Gündəm

Rezidenturaya ixtisas seçimi başladı

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb. İxtisas seçimi 30 avqust  saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən "MUMtv.az"a verilən məlumata görə, namizədlər müsabiqədə iştirak etmək üçün 25 avqustdan 30 avqust saat 23:59-dək eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.


İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.


Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Bu nömrədə, həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2021-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları təqdim olunub. Jurnalı aşağıdakı ünvanda yerləşən “Abituriyent” satış köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Son xəbərlər

"Bu elementlər Azərbaycan Prezidenti ilə razılaşdırılıb" - Paşinyan

Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb

Hansı formada yatmağınız xarakterinizdən xəbər verir

"Respublika Neyrocərrahiyə xəstəxanasının həkimi Aytən Əliyevanın səhlənkarlığına görə sağlamlığımı itirmişəm" - VİDEOŞİKAYƏT

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? - DƏLİXANADIR, VALLAH...

Bu akademiya publik hüquqi şəxsə çevriləcək

Sürücülərin nəzərinə: “Təmiz hava” aylığı başlayır

Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb — Paşinyan

Azərbaycanda "Ədalət" yalnız adam adıdır - FOTO+VİDEO

Türkiyə və Azərbaycan arasında Türkmənistan qazı ilə bağlı razılıq əldə edildi

Nazirin müşaviri vəzifəsindən azad olundu

Nümayişçilərin prezident sarayına hücumu zamanı 26 əsgər yaralandı

Azərbaycan və Ermənistanın spikerləri bu tarixdə görüşəcəklər

XİN Ermənistanla sülh sazişinin şərtlərini açıqladı

"Trendyol"da çatdırılma niyə bahalaşdı?

Qumar oyunlarını reklam edən bloqerlərə XƏBƏRDARLIQ

"Arxları təmizləmək üçün bizdən pul yığırlar" - Birinci qrup əlildən ŞİKAYƏT

İlham Əliyev Şen Yueyueni qəbul etdi

Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlandı

Minimum əməkhaqqı nə qədər artacaq? - AÇIQLAMA

Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - FOTO

Əlilliyin qiymətləndirilməsi ilə bağlı YENİLİK

Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi

ƏDV-dən azad edilən mineral gübrələrin siyahısı təsdiqləndi

Bu şəxslər də təhsil krediti ala biləcək

Piylənmə xərçəng xəstəliyinə səbəb olur

Şuşaya növbəti köç karvanı yola salınıb

Zelenskidən Xarkovla bağlı açıqlama

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında torpaq qalmaqalı davam edir

AQTA vəzifəsinin öhdəsindən niyə gəlmir? İDDİA

Göycayda qeyri-iş vaxtı işə çıxardılan fəhləni ilan sancdı... İDDİA

İbrahim Nehrəmlinin Oğuzun Mollalı kəndində 10 ha qoz bağını məhv etdirməsinə ETSN-də niyə göz yumurlar

Bütün xəbərlər