Gündəm

Cənab nazir, xahiş edirəm, mənim evimi verin! - Tanınmış yazıçı Kəmaləddin Heydərova müraciət etdi
Azərbaycanın yazıçı-dramaturqu Əmir Pəhləvan fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib.

"MUMtv.az"  AFN.az-a istinadən  xəbər verir ki, yazıçı sosial şəbəkə hesabında yazıb: "Hörmətli Kəmaləddin Heydərov! 2013-cü ildə məndən zorla aldığınız (bu başqa bir söhbətin mövzusudur) Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 39 saylı sahədə olan yeganı torpağımın satış pulunun 110 min manat qalığını inflyasiyadan 4 il sonra (pul qiymətdən düşəndən sonra) 2017-ci ildə ödədiniz.

Mərhum atanız Fəttah müəllim pulun dollarla olan müqayisədəki itkisinin əvəzinə mənə "Elmlər Akademiyası" metrosu ilə üzbəüz sizə məxsus tikilən binadan mənzil söz verdi. Sizin bundan çox yaxşı xəbəriniz var. Bir il əvvəl sizinlə şəxsən görüşüb qısa da olsa, məsələni incəliyinə qədər üzbəüz danışdım. Məni 4 dəfə qəbulunuza çağırdınız, amma qəbul etmədiniz. Telefonla 4-5 dəfə şəxsən sizinlə danışığımız oldu. Söz versəniz də, yenə qəbul eləmədiniz.
Allah Fəttah müəllimə rəhmət eləsin! Hər dəfə söz verirdi ki, Kamal səni yanına çağırıb mənzilin sənədlərini özü təqdim edəcək. Təəssüf ki, bu, belə olmadı. Sonra isə Fəttah müəllim dünyasını dəyişdi. Mənim telefon yazışmalarım (mesajlar fakt kimi məndə qalır) və zəng qeydiyyatlarım var. Lazımı orqanlar araşdıra bilərlər. 2013-cü ildən bu günə qədər bəlkə də sizə 100-ə qədər məktub, teleqramma və telefon zəngləri (mesajlar) etmişəm, heç bir nəticəsi yoxdur.
Cənab nazir, xahiş edirəm, mənim evimi verin!"
Əmir Pəhləvan 70 kitabın, 15 filmin, 2 teatr tamaşasının müəllifidir. Dünyanın bir çox nüfuzlu mükafatlarının sahibidir. 40 kitabı Avropada, Amerikada, Almaniyada, Avstryada və başqa xarıcı dövlətlərdə nəşr olunub.

Cənab nazir, xahiş edirəm, mənim evimi verin! - Tanınmış yazıçı Kəmaləddin Heydərova müraciət etdi

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər