Gündəm
Gündəm / Siyasət / Cəmiyyət / Dünya
Latviya rusiyalılara vizaların verilməsini dayandırdı
Latviyanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası vətəndaşları üçün bütün növ vizaların verilməsini qeyri-müəyyən müddətə dayandırıb.
"MUMtv.az" xəbər verir ki, yeganə istisna Latviyada yaşayan yaxın qohumlarından birinin dəfn mərasiminə getmək zərurətidir.
Səfirlik belə bir qərarın səbəbini açıqlamayıb.
Qeyd edək ki, 2022-ci ilin yazında Latviya rusiyalılara turist vizası verməmək qərarına gəlib. Ancaq işə qəbul üçün uzunmüddətli milli vizalar, eləcə də humanitar səbəblərə görə (individual baxılırdı) qısamüddətli vizalar əldə etmək mümkün olub.