Gündəm

"Azərkosmos" və “Voyager Space” arasında memorandum imzalandı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərkosmos"la “Voyager Space” şirkəti arasında Kosmik Təşəbbüslərə dair Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimi Parisdə 73-cü Beynəlxalq Astronavtika Konqresi həftəsi çərçivəsində keçirilib. 

"MUMtv.az" xəbər verir ki, sənəd "Azərkosmos" və “Voyager Space” arasında kosmik infrastruktur, elmi mərkəzlərin qurulması, tədqiqat proqramları, texnologiyanın inkişafı və innovasiyalar istiqamətində əməkdaşlıq imkanlarını genişləndirməyə yol açacaq. 

Memoranduma əsasən yerli kosmik ekosistemi inkişaf etdirmək məqsədilə təcrübə və bilik mübadiləsi aparılacaq, ölkədə kosmik sahənin kommersiya və təhsil imkanları diqqət mərkəzində saxlanılacaq. 

“Biz kosmik proqramların və texnologiyaların ölkəmizə gətirə biləcəyi imkanları genişləndirmək üçün “Voyager Space”dəki tərəfdaşlarımızla işləyəcəyik. “Voyager Space kimi qlobal partnyorlarla yerli kosmik ekosistemi gücləndirmək əsas missiyalarımızdan biridir”, – deyə "Azərkosmos" İdarə heyətinin sədri Saməddin Əsədov qeyd edib. 

“Voyager Space”in Gəlirlər üzrə baş direktoru Kley Mouri bildirib ki, şirkət inkişaf etməkdə olan kosmik dövlətlərin tədqiqat və elm sahəsinə qoşulması üçün qapılar açır: “Kosmik texnologiya və elm cəmiyyətləri dəyişdirmək gücünə malikdir. Biz Azərbaycan vasitəsilə regionda dayanıqlı kosmik ekosistem qurmağı səbirsizliklə gözləyirik”.

“Voyager Space” haqqında.

“Voyager Space” kosmosda və Yerdə bəşəriyyət üçün daha yaxşı gələcək qurmaq, dayanıqlı kosmik iqtisadiyyatın inkişafını sürətləndirmək istiqamətində fəaliyyət göstərən kosmik texnologiya şirkətidir. Təxminən 20 illik kosmosa uçuş tarixi var, 1500-dən çox uğurlu kosmik missiya həyata keçirib. “Voyager Space” kommersiya istifadəçilərinə, dövlət təşkilatları, akademik və tədqiqat qurumlarına kosmik stansiya infrastrukturu, xidmətləri və texnoloji həllər təqdim edir.
 

  • "Azərkosmos" və “Voyager Space” arasında memorandum imzalandı

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər