Gündəm

İmişlidən yenə xəbər var... -  Deyəsən hələ bu da hamısı deyil // VİDEO

Bir neçə gün əvvəl "DogruXeber.az" informasiya portalında İmişli rayon İcra başçısı Elçin Rzayevin Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham olunmuş, ayağında “bilərzik” (elektron nəzarət vasitəsi) gəzdirən Səmədov Sahib Mehralı oğlunu İmişli Kommunal Məssisələr Birliyinə rəhbər təyin etdiyi barəsində məlumat vermişdik. Eyni zamanda rayon İcra başçısının sakinlərə qarşı saymazlığı və rayona qarşı laqeydliyi barəsində də bir neçə nümunələr gətirmişdik.

Yeni başçı Vilyam Hacıyevin ölənlərinə rəhmət oxutdurur - VİDEO

Məlumat yayımlandıqdan qısa müddət sonra etibarlı mənbədən əldə etdiyimiz məlumata gprə Elçin Rzayev yenicə işə götürdüyü keçmiş rəis köməkçisi Sahib Səmədovu vəzifəsindən azad edib. Onun yerinə isə Cəbrayıl rayon sakini olduğu deyilən Ceyhun adlı şəxsi həmin vəzifəyə təyin təyin edib. Maraqlıdır ki, imişlidə kifayət qədər təhsilli işsiz şəxslər olduğu halda, rayon rəhbəri Cəbrayıl rayon sakinini işlə təmin edir. Hansı ki, Cəbrayıl rayon sakinləri Cəbrayıl İcra Hakimiyyətinin başçısı Kamal Həsənov barəsində narazılıq bildirərkən başqa rayon sakinlərini Cəbrayıl qəsəbəsində işlə təmin etdiyinə etiraz edirdilər.

Onu da qeyd edək ki, Elçin Rzayev rayonun ali təhsilli bəzi sakinlərinə vakansiya olanda işlə təmin edəcəyi sözünü versə də vakansiya olan kimi hansısa "müəmmalı" səbəblə başqa rayon sakinini işlə təmin edir.

Bundan əlavə İmişli rayon Hacırüstəmli kənd icra nümayəndəsinin adı kəndə təyinat almış tibb bacısına qarşı əxlaqsız hərəkətlər etməsində hallanan keçmiş müavini Niyaməddin adlı şəxsi kənd sakinlərinin etirazları nəticəsində nəhayət ki, işindən azad etdilər. Amma, necə deyərlər "bığdan götürüb, saqqala qoydular". Adı əxlaqsız davranışlarda hallanan Niyaməddin adlı şəxs çox keçmədi ki, rayonun digər kəndi - "Qızılkənd" kənd İcra nümayəndəsinin müavini vəzifəsinə təyin edildi.

Bir də ki, daha bir qaranlıq keçmişə malik şəxsi - vaxtilə İmişli Rayon Məşğulluq Mərkəzində direktor vəzifəsində korrupsiya ilə məşğul olduğuna görə, haqqında cinayət işi açılmış Elxan Rüstəmlini İmişli Şəhər İcra nümayəndəsinin müavini vəzifəsinə təyin edən Elçin Rzayev ötən yazıda adı çəkilmədiyi üçün ona hələlik toxunmayıb. Doğrusu Sahib Səmədov təcrübəsindən sonra, Elxan Rüstəmlinin adını çəkməkdə tərəddüd etdik. Düşündük, görəsən Elçin Rzayev onun yerinə hansı rayona "yaxşılıq edəcək"?

Yeri gəlmişkən, biz bir neçə gün əvvəl İmişli rayonunu "ata mülkü" kimi bölüşdürən bir neçə sahibkarlar və vəzifəli şəxslərin adını çəkərkən, ötəri Şükür Astanovun da adını çəkmişdik.

Şükür Astanov kimdir?

Rayon sakinlərinin "Asfalt Şükür" kimi tanıdıqları Şükür Astanov “Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi olub, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin müdiridir. Eyni zamanda, yerli saytlardan əldə etdiyimiz məlumata görə “Orion-E” MMC-nin sahibidir və bundan əlavə rayonda fəaliyyət göstərən bəzi daş-çınqıl karxanalarının sahibidir. Özü də icra başçısı ilə çox isti münasibətdədir. Yəqin, elə buna görədir ki, əldə etdiyimiz məlumata görə indi Şükür Astanovun yaxınları, qohumları, bacısı -qardaşı uşaqları rayonda Su idarəsində, işıq idarəsində yaxşı vəzifələrdə çalışırlar.

Qeyd edək ki, Elçin Rzayev şükür Astanovun "ovsunladığı" yeganə icra başçısı deyil.
Rayon sakinlərindən əldə etdiyimiz məlumata görə Şükür Astanov rayonda öz yaşadığı villası ilə üzbəüz daha bir xanlara layiq villa tikdirib. Rayona İcra Hakimiyyəti başçısı vəzifəsinə kim təyin olunursa, Şükür Astanov onu həmin "saray"da yerləşdirir. Bir sözlə, əsl rəhbərə layiq yaşayış mənzili ilə təmin edir və beləcə həmin başçının "saqqızını oğurlamış" olur. Bununla da rayonda bütün yaşıl işıqlar Şükür Astanovun üzünə yandırılır.

Hə, unutmadan ona da diqqətinizi çəkmək istəyirik ki, diqqət etdinizsə, məlumatdan sonra İcra başçısının nəticə çıxardığı yeganə nüans kadr dəyişikliyi ilə nəticələndi. Lakin, materialda 44 günlük ikinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş və sağlamlığını itirmiş - el dili ilə desək, yarımcan olmuş, 30 il işğal altında olan 20 % torpağımızın azad olunmasında qəhrəmancasına döyüşən - bir sözlə, 20 % torpağı geri alıb, bu gün ailəsi ilə yaşamağa 20 kvadratlıq bircə otaq evi olmayan, xanımı və körpə qız övladı ilə kirayədə yaşayan, kirayə pulunu verməkdə çətinlik çəkən Nahid Şıxalıyevin dövlət tərəfindən mənzillə təmin olunana qədər, müvəqqəti yaşaması üçün bir mənzillə təmin olunma istəyi isə hələ də təmin edilməyib.

Şəhid ailəsi İcra başçısının əməllərindən prezidentə gileyləndi - VİDEO





Rayonun Heydər Əliyev adına istirahət parkındakı vəziyyət də dəyişməz olaraq qalır.

İmişli rayonunun namı məşhur vəzifə sahiblərindən biri də çoxdandır adı çəkilməyən keçmiş
İcra başçılarının (Əbülfəz Ağayev, Vilyam Hacıyev) müavini, hazırda Yeni Azərbaycan Partiyasının İmişli rayon Təşkilatının sədri Səfa Ağayevdir ki, onun da İmişli rayonunda bir neçə biznes və əmlaklarının olduğu, yaxınlarının müəyyən vəzifələrdə çalışdığı bildirilir. Həmçinin, həyat yoldaşı Rəna xanım Rayonda 8 nömrəli tam orta məktəbin direktoru, bir baldızı 4 nömrəli məktəbin direktoru, digər baldızı isə rayonun "Otuz iki" kəndində orta məktəbin direktorudur. Oğlu da özünün rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatında çalışır. Sözügedən idarənin keçmiş işçilərindən birinin əməkdaşlarımıza bildirdiyinə görə Səfa Ağayev hazırkı vəzifəsinə gələr-gəlməz kütləvi ixtisarlar aparıb və idarədə cəmi 4-5 nəfər saxlayıb ki, onların da biri öz oğludur.

Gördüyünüz kimi, adlarını çəkdiyimiz şəxslər, sözügedən rayonun "qaz vurub, qazan dolduran" vəzifəli şəxsləri - eyni zamanda, həm də iş adamı, sahibkarlıq fəaliyyəti olanlardır. Amma, bu da hələ hamısı deyil. Hər dəfə redaksiyamıza məlumatlar göndərildikcə, "DogruXeber.az" informasiya portalı vasitəsilə həmin şəxsləri sizə də tanıdacağıq.

Hərçənd ki, mövzunu bir az da uzadıb, vaxtınızı almaq istəmirik, amma, müdriklər deyib - "İgidi öldür, haqqını yemə". Odur ki, budəfəki mövzunun sonunda daha bir məlumat xarakterli olayı da vurğulamağı özümüzə borc bildik.

Yəqin ki, çoxlarınız bilirsiniz ki, müxtəlif rayonlarda və şəhərlərdə yaşayan şəhid anaları artıq uzun müddətdir ki, toplaşıb, bir-birilərini ziyarət edirlər. Odur ki, bu yaxınlarda Gəncə şəhərində yaşayan şəhid anaları da toplaşıb, İmişli rayonundakı şəhid analarını ziyarətə gediblər. Uzaq yoldan gəlmiş 25 nəfərlik heyyəti qarşılayıb, onlara süfrə açmağa gəldikdə İmişli rayon İcra Hakimiyyəti bildirib ki, "Büdcədə pul yoxdur, biz onlara süfrə aça bilmərik".

Təsəvvür edirsiniz?

Bir rayonun İcra Hakimiyyəti 25 nəfərə süfrə aça bilmirsə, daha doğrusu "büdcə boşdur" deyib, açmırsa, buna nə ad vermək olar?...

Rayonda şəhid analarını qarşılayan aktiv xanımlardan biri iş adamı kimi tanınan Saleh Səmədova zəng edib, məsələni deyib. Bunu eşidən Saleh Səmədov "Şəhid analarına canım qurban, baş üstə, mən nə lazımdır edərəm" deyib, özünün restoranı olan Kral restoranında xanımlar üçün layiqli süfrə açıb. Amma, İcra Hakimiyyətinin şəhid ailələrinə qarşı kobud davranışları ilə tanınan bəzi işçiləri də həmin məclisdə iştirak edib, özlərini "ön plan"da göstərməkdən çəkinməyiblər.

Eh.... Yazdıqca sözlərin davamı gəlir. Bu dəfəlik burda yekunlaşdıraq.
Amma, mövzuya qayıdacağıq...

Təəssüf ki, yazıda adı çəkilən tərəflərin məsələyə münasibətini öyrənmə cəhdlərimiz nəticəsiz qaldı. İstənilən halda, adı çəkilən şəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər