Gündəm

Tualet kağızından istifadə etməməyin fəsadları nədir? - Həkim-infeksionist açıqladı

Dünyada pandemiya böhranının yaşanması və virusla mübarizə dövründə gigiyenik qaydaların nə qədər vacib olduğu hər kəsə bir daha məlum oldu.

Bizə müraciət edən pasientlər arasında da hər zaman rastlaşdığımız, gözdən qaçan, fikir verilməyən hallardan biri də gigiyenik qaydalar, fərdi gigiyena qaydaları və onlardan düzgün istifadəsinin göz ardı edilməsidir.

Bəzən çox nadir diqqət yetirilən, ancaq kifayət qədər xəstəliklərə səbəb olan hallar var ki, onlardan biri haqqında geniş məlumat vermək istəyirəm. Bu, tualet kağızından istifadə edilmədikdə yarana biləcək xəstəliklər və fəsadlarına aid mövzudur.

Əsasən bölgələrdə çox rastlaşılan hallardan biri odur ki, insanlar yuyunduqdan sonra ümumiyyətlə tualet kağızından istifadə etmir. Səbəbini araşdırdıqda, bizim insanlar tualet kağızının suyun əvəzləyicisi olduğunun fikrindədir. Onları da başa düşmək olar, çünki tualet kağızının istifadəsini Sovet dönəmində vahid ölkədə yaşadığımız şimal və digər sudan istifadə etməyən, tualetdən sonra təmizlənməni sadəcə tualet  kağızı ilə silinməklə həyata keçirənlərdən görüblər. Halbuki, tualet kağızının funksiyası yuyunduqdan sonra dərinin (bədənimizin ən həssas dərisi olan yerlərin) qurudulmasıdır. Su ilə yuyunma gigiyenanın təməlidir, amma yetərli deyil.

Belə ki, xəstəliklərin artdığı dönəmdə son zamanlar gələn şikayətlər araşdırıldıqda, altda yatan səbəblərdən biri tualet kağızından istifadə edilməməsi və ya düzgün istifadə edilməməsidir. Bəs tualet kağızından istifadə edilmədikdə nələrlə rastlaşa bilərik?

Su ilə yuyunduqdan sonra tualet kağızından istifadə edilməməsi bir sıra xəstəliklərə yol aça bilər. Bunların içərisində xüsusi əhəmiyyət kəsb edən infeksion (bakterial, virus, göbələk mənşəli və.s) xəstəliklərdir. Yuyunduqdan sonra tualet kağızından istifadə edilmədikdə ilk növbədə anal və vaginal bölgənin yaxşı qurudulmaması nəticəsində infeksion xəstəliklər riski artır.

Uşaqlarda istifadə edilməməsi, xüsusən qız uşaqlarında, tez-tez təkrarlanan sidik yolu infeksiyalarına (sistitə) səbəb olur. Eyni zamanda kişilərdə, xüsusən sidik ifrazından sonra yuyulması halları və yaxşı qurdulmadıqda inefksion (bakterial, göbələk mənşəli) xəstəliklərin yaranması nəticəsində qaşıntı, prostat xəstəlikləri, qızarıqlıq, cinsi bölgədən pis qoxunun gəlməsi şikayətləri ilə rastlaşırıq.

Həmçinin xanımlarda da vaginal bölgənin qurudulmaması sidik yolu, genital infeksiyalar riskini də artırır. Belə olan halda xanımlarda qaşıntılar, səpgilər, pis qoxulu axıntı şikayətləri ilə rastlaşa bilərik.

Həmçinin genital nahiyə ən çox tərləyən bölgələrdən olduğu üçün infeksiyaların inkişafı üçün əvəzolunmazdır. Bunun qarşısını almaq üçün əhəmiyyətli tədbirlərdən biri də genital nahiyəmizi quru saxlamağımızdır. Yuyunduqdan sonra tualet kağızından istifadə etməklə genital bölgəmizi qurulayıb infeksion xəstəliklərlə yanaşı hemoroidal xəstəliklər (xüsusən anal fistuların) əmələ gəlməsinin qarşısını ala bilərik.

Sual yarana bilər ki, tualet kağızı əvəzinə niyə dəsmallardan istifadə etmirik, niyə qurulanmanı onunla həyata keçirmirik? Qeyd etmək istəyirəm ki, tualet kağızından istifadə edilmədikdə, əvəzində dəfələrlə istifadə olunan dəsmal və başqa vasitələr (təkrar emal olunmuş kağızlardan istehsal olunmuş sərt boz rulonlardan, “tək rulon” adlandırılan tualet rulonundan) istifadə olunarsa, həmçinin E.Coli, Clostridium, Fusobacterium və. s kimi infeksion xəstəliklərinə yoluxmasına səbəb ola bilər.

Ona görə də qeyd edilənləri nəzərə alaraq mütləq şəkildə yuyunduqdan sonra tualet kağızından doğru şəkildə istifadə olunmalıdır. Bu, bizi yarana biləcək bir çox xəstəliklərdən qoruyacaq!

Şəxsi gigeyanaya diqqət edin! Özünüzü və sağlamlığınızı qoruyun!

Son xəbərlər

2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər

“Körpü Bina Tikinti” Bakıda yaşıllıq belə məhv edir- Fotofakt

“Şirin Su”dan imtina edənlər artır: “Bu sudan pis qoxu gəlir

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

"Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı

Milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

DYP piyadalara müraciət etdi

Niderland parlamentinin deputatı Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti barədə məlumatlandırılıb

Alimlər kvant kompüteri vasitəsilə ilə öyrəndilər: Dünyanı dəhşətli aqibət gözləyir

İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verdi

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırıldı

Azərbaycan nefti bahalaşdı

Zelenski ilə görüşəcəyi tarix bəlli oldu

ABŞ Ukraynaya qoşun göndərməyəcək - SƏBƏBİ

“Best Beef”in istehsal etdiyi kolbasa və sosisləri yararsız çıxdı-Alıcılar belə aldadılır….

Bu energetik içkilər xərcəng yaradır……

Azərbaycan bu yolu dəhliz adlandıracaq - Simonyandan yeni iddialar

“Tamstore”də vaxtı keçmiş məhsullar satılır-Fotofakt

İlham Əliyev bu əsasnaməni təsdiqlədi

Prezident sərəncam imzaladı

Bütün xəbərlər