Gündəm

Kəmaləddin Heydərovun qorxusu, brokerin həbsi, Mədət Quliyevin narahatlığı...

Xəbər verildiyi kimi, “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib. Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılan Məlikovun dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunduğu bildirilir.

Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Əslində bu, gözlənilməz xəbər deyil: Ə.Məlikovun qanunsuz əməlləri barədə müxtəlif vaxtlarda media və cəmiyyətdə bir-birindən sensasiyalı iddialar, ittihamlar dolaşırdı. Üstəlik, "Broker" MMC rəhbəri hələ bir neçə il öncə həbsin bir addımlığından dönmüşdü. Belə ki, o...


...Mədət Quliyevin zamanında da DTX-də dindirilib

Həmin vaxt da Ə.Məlikovun dövlət büdcəsinə külli miqdarda vergi və gömrük ödəmələrindən yayındığına dair əsaslı şübhələr müəyyən edilib. Bundan sonra, o, Dövlət Təhlükəsizlik Xidmətinə çağrılıb və sorğu-sual edilib. Bu sorğu-sual zamanı ortaya kifayət qədər ilginc nüanslar çıxıb. Belə məlum olub ki, bir andaca görünməmiş dərəcədə varlanan Məlikovun büdcədən yayındırdığı vergi və gömrük ödəmələri həm də kimlərinsə cibinə yönəldilib.

Məsələn, "Broker" MMC rəhbərinin reket jurnalistlərə hər ay pul payladığı da aydınlaşıb. Bunda isə Mətbuat Şurasının ovaxtkı rəhbər şəxslərindən birinin vasitəçilik etdiyi məlum olub.

Sonradan DTX-nin ovaxtkı rəisi M.Quliyev məsələ ilə bağlı Prezident Administrasiyasına məktub yazıb. Həmin məktubda "Broker" MMC rəhbərindən "zərf" alan reket jurnalistlərin siyahısı da verilib. Ancaq Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik, eyni zamanda da mətbuat sahəsini kurasiya edən Əli Həsənov nədənsə (!) bu məktuba diqqətlə yanaşmayıb və zamanla həmin məsələ "unudulub".

Lakin ortada...

...daha bir ilginc məqam var

Söhbət Ə.Məlikovun bir neçə il öncə DTX-dəki dindirmə zamanı özünü təmizə çıxarmaq üçün himayədarı – fövqəladə hallar naziri Kəmaləddin Heydərov əleyhinə ifadə verməsindən gedir. Məsələ burasındadır ki, "Broker" MMC rəhbəri məhz Heydərovun sayəsində yüksəlib və gömrük sistemində bir nömrəli "kölgə fiqura" çevrilib. Məsələn, onun şirkəti müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq etməklə "ad çıxarıb", bu isə sonradan həmin malların qiymətlərinin bahalaşmasına səbəb olub.

Ə.Məlikov iddia edib ki, bütün addımlarını Kəmaləddin Heydərovun istəyi və iradəsi daxilində atıb. Onun söylədikləri fövqəladə hallar nazirinin qulağına çatdıqda ikili arasında münasibətlər pozulub. Nazir o zamanadək "gizli kassası" rolu oynayan Məlikovla məsafə saxlamağa başlayıb.

Bu yerdə kiçik haşiyə: "Broker" MMC rəhbəri ilə arası dəydikdən sonra Heydərov özünə yeni "gizli kassa" müəyyənləşdirdi. Bu, Milli Məclisin IV və V çağırış deputatı olmuş Hacı Salayevdir. Məlikovdan boşalan yeri tutan Salayev hazırda da fövqəladə hallar nazirinin biznes və maliyyə məsələlərində "açar şəxs" rolunu oynayır.

"Broker" MMC rəhbəri ilə münasibətlərinin soyumasına baxmayaraq onun indi yenidən saxlanılmasının və həbsinin Heydərovda ciddi təlaş yaratdığına şübhə yoxdur. Çünki istintaq prosesinin dərinləşməsi ortaya keçmişə dair çoxsaylı qanunsuzluqların çıxarılmasını şərtləndirəcək. O da istisna olunmur ki, Məlikovun həbsindən...

...təkcə Heydərov narahat deyil

Belə ki, bir neçə il öncə DTX-yə aparılan "Broker" MMC rəhbərinin niyə sonradan sərbəst buraxıldığı da gündəmə gələ bilər. Söhbət ondan gedir ki, yuxarıda da vurğuladığımız kimi, M.Quliyevin rəis olduğu dönəmdə də Məlikovun qanunsuz əməllərinə dair kifayət qədər əsaslı şübhələr vardı. Əgər həmin vaxt cinayət işi başlansaydı, adıçəkilən şirkət rəhbəri elə onda həbs olunacaq, beləliklə də, azadlıqda qalaraq dövlət büdcəsinə vergi və gömrük ödəmələrindən yayınmağa davam edə bilməyəcəkdi.

Ancaq sorğu-sual edildikdən sonra Məlikov müəmmalı şəkildə sərbəst buraxıldı, indi isə bunun da səbəb yaxud səbəblərinin araşdırma mövzusuna çevriləcəyi yönündə ehtimallar var. Elə ona görə də mümkündür ki, M.Quliyev də "Broker" MMC rəhbərinin həbsindən narahatlıq keçirənlər arasındadır.

Bir sözlə, Ə.Məlikovun həbsi kifayət qədər ciddi hadisədir və belə görünür, onun barəsindəki cinayət işi xeyli şəxsə əməllicə başağrısı yarada bilər.

Seymur Əli

Son xəbərlər

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Bütün xəbərlər