Gündəm

Azərbaycanda ucuz taksi dövrü bitir? - Ekspert danışır

MUMtv.az: - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində müraciətlərin araşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirir.

“Delivery Azerbaijan” MMC tərəfindən Dövlət Xidmətinə “Bolt Services AZ” MMC-nin qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verdiyi barədə müraciət daxil olub.

Bununla bağlı müvafiq araşdırma aparılıb və “Bolt Services AZ” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması zamanı “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərdiyi və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozduğu müəyyən edilib. Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə “Bolt Services AZ” MMC-yə icrası məcbur olan göstəriş verilib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq olunub.

Maraqlıdır, “Bolt” haqsız rəqabət apararaq qanunu pozur, yoxsa ucuz taksi xidmətinin qarşısına sədd çəkilir? Dia.az-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, şirkətlər UBER-ə, “Bolt”-a görə tənəzzülə uğrayıb, işini dayandırıb:

"”Bolt”, “UBER” aqreqator şirkətləridir, Azərbaycanda da fəaliyyət göstərirlər. Son zamanlar isə onlar rəqabət qaydalarını pozur. Statistika da bunu göstərir. Bazarda inhisarçılıq yaradırlar. Belə olan halda aidiyyəti qurumların bununla bağlı tədbir görməsi müsbət haldır. Biz aylardır, illərdir danışırıq ki, onlar bazarda haqsız rəqabət aparır, digər şirkətləri sıxışdırıb bazardan çıxarırlar. Neçə-neçə şirkətlər UBER-ə, “Bolt”-a görə tənəzzülə uğrayıb, işini dayandırıb. Yəni bu qədər keyfiyyətsiz və ucuz taksi xidməti dünyanın heç yerində yoxdur. Sürücüləri istismar edirlər, bazarda qiymətləri süni şəkildə ucuzlaşdırıb bütün müştəriləri özlərinə cəlb edirlər".

Ekspertin sözlərinə görə, indiki bazar qiymətləri ilə taksi xidmətləri arasında heç bir əlaqə yoxdur:

"Bazarda yanacağın qiyməti bahalaşıb, işçi qüvvəsi, ərzaq, ehtiyat hissələri bahadır. Hər şey bahalaşıb, taksi xidməti isə get-gedə ucuzlaşır. UBER, “Bolt” nə etmək istəyir? Deməli, burada açıq maraqlar hiss olunur. Arxasında erməni iş adamlarının dayandığı bu şirkət Azərbaycanda özbaşınalıqla məşğuldur. Süni şəkildə qiymət endirilir. Bu şirkət sürücüləri öz təsirinə salır, gündəlik 25 manat qazanmaq üçün nə qədər gedişə məcbur edir. O gedişləri etmək üçün insan psixologiyası ona hazır olmalıdır, fiziki cəhətdən sürücü ona hazır deyil axı. Yorulur, qəzalar törədir. Ona görə düşünürəm ki, aidiyyəti qurumlar cərimələməklə yanaşı, taksi fəaliyyəti ilə bağlı qərar versə, yaxşı olar".

Son xəbərlər

Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL

İranın Təhlükəsizlik Nazirliyindən aksiyalarla bağlı BƏYANAT

Ermənistanın hərbi büdcəsi 1 milyard dolları keçəcək — İrəvan kimə qarşı silahlanır?

Tərtərdə minaya düşənlərin vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Azadə Balayeva vəzifəsindən AZAD EDİLDİ

“Dedim gündə məni də öldürürlər, onu da...” — Əli Mirəliyev Rəhim Rəhimlidən DANIŞDI

Azərbaycan nefti ucuzlaşıb

Sabah hava necə olacaq?

Avropada qazın qiyməti 1 900 dollardan aşağı enib

İlham Əliyev: “Azad edilən ərazilərdə Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq”

Prezident Sofiyada Yunanıstanın Baş naziri ilə görüşdü - FOTO

Bakıda orta aylıq əməkhaqqı ARTIB

Oktyabrda hava necə olacaq? — Umayra Tağıyeva açıqladı

Rusiya özünə nə qədər ərazi birləşdirdi?

Gəncədə partlayış - Yaşlı qadın öldü

Bulvarda hamilə qadın özünü dənizə ATDI

SEPAH sosial şəbəkələrdə şərh yazmaq üçün 8 min işçi cəlb etdi

Hərbçilərin pensiyasının artımı yeni qaydada hesablanacaq

Alla Puqaçova İsrail pasportu aldı - FOTO

Vəzifəlilərdən pul tələb edən "jurnalist"ə hökm oxundu

Bəzi avadanlıqlar gömrük rüsumundan AZAD EDİLƏCƏK

MEDİA-da Mətbuat Şurasının yeni sədri ilə görüş keçirildi — FOTO

Güney Azərbaycanda baş tutan etirazlarda üç azərbaycanlı həbs edildi — FOTO

Nazir Lerikdə `YAŞILLIQ QATİLLƏRİ` ilə bacarmır? - ACINACAQLI MƏNZƏRƏ... FOTO/VİDEO

32 yaşlı kişinin mədəsindən 60-dan çox qaşıq çıxarıldı

Trampdan DÜNYAYA MESAJ: "Bu təxribat müharibəyə səbəb ola bilər"

Azərbaycan bayrağına hörmətsizlik edən şəxsin görüntüləri yayıldı

Ağalar Vəliyevlə bağlı İLGİNC İDDİALAR... - Ortada suallar var...

Lənkəranda 24 saat yanan zibillik - Problem necə həll olunacaq?

Vüsal Kərimlinin rəhbərliyi altında maliyyə dərəbəyliyi - "Pulları BakuBus-a köçürüblər, amma şirkət çökür"

Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer: “Vətənimə lazım gəlsəm, orda olacam” – VİDEO

İrandakı etirazlarda 83 nəfər ÖLÜB

Bütün xəbərlər