Gündəm

Vüsal Kərimlinin rəhbərliyi altında maliyyə dərəbəyliyi - "Pulları BakuBus-a köçürüblər, amma şirkət çökür"

MUMtv.az: - Bakı Nəqliyyat Agentliyindən narazılıqlar haqqında dəfələrlə yazmışıq. Hətta aylar öncə, ölkə başçısı cəmiyyətin kütləvi narazılıqlarına səbəb olan agentliyi Bakı Şərə İcra Hakimiyyətinin tabeliyinə verərək, bu narazılıqları qismən də olsa azaltmağa çalışdı. Amma görünən odur ki, agentliyin qanunsuz əməlləri hələ zamanla üzə çıxacaq.

Qeyd edək ki, bir neçə gün öncə, Bakıda sərnişindaşıma ilə məşğul olan şirkət rəhbərləri Mikayıl Cabbarova müraciətlərində pandemiya ilə əlaqədar dövlətin ayırdığı vəsaitin onlara verilmədiyini göstərərək qeyd ediblər ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli, 135S saylı qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün ayrılan pulun onlar üçün nəzərdə tutulmuş hissəsi ödənilməyib. Amma nə qədər qəribə olsa da, BNA dövlətin sərnişindaşıma şirkətləri üçün nəzərdə tutduğu 7,5 milyon manatı “BakuBus” MMC-yə ayırıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyəti sədrinin müşaviri Faiq Abbasov özü bu faktı İTV-də təsdiqləyib. Amma niyə? Bu "niyə" sualına isə BNA rəsmisi cavab verə bilməyib.

Xatırladaq ki, Nazirlər Kabinetinin sözügdən qərarında bu vəsaitin BNA tərəfindən daşıyıcı şirkətlərə ayrılması qeyd edilsə də, agentlik bu vəsaiti öz təşkilatı hesab edilən BakuBus-a ayırıb. Yəni verilən vəsaiti sağ cibdən sol cibə ötürüb. Teref.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarında göstərilir ki, həyat əhəmiyyətli, həyata vacib sərnişindaşımada inkişaf, onların dayanıqlılığını təmin etmək, yəni onların xərclərini azaltmaq, təmir və digər məsələlərə qarşılamaq məqsədilə o pul ayrılıb. Maliyyə Nazirliyi o vəsaiti Bakı Nəqliyyat Agentliyinə köçürüb. Bakı Nəqliyyat Agentliyi də özbaşına olaraq belə qərar qəbul edib ki, bu pulun hamısı BakuBus-a verilməlidir. Bütün vəsait BakuBus-a verilib. Məqsəd nədir, onların burada nə marağı olub və s. bu kimi məsələlər araşdırılmalı və müəyyən edilməlidir ki, niyə BakuBus-a köçürülüb. Axı sənəddə qeyd edilməyib ki, vəsaitin hamısı BakuBus-a köçürülməlidir. Həmin vəsaiti daşıyıcı şirkətlərə köçürmək lazım idi. Hamısına bərabər şəkildə verilməli idi. Hesablanmalı idi, kimin payı nə qədər idisə, köçürülməli idi. Amma BNA həmin vəsaiti BakuBus-a köçürüb. BakuBus inkişaf etməli idi, etməyib. BakuBus-ın 500-ə yaxın avtobusu qarajlarda “yatır”...

“Həm pul BakuBus-a köçürülb, həm də şirkət çökür. Əgər BakuBus 7,5 milyon aldığına rəğmən çökürsə, özəl şirkətlərin bir durumuna nəzər salın. İndi görün onlar nə vəziyyətdədirlər. Bu məsələləri düşünmək, buna uyğun addım atmaq lazımdır. Belə olmaz. Bu ögey münasibət nəyə və kimə lazımdır ki? Bakı Nəqliyyat Agentliyi BakuBus-a öz təşkilatı kimi baxır. Dövlətindir, bizimdir, əlimizə nə düşsə, yaxşısını ona verək. O biri şirkətlər özəldir, “ölsünlər, batsınlar, canları çıxsın”...

Belə yanaşma olar? Bu necə tənzimləyici quurmdur ki, öz maraqlarını güdür. Və yaxud da dövlət qurumunun maraqlarını güdür. Tənzimləyici qurum o deməkdir ki, hakim rolunu oynamalı, ədalətli yanaşmalısan.Ədalət prinsipindən çıxış etməlisən. Yoxsa 7,5 milyon manat köçür BakuBus-a ki,”get kef elə”. Bu birilərinə isə deyir ki, “gedi başınıza çarə tapın”,- deyə ekspert bildirib.

Belə... Dərindən araşdırılsa, bəlkə də BNA-nın hələ çox qanunauyğunsuz əməlləri ortaya çıxacaq. Bu gün Bakıda nəqliyyat sahəsində xaosun olması məhz bu qurumun yarıtmaz fəaliyyətinin nəticəsidir.//azerinfo

Son xəbərlər

Sinan Akçıl evlənir

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəfat etdi

ABŞ Türkiyəyə qarşı F-16 qadağasını ləğv etdi

Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir

Prezident Dağıstan Respublikasının rəhbərini qəbul edib

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

Zakir Həsənov və Hulusi Akar hərbi təlimi izlədi

Sumqayıtda yataqxanada yanğın oldu

Bu alman avtomobilinin Türkiyədə satışı dayandırıldı

O "bəlanın önünə atılan qurban"dır, yoxsa ƏDALƏT ? - Qazaxda nə baş verir ? // VİDEO

Talıbovlar ailəsi hansı gününə şadyanalıq edir ? - VİDEO

Göyçayda avtomobil piyadanı vuraraq öldürdü

“Poliqon” Strateji İntellekt Oyunu üzrə Zəfər Kubokunun seçim turlarına yekun vuruldu-FOTO

Məşhur aktrisanın polkovnik atası qəzada öldü

Kamalın zamanı: "Qanun şahdır, yoxsa şah qanundur?!" - ANoNS

Gəraybəylinin qara mühasibatlığı və ya dövlətdən oğurlanan milyonlar... - BU NƏDİ BELƏ?

"Arzu həkim yoldaşımı xəstəxanadan qovub" - İDDİA // VİDEO

"Qazaxda iş tapmaq üçün bu şəxslərin qohumu olmaq lazımdır" - İDDİA // VİDEO

Ağacanyan Ermənistan parlamentinin Azərbaycanla bağlı sənədin qəbul edilməməsinin detallarını açıqladı

DTX-nin həbs etdiyi vəzifəli şəxsin yerinə müvəqqəti TƏYİNAT

İtirən tərəf Fransa olacaq - Açıqlama

Bakıda mənzildən qumbara TAPILDI

ÖNƏMLİSOSİALÜST MANŞET “Müasir təhsil və Vətəndaş Cəmiyyəti” adlı tədbir keçirilib

Səbuhi Məmmədov GÖMRÜYÜ QARIŞDIRIR - İLGİNC

Zaur Mikayılov BU İŞİ BACARMIR... - Camaat DAD DEYİR...

Bakıda restoranda yanğın

Paşinyanı təhqir edən müəllim cərimələndi

"Putin SSRİ-nin yaradılmasının yüz illiyini qeyd etmək istəyirdi"

Hərbçilər erməni keşişləri təhqir etdi

Altıağaca 9, Şahdağa 3 sm qar yağıb - Faktiki hava

"Barselona" Messini geri qaytarmaq istəyir

Türkiyə ordusu şəhid verdi

Bütün xəbərlər