Gündəm

Azərbaycanda kiber akademiya açılacaq

20 sentyabr 2022-ci il tarixində Azərbaycanın ən böyük kibertəhlükəsizlik müəssisələrindən biri olan PROSOL Şirkəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə layihəsi olaraq ərsəyə gələn “PRO-ACADEMY” təlim-tədris mərkəzinin rəsmi açılış mərasimi keçiriləcəkdir.

"MUMtv.az" xəbər verir ki, “PRO-ACADEMY”-nin əsas məqsədi Azərbaycanda kibertəhlükəsizlik üzrə yerli və milli kadrların hazırlanması, gənc mütəxəssislərin, həmçinin bu istiqamətdə təhsil alan tələbələrin bilik və bacarıqlarının daha da artırılması yolu ilə onların ölkəmizə qazandırılmasıdır. Müasir dövrün ən böyük hədəflərindən birinə çevrilən kiber təhdidlər həm fərdlər, həm şirkətlər, həm də dövlətlər üçün ciddi fəsadlar yaradır. Getdikcə daha təhlükəli hal alan bu tendensiya ölkələrin belə çağırışlara qarşı özünün müdafiə potensialını formalaşdırmasını şərtləndirir. Bu mənada, Azərbaycanda da yüksək biliyə və təcrübəyə sahib olan kiber mütəxəssislərin hazırlanması, onların ölkəmizə qazandırılması mühüm əhəmiyyət kəsb edir.

PROSOL Şirkəti ilə ADNSU-nun birgə yaratdıqları akademik mərkəz, məhz kiber çağırışlara qarşı effektiv mübarizə aparılması ehtiyacından ortaya çıxmışdır. Mərkəz öz tələbələrinə kiber hücum, kiber müdafiə, kiber araşdırma və qiymətləndirmə, kiber siyasətlər, qaydalar və prosedurlar, eləcə də digər aktual istiqamətlərdə təhsil verəcəkdir. Onu da qeyd edək ki, PROSOL Şirkətinə məxsus Kiber Təlim Mərkəzində son bir il ərzində təmənnasız olaraq 50-dək kiber analitik və mütəxəssis hazırlanaraq ölkə bazarına qazandırılmışdır.

“PRO-ACADEMY” təlim-tədris mərkəzinin açılış mərasimi 20 sentyabr saat 16:00-da ADNSU-nun inzibati binasında baş tutacaqdır.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər