Gündəm
Gündəm / Siyasət
Volodin bu gün Azərbaycana gələcək
Rusiaya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu gün Azərbaycana rəsmi səfər edəcək.
"MUMtv.az" xəbər verir ki, Vyaçeslav Volodin Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova ilə görüşəcək.
Bundan əvvəl Qafarova ilə telefon danışığında Volodin Bakıya sentyabrın ortalarına planlaşdırılan səfəri barədə məlumat vermişdir. Səfərin əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinin cari gündəliyinin bütün məsələləri üzrə fikir mübadiləsi aparmaqdır.
Dövlət Dumasının sədri sonuncu dəfə 2018-ci il iyunun 24-25-də Azərbaycanda rəsmi səfərdə olub.