Gündəm

Azərbaycan əsgərinə icazə verilməyən rus “soldat”ına “mojna”dır? - Görünəni budur...

MUMtv.az: - 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Azərbaycan vətəndaşlarının gözü qarşısında erməni vandalizminin dəhşətli mənzərəsi yaranıb. Beynəlxalq KİV nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri nəticəsində Qafqaz Albaniyasında mədəni-tarixi abidələrin dağıdılması, müsəlman ziyarətgahlarının təhqir olunması, xristian kilsələrinin erməniləşdirilməsi cəhdləri ilə bağlı çoxsaylı faktlar dünya ictimaiyyətinə məlum olub.

Bütün dünya erməni qəsbkarları tərəfindən törədilmiş mədəni-tarixi abidələrin kütləvi şəkildə dağıdılmasının, vandalizm və barbarlığın şahidi olmasına baxmayaraq, UNESCO işğaldan azad edilmiş ərazilərə, eləcə də Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsinin bugünkü vəziyyəti ilə tanış olmaq üçün missiya göndərməyə tələsmir.

Buna baxmayaraq, beynəlxalq hesabatlarda erməni vandalizmi faktları öz əksini tapır. Xüsusilə, ABŞ Dövlət Departamentinin 2021-ci il Qlobal Dini Etiqad Azadlığı Hesabatında Ermənistanın erməni separatçıları tərəfindən ələ keçirilən və sonra Azərbaycanın nəzarətinə qaytarılan ərazilərdə baş verənlərlə bağlı məsuliyyət daşıdığı vurğulanır.

“Əhəmiyyətli dini ocaqların təhqir olunmasına misal olaraq dağıdılmış Füzuli rayonundakı 19-cu əsrə aid Hacı Ələkbər məscidi və divarlarında ermənicə yazılmış yazılar vasitəsilə dağıdılmış Ağdamdakı Cümə məscidini göstərmək olar. Bundan əlavə, struktur güllələrlə deşik-deşik edilib. Ağdamın hər yerində qəbiristanlıqlar, o cümlədən XVIII əsrə aid “İmarəti Qərvənd”in müqəddəs və tarixi məzarları, şəhərin Şəhidlər Xiyabanı da murdarlanıb, talan edilib və ya dağıdılıb”, - deyə sənəddə vurğulanır.

Erməni vandalizminin çoxsaylı sübutlarına baxmayaraq, günahkar tərəf bu dəhşətli cinayətləri tanımaqdan imtina edir və hətta Azərbaycanı xristian irsini “məhv etməkdə” ittiham etməyə cürət edir. Ermənistan öz “ittihamlarına” önəm vermək və beynəlxalq ictimaiyyətin diqqətini işğal zamanı Azərbaycan torpaqlarında baş verən real mənzərədən yayındırmaq üçün öz lobbiçilərini Azərbaycana qarşı aktiv mübarizəyə cəlb edib.

Belə ki, 44 günlük müharibə başa çatdıqdan sonra Rusiyanın bir çox ictimai və mədəniyyət xadimləri, iş adamları, elm adamları və jurnalistləri açıq məktubla müraciət edərək UNESCO-nu Qarabağın xristian irsi abidələrini onların Azərbaycan tərəfindən “təhlükə altında olduqları və məhv, dağıdılma və vandalizmə məruz qala biləcəyinə görə” Ümumdünya İrs Siyahısına daxil etməyə çağırıblar.

İmza atanlar arasında musiqiçi Boris Qrebenşikov, dirijor və skripkaçı Vladimir Spivakov, dirijor Teodor Kurrentzis, rejissorlar Aleksandr Sokurov, kiçik Aleksey German və Sarik Andreasyan, aktrisalar Yuliya Auq və Svetlana Nemolyayeva, teleaparıcı və şoumen Qarik Martirosyan, “Comedy Club”ın yaradıcılarından biri Artaşes Sarkisyan, “MegaFon”un baş direktoru Gevork Vermişyan da var idi.

Bundan başqa, Rusiya ziyalılarının nümayəndələri Qarabağın xristian irsini “xilas etmək” üçün Rusiya Prezidenti Vladimir Putinə açıq məktubla müraciət ediblər. Müraciət edənlər arasında UNESCO-nun eksperti Aleksey Lidovun, Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Konstantin Mixaylovun, Rusiya Prezidenti yanında Mədəniyyət və İncəsənət Şurasının üzvü Artem Demidovun, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin direktor müavini Yekaterina Koçetkovanın, “Rusiya Qlobal Məsələlərdə” jurnalının baş redaktoru Fyodor Lukyanovun və başqalarının imzaları var idi.

Rus ziyalılarının bu nümayəndələri kifayət qədər açıq şəkildə müsəlman abidələrinin dağıdılması və talan edilməsi ilə bağlı çoxsaylı faktlara göz yumaraq, Azərbaycanı xristian irsini məhv etməkdə ittiham edirdilər. Beləliklə, Qarabağda “əsrlər boyu ermənilərin mövcudluğunun” təkzibolunmaz sübutu kimi istifadə etmək üçün mədəni, tarixi və elmi dəlilləri məhv etməyə və ya saxtalaşdırmağa çalışan erməni saxtakarlarının tərəfini tuturdular.

Bundan əlavə, onlar Azərbaycan ordusunu xristian kilsələrini dağıtmaqda və xaçkarları təhqir etməkdə də ittiham edirdilər.

Müharibədə hər şey ola bilər. Ona görə də onun adı müharibədir. Və Azərbaycan əsgərlərinin gözü qarşısında canlanan erməni vandalizminin mənzərəsini nəzərə alsaq, haradasa, onların bəzilərinin əsəblərinin dözməməsini başa düşmək də olar.

Amma eyni zamanda, nədənsə, Rusiya ziyalılarının nümayəndələri Ukraynanın Mariupol şəhərində 2021-ci ilin sentyabrında açılmış xaçkarın təhqir olunmasına susurlar. Ermənistan mətbuatının yazdığına görə, döyüş əməliyyatları zamanı möcüzəvi şəkildə sağ qalan xaçkar bu yaxınlarda rus əsgərləri tərəfindən darmadağın edilib.

Azərbaycanı ittiham edənlərin sərt qəzəbli səsi isə, nədənsə, qətiyyən eşidilmir. Yəni Azərbaycan əsgərinə icazə verilməyən rus “soldat”ına “mojna”dır?

Müəllif: Asif Aydınlı //AYNA//


Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər