Gündəm
Gündəm / Hadisə / Dünya
Boko Haramın düşərgəsi məhv edildi
Boko Haram terror təşkilatının Nigeriyanın şimal-şərqindəki düşərgəsi dağıdılıb.
"MUMtv.az" xəbər verir ki, bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) sözçüsü Edvard Qabkvet yazılı açıqlama yayıb.
Ordu Borno əyalətinin Sambisa meşəsində Boko Harama qarşı hava əməliyyatı keçirib. Qabkvet əməliyyatda təşkilatın düşərgəsinin məhv edildiyini və təşkilat lideri də daxil olmaqla xeyli terrorçunun öldürüldüyünü bildirib.