Gündəm

“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ

MUMtv.az: - Son illər Bakı şəhərində müxtəlif şirkətlər tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binaları ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Paytaxtdakı yeni tikilən və vətəndaşlara satılan yaşayış binalarında ən əsas problem mənzillərə çıxarışların verilməməsidir. İkinci ən böyük problem isə kommunal xəttlərlə yaşanan problemdir. Bir çox binalarda qaz, su, elektrik xəttləri qanunsuz çəkilib və bu problemlər sakinləri çox narahat etməkdədir. Bəzi binalarda isə toplanan sərfiyyat pulları dövlətə ödənilmir, sadəcə olaraq mənimsənilir. Belə problemli binalardan biri də “Rahat”MTK tərəfindən Abşeron rayon Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1260-cı keçiddə inşa olunan 12 mərtəbəli yaşayış binasıdır.

Sakinlərin PİA.AZ-a ünvanladığı şikayətə görə Xirdalanda “Rahat”MTK-nın inşa etdiyi binada kooperativ sədri işləyən Ələddin Məmmədhəsənov vətəndaşlardan yığılan işıq və su pullarını dövlət büdcəsinə köçürtmək əvəzinə mənimsəyir. Nəticədə sakinlərin kommunal xərclərə görə dövlətə 133,949 (yüz otuz üç min doqquz yüz qırx doqquz) borcları yaranıb.

Məlumata görə hər ay mənzil sahiblərinin sərf etdikləri su və işıq borclarını nəğd şəkildə alan Ələddin Məmmədhəsənov yığdığı vəsaitləri dövlət büdcəsinə köçürtməyərək, “Rahat”MTK-nın təsisçisi Rasim Həsənovun və özünün müxtəlif problemlərinə xərcləyib.

Bildirilir ki, hazırda “Rahat” MTK-nın binasının 28.09.2022- ci il tarixinə kimi suya olan borcu 88878.86 (səksən səkkiz min yeddi yüz səksən altı) min, elektrik borcu isə 45070.86 (qırx beş min yetmiş) manat təşkil edir.

Sakinlər hazırda onların MTK-ya suya və elektrikə görə ümumilikdə 3 min manata yaxın borclarının olduğunu bildirirlər. Bu isə o anlama gəlir ki, “Rahat” MTK-nın kooperativ sədri Ələddin Məmmədhəsənovun dövlətə 133,949 (yüz otuz üç min doqquz yüz qırx doqquz) borcu var. Bu borc “Rahat” MTK-nın binasında yaşayan sakinlərin hər ay Ələddin Məmmədhəsənova dövlətə ödəmək üçün verdikləri vəsaitdir.

Bina sakinlərinin narahat edən amillərdən bir ondan ibarətdir ki, Ələddin Məmmədhəsənovun başına hansısa bir qəza, iş gəlsə o zaman “Azərişıq” və “Azərsu” borca görə onların elektrik və sularını kəsəcək. Çünki bütün borc vəsaiti “Rahat” MTK-nın kooperativinin ayağındadır. Adı çəkilən kooperativin sədri isə Ələddin Məmmədhəsənovdur.

Elə maraq doğuran məslələrdən biri də odur ki, “Azərişıq” və “Azərsu” 150 minə yaxın borcu olan bu binanın su və işığını niyə kəsmir? Ələddin Məmmədhəsənov bu şirkətlərdə hansı əlaqələrə sahibdir ki, bu qurumlar bu qədər borca qarşı səssiz qalırlar?

Sakinlər borcla bağlı yaranan problemin səbəbini həm də “Rahat” MTK-nın təsiçilərindən biri olan Rasim Həsənovla əlaqələndirilər. Çünki Ələddin Məmmədhəsənovun yığılan vəsaitlərin bir hissəsini Rasim Həsənova verdiyini sakinlərə özü deyib.

“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ

“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ

“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ

“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər