Gündəm

Tarixi binaları örtən dönər, market reklamları ləğv olunmalıdır - ÇAĞIRIŞ

MUMtv.az: - Bu gün dünaynın bir sıra məşhur şəhərlərinin öz dizayn kodu var. Maraqlıdır, Azərbaycanda bu dizyan kodlarının yaradılmasına necə ehtiyac varmı?
Əvvəlcə dizayn kodlarının mahiyyəti haqda:
"Dizayn kodu" - şəhərin görünüşünün estetikasının vizual şəkildə nizamlanması, formalaşmasına onun infrastrukturunun əlçatanlığını hədəfə alan kompleks yanaşmadır. Məsələn, Avropanın bir çox şəhərlərində isti yay aylarında əhalinin rahatlığının təmin edilməsi üçün kafelər açıq havada fəaliyyət göstərir, lakin bu zaman piyadalaırn hərəkətinə heç bir maneə yaradılmır. Yəni, həmin kafelər səkiləri zəbt etmədən fəaliyyət göstərir. Sakinlər, turistlərlə şəhərin arasında böyük sədlər, maneələr olmur.
Dizayn koduna riayət olunduqda, reklamla bağlı qaydalara da həssas yanaşılır. Reklam lövhələri harada gəldi, necə gəldi, istənilən ölçüdə vurulmur. Məsələn, Roma kimi şəhərlərdə tarixilik qorunur və tarixi binalar üzərinə hansısa reklam yerləşdirilmir.

Azərbaycanda, paytaxt Bakıda bu dizayn kodları necə yaratmaq olar?
Dia.az-ın məlumatın agörə, qocaman memar Cahid Həsənov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, inkişaf etmiş ölkələrdə istər taixi memarlıq abidələri, istəsərsə də modern üslubda memarlıq abidələrində şəhərin obrazını simvolik şəkildə təqdim etmək üçün xüsusi dizayn loqoları işlənilib hazırlanır.

Onun sözlərinə görə, Azərbaycanın müxtəlif şəhərlərinin, o cümlədən də Bakının özünün də dizayn kodu olmalıdır, bunun üçün müsabiqə təşkil edilməlidir.
Dizayn kodunu yaratmaq üçün ilk olaraq nədən başlamalıyıq?
C.Həsənov bildirir ki, bu istiqamətdə iş görmək üçün ilk olaraq rekalmlardan, tanıtımdan başlamaq lazımdır:
"Avtomobil yolu ilə Bakıya müxtəlif istiqamətlərdən girişdə şəhərin tanıtımı ilə bağlı hansısa informasiya lövhəsinə rast gələ bilmirik. Bunun üçün xüsusi dizayn formatları təsdiq olunmalıdır. Çünki dizayn kodu, dizayn simvolu özü turizm nöqteyi nəzərindən böyük əhəmiyyət kəsb edir".
Mütəxəssis bildiri ki, nəinki Qız Qalası kimi qədimi tarixi abidələrin, eyni zamanda Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Xalça muzeyi, Beynəlxalq Muğam Mərkəzi kimi müasir abidə komplekslərinin də loqolarını yaratmaq olar:
"Baxın, Eyfel qülləsi təkcə Parisin deyil, eləcə də Fransanın loqosuna çevrilib. Bizdə də ölkənin, şəhərin dizayn kodu üçün ilk olaraq loqotiplər və şüarlar yaradılmalıdır".

Dizayn koduna ən çox nə zərbə vurur?
Mütəxəssis qeyd edir ki, ölkənin dizayn koduna zərbə vuran amillərdən biri də böyük tarixi olan binaların reklamla "bəzədilməsi"dir:
"Neftçilər prospektindən Fəvvarələr meydanınadək - şəhərin mərkəzində vəziyyət heç də ürəkaçan deyil. Binaların birinci mərtəbələri mağaza, market, restoran-kafe, ictimai iaşə mərkəzləri tərəfindən yerləşdirilən reklamlarla doludur. Şəhərin tarixi binaları dönərxana reklamları ilə örtülüb. Bu binaları reklamlardan azad etmək lazımdır. Fransada, İngiltərədə böyük tarixi olan binanın üzərində reklam yerləşdirilməsinə icazə yoxdur. Çünki reklam konstruksiyaları tarixi binaları zədələyir və onun tarixiliyini kölgəyə salır".
C.Həsənov həmçinin bütün memarların, dizaynerlərin Mədəniyyət Nazirliyi ilə birgə komissiya yaratması və binaların dünya miqyasında tanıtımı, reklamının təşkili ilə bağlı arzularını da dilə gətirib:
"Qısa zamanda tarixi binaları "endirim", "market", "içki", "dönər" sözlərindən təmizlənməsi istiqamətində işlər görülməlidir".

O həmçinin qeyd edib ki, hazırda belə binaların birinci mərtəbəsində yerləşdirilən reklamlara görə 5-10 min manat vəsait yığılırsa, binanın tarixliyinin kölgədə olduğundan turist axınının azalmasına görə milyonlarla vəsait itirilir.
Mütəxəssis qeyd edir ki, Azərbaycanda reklam işini həyata keçirən Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) tarixi binaların birinci mərtəbələrində, onun ətrafında reklamların verilməsinə icazə verir:

"Halbuki, tarixi binalarda reklamların hamısı aradan qaldırılmalı və onların tarixiliyi geri qaytarılmalıdır".
C.Həsənovun sözlərinə görə, ADRA vəsait yığır, Mədəniyyət Nazirliyinin isə bu işi görmək üçün bir qrupu yoxdur.
Başqa ölkələrin təcrübəsini misal çəkən mütəxəssis bildirir ki, bir çox ölkələrdə bu cür əhəmiyyətli işlər qeyri-dövlət şirkətləri tərəfindən sifariş əsasında həyata keçirirlir:
"Dünyada çox böyük studiyaları olan memarlar var. Dövlət qurumları da həmin studiya ilə əməkdaşlığa başlayır, pul tökür, deyir ki, mənim üçün bu araşdırmanı apar. Lakin bizdə bu tendensiya yoxdur".

Tarixiliyin yaşadığı yerdə müasirlikdən əsər-əlamət olmamalıdır
Mütəxəssis bildirir ki, İçəri Şəhər kimi yerlərdə sosial vəziyyətinə görə fərqlənən bəzi ailələr eyvanlarının pəncərələrini müasir üslubda dəyişdirirlər:
"İçəri Şəhərin elə yerləri var ki, orada siz alüminium-plastik pəncərələri görə bilərsiniz. İçəri Şəhərdə meşə materialından, taxtadan başqa, hansısa materialdan isitfadəyə icazə verilməməli idi. Ümumiyyətlə, belə yerlərdə eyvanların artırılmasına, formasının dəyişdirilməsinə, pəncərələrin çərçivələrinin dəyişdirilməsinə icazə verilməməlidir. Nəinki İçəri Şəhər, kənar ərazilərdə də tarixi binalarda da buna icazə verilməməlidir. Modern üslubda təmir qadağan olunmalıdır".
Bölgələrdə də dizyan kodlar yaradılmalıdır
Mütəxəssis bildirir ki, Şəki, Naxçıvan, Qəbələ, Lahıc kimi böyük tarixi olan yerlərdə də dizyan kodları işlənilərək hazırlanmalıdır. Onun fikrincə, bu bölgələrin dizyan kodlarını müəyyənləşdirmək üçün həmin ərazilərdəki rəssamlar ittifaqları və digər aidiyyətı təşkilat, ittifaqlar müsabiqələr əsasında müəyyən işlər görməlidirlər.

Şəhərin tanıtımı üçün başqa nələr etmək olar?
Mütəxəssis deyir ki, tarixi binaların üzərinə QR kod yerləşdirmək olar ki, bununla da turistlər rahatlıqla istənilən bina haqda ətraflı məlumat əldə etmiş olacaq:
"Məsələn, İçəri Şəhərin özündə tarixi binaların üzərinə QR yerləşdirmək olar. Bu çox gözəl bir addım olar. Beləcə turistlər üçün binalar haqda məlumatlar da əlçatan olacaq. Bundan başqa, turist QR kodu vasitəsilə ilə əldə etdiyi məlumatı digər əcnəbilərlə də paylaşaraq ölkəmizin tanıtımına bir töhfə vermiş olacaq".

Qeyd edək ki, bu gün dünyanın bir çox aparıcı və inkişaf etmiş şəhərlərinin dizayn kodları var. Məsələn, Moskva viləyətində yerləçşən və tarixi şəhər olan Zarayskın dizyan kodu burada tikililərin bir və iki mərtəbədən hündür olmasına imkan vermir. Burada darvazalar, hasarlar da konkret bir biçimdədir.
Yaxud da Romada tarixi abidələrin üzərinə reklam vurulması qadağandır. Bu kimi şəhərlər əsasən piyada və turist yönümlü olması ilə seçilir.
Hazırda Bakının qədim divarlarında əks olunan adət-ənənələri, Şəki, Lahıc kimi əvəzsiz sənətkarlıq növlərini və sənət nümunələrini yaşadan yaşayış məntəqələrinin dizyan kodunu yaratmaq mümkündür. Adıçəkilən şəhərlərin hər biri özünəməxsusluğu, tarixi ilə digərindən seçilir.
Lakin təəssüflər olsun ki, hələlik bu isitqamətdə gözəçarpan bir iş yoxdur. Ona görə də, Bakının ən qədim abidələri belə müasirliyin təzahürləri arasında itib-batır.//dia.az


Son xəbərlər

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Bütün xəbərlər