Gündəm



“Arif Hacılının müavini Gülağa Aslanlı da zəhmət çəkib mənə bir status həsr edib. Yazıda belə bir abzas yer alır: “Məşhur Lənkəran hadisələri zamanı adi təşkilatı vəzifələrin öhdəsindən gələ bilməyərək, Partiyanın başqanı İsa bəyi və mühafizəçiləri gözləyən pusqudan xəbərdar etməyən, müsavatçılara edilən hücum zamanı (qonşu rayonun partiya fəallarından fərqli olaraq)orada olmayan, əqidaşlarının müdafiəsində iştirak etməyən şəxsin bağışlanaraq, onunla yol gedilməsinin səhf olması ortadadır”. Gülağa Aslanlı demək istəyirsə ki, hücumdan xəbərim olub və xəbərdar etməmişəm, yalnız onu deyə bilərəm ki, məni bunda ittiham etmək üçün çox ləyaqətsiz adam olmaq lazımdır”.

"MUMtv.az"ın Demokrat.az-a istinadən  xəbərinə görə, bunu Müsavat Partiyasının başqanlığına namizəd Yadigar Sadıqlı bildirib.

Y.Sadıqlı bildirib ki, Lənkəranda İsa Qəmbərə olan hücum qeyri-seçki dövründə baş verən bir ilk idi: 

“Əvvəllər belə şeylər yalnız seçki dövründə olurdu. Ona görə mənim üçün də gözlənilməz oldu. Qonşu rayonun partiya fəallarına gəlincə, məhz Masallı təşkilatının sədri Xasay Fərzulladan xahiş etmişdim ki, başım təşkilatı işlərə qarışdığından gələn qonaqları Lənkəranın girəcəyində qarşılasın və tədbirin keçiriləcəyi yerə qədər müşayiət etsin. Tədbirin başlamasına 30-40 dəqiqə qalarkən icarəyə götürdüyümüz yerin sahibi zəng edərək icra hakimiyyətindən təzyiq olduğunu və razılaşmamızın ləğv edildiyini bildirir. Təcili şəkildə tədbiri təşkilatın sədri İmanverdi Əliyevin evinə keçirməyi qərara alırıq. Artıq Lənkərana daxil olan Xasay bəyə zəng edərək vəziyyəti anladıram, qonaqlarla bir yerdə çay içib "vaxt öldürməyi" xahiş edirəm. Özüm isə seytnot vəziyyətdə üzvlərimizə, dəvət etdiyimiz qonaqlara zəng edərək yeni məkan barədə məlumat verməyə çalışıram. Bu zaman İsa Qəmbərə hücum edildiyini və gələnlərin geri qayıtdığını eşidirəm. Üzvlərimizdən birinin maşınına minib İsa Qəmbərgilə çatmağa çalışıram, lakin edəcək bir şey yoxdur. Gördüyüm yalnız Lənkəranın çıxacağında Elman Fəttahın maşınının önünün kəsilməsi cəhdi və şüşələrinin sındırılması olur. İsa Qəmbər isə ikinci maşını gözləmədən şütüyüb getmişdi. Bir də ki, bu hücum məsələsini nə şişirtmisiniz? O zamanlar hər gün sıravi və çox da sıravi olmayan müsavatçılara hücumlar, basqılar, təzyiqlər olurdu, İsa Qəmbərə də olub olub da, nə olsun? Müqəddəs varlıqdır, başqa müsavatçılardan çox fərqlidir? O müsavatçıları ana doğmayıb, canları can deyil? Hücum da İsa Qəmbərin xeyrinə işləyib, reytinqini xeyli qaldırıb və ötən 10 ilə yaxın müddət ərzində bir də heç vaxt bu qədər gündəmdə olmayıb.  Ümumiyyətlə, hadisə olub keçəndən sonra məsləhət vermək asandır. Sizə də, Gülağa Aslanlı, 2013-cü ildə seçkilərdən sonrakı aktların əslini MSK-ya verməmənizlə bağlı irad bildirmək olar. Sonuncu gün də bu işlə məşğul olmaq əvəzinə zibil atdınız, kommunal xərcləri ödəyən zaman polis tərəfindən saxlanıldınız. Ümumiyyətlə, sizə qarşı bir təxribat ola biləcəyini düşünməməniz, bu zaman aktları başqa birisinin MSK-ya aparması ilə bağlı tədbir görməməniz heyrətamizdir. O təxribat daha gözlənilən idi, nəinki İsa Qəmbərə hücum. Amma başqasına çatanda daha bəsirətli olursunuz)). Ya da ki, son seçkilərdə namizədlərin partiya qərarı və şəxsi təşəbbüslə irəli sürülməsi arasındakı fərqi sizin kimi illərlə seçki mütəxəssisi və hətta MSK üzvü olmuş birinin bilməməsi lap təəccüblüdür. Bir də əsas məsələ bilirsiniz nədir? Tutalım, mənə qarşı dediklərinizdə haqlısınız. Bəs partiya rəhbərliyinə qarşı belə pusqu hazırlanmasında rol oynamış birisini başqan müavini təyin edəndə, elə həmin partiya rəhbərliyi tərifləyəndə niyə etiraz etmirdiniz? Əksinə, siz də tərifləyirdiniz. Cavab sadədir: sizin kimilərin heç vaxt müstəqil mövqeyi olmur, siz rəhbərliyin təriflədiyi adamı tərifləməyə, vurduğu adamı vurmağa öyrəşmisiniz. Həyat kredonuz budur”.

Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər