Gündəm

Şəhid  ailəsi    İcvra başçısının  əməllərindən   prezidentə  gileyləndi - VİDEO

"Allah Vilyam Hacıyevin ölənlərinə rəhmət eləsin"...

Bunu biz demirik, İmişli rayon sakinləri deyir. Halbuki, Vilyam Hacıyev də İmişli rayonunda İcra başçısı olduğu dövrdə rayonda bütün sakinlər onun başçı olaraq heç bir işə yaramadığından danışırdılar. Deyirdilər, "Gedirik qəbuluna, dinləyir, "həll edərik" deyir, amma eləmir. Bizi yola verir ". Vilyam Hacıyev vəzifəsindən azad edildikdən sonra məlum olan milyonlarından onun necə, nə üçün və hansı istiqamətdə işlədiyi də aydın oldu. Amma, iş burasındadır ki, onun yerinə həmin vəzifəyə təyin olunan yeni icra başçısı Elçin Rzayevin isə ümumiyyətlə kimsəni qəbul etməməsindən gileylənirlər. "Heçolmasa Vilyam Hacıyev kimi mehriban dinləyib, yola verməyi də bacarmır" deyirlər. Əslində bu mövzuda onu qınamaq da olmur. Vilyam Hacıyevin kifayət qədər bu vəzifə üzrə təcrübəsi var idi. Ona görə də sakinlərin özü demişkən, "hamının damarını tuta bilirdi". Elçin Rzayev isə uzun müddət icra başçısının müavini işləsə də, bəlli ki, müdiri ona işin sirlərini - yəni insanları "yola verməyi" öyrətməyib. Elə görüb ki, başçı tədbirlərə gedir, Elçin Rzayev də aradabir "komanda"sını toplayıb başına, gedir 5-6 şəhid evini ziyarət edib, 10-15 şəkil çəkdirib, qayıdıb girir "iqamətgah"ına. Şəhid evini ziyarətdən gələn başçı, qapısında saatlarla, bəzən də günlərlə gözləyən şəhid ailələri, qaziləri qəbul etmir. Hər halda sakinlər özləri belə deyir.

Onların məsələsinə baxmalı olan - Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İltizam Quliyev qəbul edir, dinləyir, sonra da "heç Türkiyədə şəhid ailələri dövlətdən heç nə istəmir. Mən də sizin kimi dövlətdən pul alıram, evim də var, maşınım da var, dolanıram da" deyə, utandırıb, yola salır.

Yeri gəlmişkən, deyilənə görə bir dəfə bu cür utandırmanın 15 gün müddəti var. 15 gündən tez İltizam Quliyev qəbul edib xəcalət vermir. Deyirlər "sən burdan təzə getmisən. Növbədə adam hələ çoxdur. Get, 15 gündən sonra gələrsən".

Amma, təəssüflər olsun ki, şəhid ailəsinə vurulan o tənənin təsiri nəinki 15 gün, heç 15 il də keçsə, silinməsi mümkünsüz dərin iz buraxır. Nə yazıq ki, bu gün "fırlanan kürsü"də əyləşən səlahiyyət sahibləri bunu dərk etmirlər...

Rayonda boş yataqxanalar, sosial mənzillər olduğu halda, ikinci Qarabağ müharibəsi qazısı Nahid Şıxalıyevə kirayə pulu ödəmək imkanı olmadığından, müvəqqəti yaşaması üçün bircə otaq belə verilməsini təmin etmir icra hakimiyyəti. Deyirlər, "boş ev yoxdur". "Arvadının babasından qalma" yeni tikili boş binanın birini Vilyam Hacıyev satdı, amma qalan digər bina və köhnə yataqxanalarda 10-larla boş mənzillərdən birini müvəqqəti yaşaması üçün müharibə iştirakçısına, daha doğrusu vətən qazisinə vermək çoxmu çətin idi icra hakimiyyəti üçün?

Yaxud da "DogruXeber.az" redaksiyasına müraciət edən şəhid ailəsi Babaşova Adilə Novruz qızının şikayətini təmin etmək, bapbalaca torpaq sahəsinin sənədlərinin hazırlanmasında köməklik göstərmək bir rayonun rəhbərliyi üçün mümkünsüz idimi?



Əgər, mümkün deyilsə, o zaman Mеmarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov hansı əsasla Adilə Babaşovadan 300 (üç yüz) AZN pul tələb edib?

Yaxud, mümkün olduğu halda sözügedən məbləği hansı əsasla istəyib?

Qeyd: Yeri gəlmişkən, məlumatda Nazim Rəsulovun və rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zaidovun işinin hazırda korrupsiyada olduğua bildirilir.

Üstəlik də videoda da gördüyünüz kimi, şəhid xanımı Adilə Babaşova bildirir ki, ona məxsus - bələdiyyə sənədi və keçmiş İcra başçısının sərəncamı olan bir neçə sotluq torpaq sahəsində tikinti aparılması üçün İcra Hakimiyyəti icazə vermir. Hətta, tikintiyə başlayıb, başa çatmaq üzrə olduğunda icra hakimiyyəti tərəfindən əraziyə polis əməkdaşları cəlb olunub və tikinti dayandırılıb.

Şikayətçinin sözlərinə görə, "İcra başçısı Elçin Rzayev də "uşaq başı aldadırmış kimi", "Lap mən sənə desəm də get tik, ora qaz, işıq, su verilməyəcək", deyə özünü "yaxşı adam" kimi göstərməyə çalışıb".

Adilə Babaşova isə bildirir ki, həmin ərazidə, ona məxsus kiçik torpaq sahəsinin yanında rayonun axunduna məxsus çörəkbişirmə müəssisəsi və mərasim evi fəaliyyət göstərir ki, Elçin Rzayevin özünün etirafına görə onlar da, eyni zamanda orada tikilən digər yaşayış evləri də sənədsizdir.

Yeri gəlmişkən, "DogruXeber.az"a rayon sakinləri tərəfindən daxil olan məlumata görə İmişli rayonunun Xanhüseyn Bəylərov küçəsində - Rayon Mərkəzi Xəstəxanasının yanında yerləşən sözügedən bu yer əvvəllər istirahət parkı üçün nəzərdə tutulmuş yaşıllıq ərazi olub. Rayonun tanınmış iş adamlarından biri olan Aslan adlı şəxs bir neçə il əvvəl həmin ərazini İcra Hakimiyyətindən (sənədsiz) satın alıb. Aldıqdan sonra ərazidəki yaşıllıq ağacları bir gecənin içərisində kəsilib, ərazidən daşınıb və həmin ərazi boş torpaq sahəsi kimi hissə-hissə müxtəlif şəxslərə satılıb. İndi orada bir neçə yaşayış villaları var. Həmçinin, "Elçin uşaq bağçası, axunda məxsus çörəkbişirmə müəssisəsi, mərasim evi, market və bu kimi iaşə obyektləri fəaliyyət göstərir.

Özü də həmin ərazi rayon sakinləri arasında "Milyonçular məhəlləsi" kimi tanınır ki, bu da orada torpaq sahəsinin rayonun digər ərazilərinə nisbətən baha qiymətə satıldığı, orada tikilən evlərin 2-3 mərtəbəli villalar olduğu üçün sakinlər tərəfindən verilmiş addır.

P.S: Şəhid ailəsi Adilə Babaşovanın müraciətini yayımlamadan əvvəl Mеmarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov ilə telefon əlaqəsi saxladıq və vətəndaşın narazı olduğu durumu diqqətinə çatdırdıq. Eyni zamanda, bu durum hər zaman problemli və imtiyazlı şəxslərin yanında olan "DogruXeber.az" üçün də həssas mövzu olduğu üçün şəxsən öz adımızdan da problemin həllində yardımçı olması və şəhid xanımının icra başçısının fərdi qəbulunda olması üçün köməklik göstərməsini xahiş etdik. O başçının qəbul günlərinin hər həftənin dördüncü günü olduğunu, başqa günlərdə bunun mümkün olmadığını bildirdi və fərdi qəbul üçün şərait yaradacağını qeyd etdi. Adilə Babaşova deyilən vaxtda yenidən İcra Hakimiyyətində oldu. Bəli, fərdi görüş təşkil edildi. Təbii ki, məsələyə aidiyyatı olan digər işçilərin iştirakı ilə baş tutan görüşdə, Elçin Rzayev yenə də sənədlərini düzəltməsini tövsiyyə edib, yola salıb.

Halbuki, xanım elə sənədlərin hazırlanmasında köməklik göstərilməsi və tikintini davam etdirməsinə icazə verilməsini xahiş etmək üçün oraya üz tutmuşdu.

Videomaterial yayımlandıqdan sonra isə sosial şəbəkədə rəy bölməsində İmişli rayon İcra Hakimiyyəti məsələyə bucür münasibət bildirib.

"İmişli şəhər sakini, şəhid ailəsi Babaşova Adilə Novruz qızı tərəfindən şəhərin Xanhüseyn Bəylərov küçəsinin sağ hissəsində yerləşən 120 kv.metr torpaq sahəsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən müvafiq icazə sənədləri və Tikinti üçün Layihə Sənədləri Sisteminin tələblərinə uyğun tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi hazırlanmadan qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı müəyyən edilmiş və tikinti işləri dayandırılmışdır. İlkin mərhələdə nəzərdə tutulan obyektin tikintisi ilə əlaqədar yuxarıda qeyd olunan sənədlərin hazırlanması ilə bağlı A.Babaşovaya ətraflı izahatlar verilmişdir. Eyni zamanda A.Babaşova Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olarkən obyektin tikintisi üçün tələb olunan icazə sənədlərinin hazırlanmasında ona təkrar izahatlar verilmiş və sənədlərin hazırlanması ilə bağlı bu işlərdə ona dəstək olunacağı bildirilmişdir."

Daha bu dəstəyin nə vaxt göstəriləcəyi, ümumiyyətlə göstərilib - göstərilməyəcəyi, bugünə qədər niyə göstərilmədiyi sual olaraq qalır.

Mövzuya qayıdacağıq və növbəti yazıda İcra Hakimiyyəti binasının qarşısındakı Heydər Əliyev adına istirahət parkında qurudulmuş ağaclar, yığışdırılmış oturacaqlar, parkın iyrənc, antisanitar vəziyyətdə olan ayaqyolusu və bu kimi digər problemlərdən, eyni zamanda bəzi vəzifəli şəxslərin sahib olduqları əmlaklardan da bəhs edəcəyik .

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

İmişlidə RİH-i başçısının idarəçiliyi “xəstə ruhlu” insanların düşüncəsinə oxşayır- ŞOK FAKTLAR

Son xəbərlər

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bütün xəbərlər