-də keçiriləcək TDT ölkələri liderlərinin zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunur