Gündəm

Anar Hüseynovun adamları HƏBS OLUNUR... - ARTIQ BAŞLANDI...

Hələ keçən günlərdə  Kənd Təsərrüfatı Nazirliyində açıq-aşkar dövlət büdcəsinin qarəti prosesi müşahdiə olunması ilə bağlı həyəcan təbili çaldıq və ortaya konkret faktları təqdim etdik. Belə ki, bu barədə DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olurdu ki, dövlət büdcəsinin talanı prosesi artıq KTN rəsmiləri üçün o qədər adiləşib ki, hətta nazirliyin rəhbər qurumlarında təmsil olunanlarla bu QARƏTDƏ rəsmi iştiraklarını gislətməyi və yaxud da ört-basdır etməyi belə ağıllarından keçirmirlər.

Sözügedən nazirliyin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Hüseynov Anar Maşallah oğlunun adına Kənd Təsərrüfatı Nazirliyinin internet saytında olan SUVARMA QRAFİKİ bölməsində 3605 hektar müxtəlif əkinlər üçün suvarma növbəsi qeyd edilib.

Məlumat təqdim edən mənbə bildirir ki, Azərbaycanda hər hektar əkin üçün subsidiyanın baza məbləği 200 manatdır:

"Bu hesabla, Anar Hüseynovun əgər doğrudan da 3605 hektar əkin sahəsi varsa, belə çıxır ki, o, dövlətdən özünə təkcə suvarma subsidiyası kimi 721 min manat pul ayırıb".

Bununla bağlı DİA.AZ-a danışan mənbə bir məsələ ilə olaya yekun diqqəti çəkmiş oldu. KTN-dəki qaynaq iddia edir ki, Anar Hüseynovun fəaliyyətinin hüquq-mühafiqə orqanları tərəfindən araşdırıldığı haqda xəbərlər dolaşır və ola bilsin ki, hələlik kənardan aparılan bu proses nazirlikdə XÜSUSİ ƏMƏLİYYATLA yekunlaşsın: "Anar Hüseynovun təkcə bu əməlləri yox, eləcə də kadr işlərinə müdaxilə edərkən aldığı rüşvətlər, habelə tenderlərdəki hoqqabazlıqları da araşdırma predmetidir".

Son məlumatlarda artıq Anar Hüseynovun adamlarının həbsinə start verildiyi qeyd olunur. Məlumata görə, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Rəvan Şükürovun 16.03.2021-ci il tarixdə təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 19 min 630 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

Hər halda bu ilk və sonuncu hüquqi qiymətləndirmə faktı olmayacaq. Əsas nəzərə çarpanı odur ki, artıq Anar Hüseynovun NƏZARƏT ZONASINA HÜQUQİ MÜDAXİLƏ start götürüb.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Lənkərandakı son təftiş hədəfi olan “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC məhz KTN Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin məzdindədir...

Əlavə bilgilərimiz olacaq. Məsələ ilə bağlı bütün əlaqədar şəxs və qurumları  dinləməyə hazırıq...

Son xəbərlər

Məhkəmə onlarla bağlı qərar VERDİ

Rəhmon Putini miqrantlar məsələsini müzakirə etməyə dəvət EDİB

Xocalıda insan qalıqları TAPILDI

Dövlət Su Ehtiyatları Agentliyinin daxilində gərgin anlar yaşanır - ŞOK məlumat

İlin sonuna kimi Cəbrayıla 712 ailə köçürüləcək - VİDEO

Bu Avropa ölkələri Fələstinin müstəqilliyini tanıya bilər

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq

Baş müstəntiq rəis müavini təyin edildi

Naxçıvanın incəsənət xadimlərini təltif olundu

Ukraynada məhkumlar səfərbərliyə cəlb ediləcək

Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi - FOTO

Bakının bu küçələri bağlı olacaq - Sürücülərin nəzərinə

NATO Ukraynaya qoşun göndərməyəcək

Sabah Bakıda 23 dərəcə isti olacaq

Bəzi incəsənət xadimlərinə Prezidentin mükafatları verildi

Bu şəxslərə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM

Prezidentdən Ömər Eldarovla bağlı SƏRƏNCAM

Rusiya səfiri Yaponiyanın ABŞ-ın atom bombası ilə bağlı siyasətini ikiüzlülük adlandırdı

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım edildi

“WhatsApp”da yenilik

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Putin Paşinyanla təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etmək İSTƏDİ

Paşinyan Putinin təklifini qəbul etmədi - "Bunu danışmışıq"

Alman faşizmi üzərində qələbənin 79-cu ili

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

Bütün xəbərlər