Gündəm

Kitab sərgilərində nə baş verir: "Bu, kitab yox, pulyığma festivalıdır" ...

MUMtv.az: - Son zamanlar Azərbaycanda kitab sərgiləri tez-tez keçirilsə də, bəzi kitab evləri sərginin keçiriləcəyi yerlərin qiyməti ilə razılaşmır və nəticədə bir çox kitab evləri sərgilərə qatılmaqdan imtina edirlər. Sərgilərin keçirilməsində təşkilatçılıq edən“Caspian Event Organisers” (CEO) adlı şirkət təşkil etdiyi kitab festivallarına bir çox kitab evlərini dəvət edir və qeyd edir ki, keçiriləcək sərgidə hər 1 kv.metr yer üçün 100 azn ödənilməlidir. Bu da minimum 6 kv.metr stend olan yer üçün 600 manat pul deməkdir.
Məsələ ilə bağlı “Ovod” kitab evinin nümayəndəsi Əşrəf Vəliyev problemlə əlaqədar öz şəxsi sosial şəbəkə hesabında bildirib ki, bu, kitab yox, pulyığma festivalıdır: “Deməli, “Caspian Event Organisers” şirkətindən zəng edib, Mədəniyyət Nazirliyinin təşkil etdiyi kitab festivalına dəvət edirlər və qeyd edirlər ki hər kv.m üçün 100 azn ödəməliyik. Yəni minimum 6kv.m olan stend üçün bir kitab mağazası 600 azn ödəməlidir. BƏH!

Əziz Mədəniyyət Nazirliyi, Azərbaycanda kitabçılara və kitaba verdiyiniz dəyəri birdaha bizə göstərdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk. Əgər səhvim varsa, üzrlü sayın, ama bizdən başqa bu biabırçılığa nəsə yazan kitab mağazası da görmədik.

Nədir axı bu?! Məqsəd onsuz da heç nə qazanmayan kitab mağazalarını soymaqdır?! 600 azn iki Azərbaycan vətəndaşının minimum əmək haqqıdır. 3 günə 6kv.m yer qarşılığında bu məbləği tələb edirsiniz. Onsuz da o mağazalar orada kitabları dəhşət endirimlərlə satır. Çoxumuz da sırf reklam ve məhsullarımızı yeniləmək, oxucularla kontakt qurmaq üçün qatılırıq. Siz də gözünüzü dikibsiniz bizim cibimizə. Əhsən!”

Məlumat üçün bildirək ki, kitab sərgiləri iki il əvvələ qədər Mədəniyyət Nazirliyinin nəzdində keçirilirdi. Son iki ildir ki, kitab sərgisi və başqa bu kimi festival və tədbirləri yuxarıda adını qeyd etdiyimiz “CEO” adlı şirkət təşkil edir. Şirkətin sərgilərə təşkilatçılıq etməsi və kitab evindən yerhaqqı olaraq yüksək məbləğ tələb etməsi bir çox kitab evlərinin növbəti sərgilərə qatılmama ehtimalını gücləndirir. Bu isə Azərbaycanda oxucu kütləsinin artırılması üçün aparılan təşviqata və ümumiyyətlə kitab mədəniyyətinə qarşı ciddi problemlər yarada bilər.

Vaxtilə Mədəniyyət Nazirliyinin öz nəzdində keçirdiyi kitab sərgilərinə təşkilatçılığın birdən birə bu adda şirkətə ötürülməsi və kitab evlərinə qarşı yüksək məbləğdə yerhaqqı istənilməsi anlaşılan hal deyil və bu maraqlı məqam yəqin ki, Nazirliyin özünün məlumatı və göstərişi əsasında baş tutur.//Bizimyol.info

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər