Gündəm
Gündəm / Siyasət / Dünya
Zaxarovadan azərbaycanlı həmkarlarına DƏSTƏK
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Londandakı həmkarlarına dəstəyini nümayış etdirib.
"MUMtv.az" xəbər verir ki, o,özünün “Telegram” kanalında “Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istəyirəm”-deyə qeyd edib.
“Gündüz vaxtı səfirliyə edilən hücum məni şoka saldı. Vandal kütləsi diplomatik nümayəndəliyin ərazisinə soxularaq dövlət rəmzlərini murdarlayıb, binaya ziyan vurublar. Allaha şükür ki, heç kim zərər görmədi”,-deyə Zaxarova qeyd edib.
O, vurğulayıb ki, diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır. Zaxarovanın sözlərinə görə, belə hadisələr qeyri-adi haldır.
“Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniya hakimiyyət orqanlarına və polisə sual verirəm: Siz harada olmusunuz?”, - Zaxarova qeyd edib.