Gündəm

Qarabağ ermənilərini vətəndaşımız kimi görməyə HAZIRIQMI? - AKTUAL

Bir neçə erməni Prezident İlham Əliyevə müraciət edərək, Azərbaycan vətəndaşlığına qəbul edilmələrini istəyiblər! Onlardan biri tanınmış bloqer, İstanbulda ailəsi ilə müvəqqəti yaşayan İşxan Verdyandır. O, Azərbaycan Respublikası vətəndaşlığının verilməsi xahişi ilə dövlət başçısı İlham Əliyevə müraciət edib. Bununla yanaşı, o, Xankəndi şəhərində yaşamaq niyyətində olduğunu da vurğulayıb: “Hörmətli, cənab Prezident! Mənə Azərbaycan vətəndaşlığı vermənizi, Xankəndidə yaşamağa və işləməyə icazə vermənizi xahiş edirəm”. Ermənistan vətəndaşı Vaqe Qambaryanın video-müraciəti də yayılıb:

“Axşamınız xeyir, cənab İlham Əliyev. Mən Ermənistan vətəndaşıyam və sizdən xahiş etmək istəyirəm ki, mənə Azərbaycan vətəndaşlığı verəsiniz ki, mən Bakı şəhərinə səfər edim. Qohumlarımı və sevdiyim insanları, mənə dəyər verən şəxsləri görə bilim. Mən də gələcəkdə Xankəndi şəhərində yaşamaq istəyirəm. Azərbaycan xalqını sevirəm, hörmət edirəm və qiymətləndirirəm”. Ölkəmiz çoxmillətli və etnik müxtəlifliyə malik olan tolerant dövlətdir. Rəsmi Bakı dəfələrlə Qarabağda və digər ərazilərimizdə yaşayan ermənilərin təhlükəsizliyinə təminat verəcəyini bəyan edib. Azərbaycanda yaşayan bütün millətlər özlərini çox rahat hiss edirlər. O cümlədən digər ərazilərimizdə yaşayan 10 minlərlə erməni bu gün də Azərbaycan vətəndaşlarıdırlar və heç bir ayrıseçkiliyə məruz qalmayıblar. Deməli, digər ərazilərimizdəki ermənilər çox sərbəst və azad şəkildə yaşayıblarsa, Qarabağdakı ermənilər də yaşaya bilərlər. Bununla bağlı Azərbaycan tərəfi ermənilərə dəfələrlə çağırış edərək onlara dövlətimizin himayəsi altında rahat və təhlükəsiz yaşam təklif edib.

Millət vəili Fazil Mustafa bildirib ki, buna adi bir müraciət kimi baxmaq lazım deyil. Deputatın fikrincə, ermənilər yenə “hiyləgərlik edirlər”, “inanmaq olmaz” kimi ifadələrin yeri deyil:

“Sadəlövh olmayaq, dəstamaz alıb müsəlman olacaq erməni axtarışında deyilik. Bizim hədəfimiz Azərbaycan vətəndaşlığını qəbul edən, onun qanunlarına tabe olan ermənilərin Qarabağda yaşamasına təminat verməkdir. Belədirsə, siyasi cəhətdən ağıllı davranmağa məhkumuq. Bu tendensiyanın inkişafına imkan yaratmalıyıq. Fikrimcə, ilkin mərhələdə Qarabağın bizim nəzarətimiz altında olan erməni kəndlərinin birində Azərbaycan vətəndaşlığını qəbul edən erməniləri yerləşdirməliyik. Onlarla bağlı təbliğat aparmalıyıq. Bir erməni kəndi obrazı yaratmaq və birgəyaşayış modelini təqdim və təbliğ etməliyik. Görürsünüzmü, vətəndaşlığımızı qəbul edən ermənilərlə hər hansı problemimiz yoxdur. Normal Azərbaycan vətəndaşı kimi yaşaya bilirlər. Təbii ki, hərtərəfli nəzarət mexanizmini də düşünməliyik. Hələlik sayları ikidir, stimullaşdırsaq, sayları arta bilər. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər və terrorçu, yaxud da separatçı ermənilər fərqini diplomatiyada daha sıx-sıx istifadə etmək mümkündür. Həm də təkcə diplomatiyada deyil”.
Qarabağ qazisi Rey Kərimoğlu isə düşünür ki, ermənilərə Azərbaycan vətəndaşlığı vermək hələ çox tezdir: “Qarabağdan silahlılar çıxsın, orada Azərbaycanın suverenliyi bərqərar olsun. Azərbaycanlı köçkünlər Qarabağın kəndlərinə qayıtsınlar. Bundan sonra ermənilərin müraciətini araşdırmaq olar. Cinayət törətməmiş ermənilərin Azərbaycan vətəndaşlığına qəbul edilib-edilməməsi ilə bağlı dövlətimiz qərar verər”.

Son xəbərlər

Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır

Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs edildi

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

Qurum ləvğ edildi, 400-ə yaxın əməkdaş işdən azad edildi - AÇIQLAMA

Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...

İranda hərbi təyyarə qəzaya uğradı

Bu deputata yeni vəzifə verilir

"İcranın işçisi məndən on min manat rüşvət istədi" - İDDİA // VİDEO

Məhbuslara pişik saxlamağa icazə verilə bilər

Prezident Davosda Zelenski ilə görüşüb

Tramp hökumət binalarında LGBT bayraqlarını qadağan etdi

Adama Barrou İlham Əliyevə başsağlığı verdi

İmişlidəki hadisələrdə saxlanılan 14 nəfər həbs olundu

Britaniya vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədinə getməməyə çağırdı

Şahin Mustafayev İranda daha bir görüş keçirdi

İntensiv yağış yağacaq

Əvvəl 24 saat deyirdi, indi isə 100 gün vaxt verdi

Valideynlərini itirmiş uşaqlara birdəfəlik müavinət ödəniləcək

Gələn aydan bu müavinətin məbləği artırlır

Rus şirkətləri dost olmayan ölkələrdən köçürülsün - Putindən TAPŞIRIQ

İmişlidəki qəzada xəsarət alan məktəbli xəstəxanada ölüb

AMB inflyasiya proqnozunu açıqladı

DİN-dən saxta mesajlarla bağlı əhaliyə müraciət

Erməni deputatın şəxsi evi qarət edildi - Paşinyanın qaynıdır

İlyas İsmayılov komaya düşdü

"iPhone 17 Air"in görüntüsü yayıldı

Prezidentdən Davosla bağlı paylaşım

Hoteldəki yanğında 14 ailə üzvü ilə birlikdə həlak oldu

Fransa yenidən Bəşər Əsədin həbsinə order verdi

Bu gün Lənkəranda işıq olmayacaq

Gəncə Tibb Kollecində rüşvət tələb olunur?

Bütün xəbərlər