Gündəm
Gündəm / Dünya
Rusiya Donetskdə 268 yaşayış məntəqəsini işğal edib
Rusiya Silahlı Qüvvələri müharibə başlanandan bəri Donetskdə 268 yaşayış məntəqəsini işğal edib.
"MUMtv.az" xəbər verir ki, bu barədə qondarma respublikanın müdafiə qərargahı "Telegram" kanalında məlumat yayıb.
"17 avqust 2022-ci il tarixinə Donetsk Xalq Respublikası ərazisində DXR və LXR-in bir qrup qoşunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin silahlı dəstəyi ilə Verşina da daxil olmaqla 268 yaşayış məntəqəsini azad edib", - məlumatda deyilir.