Gündəm

Göyçayda bələdiyyə sədri VƏTƏNDAŞA QARŞI... - TƏFƏRRÜAT

Göyçay rayonu, Qaraxıdır kəndinin bir qrup sakini və İsrafilov Əlövsət “Yeni Müsavat” qəzetinin redaksiyasına müraciət edib. Bildirilib ki, ölkədə aqrar islahat aparılarkən kəndin ərazisinə məxsus olan torpaq sahələrinin 60 hektarı örüş torpaq sahəsi kimi heyvandarlığın inkişafına ayrılsa da, yerli hakimiyyət orqanları tərəfindən zəbt edilib, təyinatı üzrə istifadəsinə məhdudiyyət qoyulub:"Bu azmış kimi, kəndin kənarında 3 hektar örüş torpaq sahəsini də bələdiyyə sədri üç nəfərə qeyri-rəsmi olaraq satıb, artan narazılıqları tam ram etmək məqsədilə həmin sahənin ətrafını xəndəklə hasarladıqdan sonra şikayətlə əlaqədar yoxlamaya gələn vəzifəli şəxsləri əsl məqsəddən yayındırmaq üçün Çin tingləri adı ilə az miqdarda yerli tinglər əkilib. Faktiki olaraq kənd camaatına məxsus olan heyvanların vəziyyətləri dözülməzdir. Əhalinin çoxu mal-qaraların örüş torpaq sahəsi olmadığından satmaq məcburiyyətindədir".

Sakinlər qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da bir nəticəsi yoxdur: “Şikayətlərimizə baxan bir qurum yoxdur. Bundan istifadə edən bələdiyyə sədri Qurban İbrahimov kəndimizdə sözün əsl mənasında "reketlik" edir. Kənd əhalisinin adına gələn istixanaları hazırda istifadə etdiyi örüş torpaq sahəsində quraşdırıb. Hətta kəndin mərkəzi yerində böyük bir torpaq sahəsini də zəbt edib". Sakinlər iddia edib ki, bələdiyyə sədri pandemiya dövründə camaata verilməsi nəzərdə tutulan ərzaq və digər ianələri istədiyi kimi bölüşdürüb, çoxlu sayda fermer kartları əldə edərək, özünü ağa aparıb: “Kənddə bələdiyyə görüşləri keçirmir, əhalinin böyük əksəriyyəti ilə hesablaşmır. Kənd sakinlərinin hüquqları faktiki olaraq pozulmaqdadır. "Yeni Müsavat"ın vasitəsi ilə aidiyyəti qurumlardan xahiş edirik, şikayətimizə məhəl qoyulmasa, bələdiyyə sədrinin özbaşınalığı davam edəcək, bu baxımdan bələdiyyə sədrinin fəaliyyətinin yoxlanılması, onun qanunsuz əməllərinə hüquqi qiymət verilməsinə köməklik göstərəsiniz".

Məsələ ilə bağlı bələdiyyə sədri Qurban İbrahimovun rəyini öyrənməyə çalışdıq. Bələdiyyə sədri haqqında səsləndirilən ittihamları qətiyyətlə təkzib etdi: “Bu söhbət dörd ildir ki, gedir. Qeyd edim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 2,5 hektar əraziyə dövlətimiz tərəfindən mənə verilən göstərişlə gər ağacları əkmişəm, ipəkqurdu məktəbi ilə barama yetişdiririk. Bununla bağlı rəsmi aktlar, sənədlər var. Hətta dəfələrlə aidiyyəti qurumlar gəlib orada monitorinqlər aparıb, məlum olub ki, həqiqətən də həmin ərazi gər bağıdır. Yəni bələdiyyə sədri olaraq, qanundankənar heç bir iş görməmişəm. Üstəlik, həmin ərazini heç də hasarlamamışıq, sadəcə, bir qapı qoymuşuq ki, içəri mal-qara keçməsin. Kəndin ərazisinə məxsus olan ümumi örüş sahələrinə də heç kim dəyməyib, kənd camaatı istədiyi vaxt gəlib ot-alaqdan istifadə edir. Şəxsən mən o ot-alaqdan da istifadə etməmişəm. Mən 22 il müəllim işləmişəm, 22 ildir isə bələdiyyə sədriyəm. Bu müddət ərazində kəndimin bir örüş ərazisini belə hansısa vətəndaşa verməmişəm. O ki qaldı jurnalistlərə ünvanlanan şikayət müraciətlərinə, şəxsən adları siyahıda olan insanların əksəriyyəti ilə özüm görüşmüşəm, onlar bu cür müraciətdən xəbərsiz olduqlarını deyiblər. Sadəcə, mənimlə uzun illərdir qərəzli mövqe sərgiləyən İsrafilov Əlövsət bu cür yollara əl atıb, haqqımda yalan məlumatlar yayır və müraciət edənlər demək olar ki, onun qohumlarıdır. O ki qaldı pandemiya dövründə verilən yardım və ianələrə, hamısı icra nümayəndələri vasitəsilə verilib, üstəlik də şəxsiyyət vəsiqəsi ilə və verilərkən fotoları da çəkilib. Yəni o məsələdə heç bələdiyyə iştirak etmir.

Müraciətdə qeyd edib ki, guya mən bələdiyyə görüşləri keçirmirəm. Halbuki mən hər zaman əhalinin içərisindəyəm, bələdiyyə görüşləri keçirir, hətta gecə saat 12-də belə zənglərə cavab verirəm.

Onu da qeyd edim ki, İsrafilov Əlövsət məndən həyətyanı torpaq sahəsi istəmişdi. Hətta atası ilə birgə yanıma gəlmişdi. Ona bildirdim ki, istədiyi yerdən torpaq sahəsi götürə bilər, amma qanuni şəkildə dövlət rüsumlarını ödəməlidir. Bundan sonra icra hakimiyyətindən məni çağırıb bildirdilər ki, İsrafilov Əlövsət dövlət rüsumlarını ödəməyə imkanı olmadığını deyir. Mən onda da dedim ki, hətta iki dəfəyə ödəyə bilər. Qanuna əsasən, yalnız şəhid ailələrinə və qazilərə bir dəfə rüsumsuz torpaq sahəsi verilir. Lakin İsrafilov Əlövsət o imtiyaza aid deyil. Bütün bunlardan sonra İsrafilov Əlövsət mənə dedi ki, "mən istədiyim yerdən torpaq alacam, rüsumunu da sən ödəyəcəksən"".

Bələdiyyə sədri onun barəsində ittihamlar səsləndirən şikayətçini məhkəməyə verəcəyini də bildirdi:"Hansısa dediyimdə bir səhv olarsa, qanun qarşısında cavab verməyə hazıram. Amma onu bildirim ki, barəmdə mütəmadi olaraq yalan informasiyalar yazan, daima mətbuatda haqqımda qərəzli məlumatlar dərc etdirən, məni şantaj edən İsrafilov Əlövsət barəsində məhkəməyə şikayət edəcəm. Çünki bütün bunlar mənim sağlamlığıma çox pis təsir edib".

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər