Gündəm

Bakı təhsilini görün, kimə ƏMANƏT EDİRLƏR... - İLGİNC İDDİALAR...

MUMtv.az: - Bakı Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyevanın portfelsiz məmura çevrildikdən sonra indi də kənarlaşdırılması prosesinə hazırlıq gedir. TİA.Az-a verilən məlumata görə, M.Vəliyevanın vəzifəsindən uzaqlaşdırılması təhsil naziri Emin Əmirullayevin mühüm hədəflərindən biridir. Artıq Bakı Təhsil İdarəsinin əsas gəlir mənbəyi olan bir sıra səlahiyyətlər də ondan alınaraq nazirliyə verilib. Bura məktəbəhazırlığa qəbul, bağçalara qəbul, 1-ci siniflərə qəbul, direktor və direktor müavinlərinin yerdəyişmələri, məktəblərin təmiri və digər qərarverici işlər daxildir. Belə görünür ki, M. Vəliyevanın kənarlaşdırılması üçün zəruri bütün addımlar atılıb və yaxın günlərdə yola salınacaq. Xəbərlərə görə, onun yerinə Xəyalə Əhmədzadə təyin oluna bilər. X. Əhmədzadə ötən ilin martından nazirin əmri ilə M.Vəliyevanın müavini vəzifəsini daşıyır. Onun qardaşının nazirin müşaviri olduğu deyilir və bu haqda media yazıb. Qeyd edək ki, Əhmədzadə Xəyalə Fərhad qızı 1980-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.

1999-cu ildən pedaqoji fəaliyyətə başlayıb. Bakı şəhəri 272 nömrəli tam orta məktəbdə və Bakı Atatürk liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 2014-2020-ci illərdə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində çalışıb. Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin qalibidir.

Təhsil nazirinin 2021-ci il 2 mart tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib. Bir müddət əvvəl deputat Etibar Əliyev Vəliyevanı və Əhmədzadəni ittiham etmişdi. Buna BTİ rəhbəri münasibət bildirmişdi. Deputatın sözlərinə görə, Mehriban Vəliyeva “5-ci kolon” tərəfindən idarə olunur.

Bakı təhsilini görün, kimə ƏMANƏT EDİRLƏR... - İLGİNC İDDİALAR...

“Təəssüf edirəm ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etikadan kənar ifadələr işlədən bir şəxs rəhbərlik edir. Halbuki, həmin şəxs yalan danışır. O, kimlər tərəfindən idarə edildiyini etiraf etməlidir. Mehriban Vəliyeva çox yaxşı bilir ki, liseylərə və şəhərin mərkəzində olan məktəblərə hansı əsaslarla şagird qəbulu aparılır. O, həmin işlərin mərkəzində duran adam olduğu üçün, rəhbərlik etdiyi idarədə baş verən ikitirəlik, qarşıdurmalar barədə çox yaxşı bilir. O qadın kənardan, “5-ci kolon”un nümayəndəsi, vaxtilə Təhsil nazirinin müavini olan Məhəbbət Vəliyeva tərəfindən idarə edilir, amma bu ona icazə vermir ki, etikadan kənar ifadələr istifadə etsin”.

Deputat qeyd edib ki, Bakı məktəblərinin təchizatı ilə bağlı korrupsiya faktları mövcuddur:

“Xəyalə Əhmədzadə havadarlarının sayəsində bu sahələrə- ibtidai təhsil, bütün Bakı şəhərində yerləşən bağçalar və təhsilin idarə edilməsinə kuratorluq edir. Təhsildə hansı hadisələr baş verir, hansı qruplaşmalar var, layihələrə ayrılan vəsaitlərin necə mənimsənildiyini bütün ölkə bilir. Faktlar əlimdə olmasa, bəyanatlarla çıxış edə bilmərəm. O qadın bu cür neqativ halların çiçəklənməsində mərkəzi fiqurdur və Bakı məktəblərinin təchizatı ilə bağlı dəhşətli maxinasiyalardan, deyəsən, xəbəri yoxdur”.

Son xəbərlər

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib - İDDİA

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR... - "ƏMİN" ƏLLƏRDƏDİR...

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

"Meliorasiya və Su Təsərrüfatı"nın 2 idarəsi birləşir

Azərbaycanlı müğənni kamerunlu bəylə evlənib - VİDEO

Məhkəmə onlarla bağlı qərar VERDİ

Rəhmon Putini miqrantlar məsələsini müzakirə etməyə dəvət EDİB

Xocalıda insan qalıqları TAPILDI

Dövlət Su Ehtiyatları Agentliyinin daxilində gərgin anlar yaşanır - ŞOK məlumat

İlin sonuna kimi Cəbrayıla 712 ailə köçürüləcək - VİDEO

Bu Avropa ölkələri Fələstinin müstəqilliyini tanıya bilər

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq

Baş müstəntiq rəis müavini təyin edildi

Naxçıvanın incəsənət xadimlərini təltif olundu

Ukraynada məhkumlar səfərbərliyə cəlb ediləcək

Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi - FOTO

Bakının bu küçələri bağlı olacaq - Sürücülərin nəzərinə

NATO Ukraynaya qoşun göndərməyəcək

Sabah Bakıda 23 dərəcə isti olacaq

Bəzi incəsənət xadimlərinə Prezidentin mükafatları verildi

Bu şəxslərə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM

Prezidentdən Ömər Eldarovla bağlı SƏRƏNCAM

Rusiya səfiri Yaponiyanın ABŞ-ın atom bombası ilə bağlı siyasətini ikiüzlülük adlandırdı

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım edildi

“WhatsApp”da yenilik

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Putin Paşinyanla təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etmək İSTƏDİ

Paşinyan Putinin təklifini qəbul etmədi - "Bunu danışmışıq"

Alman faşizmi üzərində qələbənin 79-cu ili

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

Bütün xəbərlər