Gündəm
Gündəm / Cəmiyyət / Hadisə / Dünya
Şri-Lankada etirazçılar prezident iqamətgahına daxil oldular - VİDEO
Şri-Lankanın paytaxtı Kolomboda etirazçılar ölkə prezidenti Qotabaya Racapakasanın iqamətgahına daxil olublar.
"MUMtv.az" xəbər verir ki, bu barədə "Frans-Press" agentliyi bildirir.
Qeyd olunur ki, dövlət başçısı etirazçıların əraziyə daxil olmasından qısa müddət əvvəl iqamətgahı tərk edə bilib. Hazırda onun yeri barədə məlumat verilmir.
Şri-Lankada sakinlər uzun müddətdir ki, ölkədə kəskin inflyasiyaya etiraz edir.
Hazırda Şri-Lankanın xarici borcları 51 milyard dollara çatıb. Bir neçə ay əvvəl ölkə borclarla bağlı defolt elan etmişdi.