Gündəm

Azərbaycanda 70 yaşlı gəlin
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
Ölkəmizdə uzunömürlü ailələrə daha çox cənub bölgəsində rast gəlinirsə, indi söhbət açacağımız ailə Ağsu rayonunda yaşayır. Bu ailədə gəlinin 70, oğulun 80, ananın 105 yaşı var.

"MUMTV.az” Azərtac-a istinadən xəbər verir ki, 1915-ci ildə Ağsu rayonunun Abasxanlı kəndində doğulan Sadatbəyim Mehdiyeva bölgənin ən uzunömürlü sakinlərindən biridir. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən Sadatbəyim nənə deyir ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır. Nənənin sözlərinə görə, yaşadığı illər ərzində xeyli çətinliklərə sinə gərib, müharibələr görüb, ailə qurub, övlad, nəvə-nəticə sahibi olub.

Söhbət zamanı Sadatbəyim nənə bildirir ki, bir qədər tez ailə qursa da, xoşbəxt ola bilməyib: "Yoldaşım İkinci Dünya müharibəsinə yollananda övladlarım balaca idi. Müharibədə həlak oldu. Bütün çətinliklər mənim üzərimdə qaldı”.

Nənənin sözlərinə görə, 1970-ci illərə qədər əzab-əziyyətli günləri çox olub: "İndi Allaha şükür, Azərbaycan gözəlləşib və inkişaf edib. O vaxt nəqliyyat kimi atlar və öküzlərdən istifadə edərdik. Amma indi hamının maşını var. Bakıdan Sumqayıta qədər yükümüzü belimizdə daşıdığımız vaxtlar olub. Allah Azərbaycan xalqından belə gözəl dövranı almasın. Bu, görünməyən bir tarixdir. Heyf ki, ömrümüzün bu yaşına təsadüf edib”.

Sadatbəyim nənə zəhmətkeş əməkçi kimi xidmətlərinə görə bir neçə dəfə medal ilə də təltif edilib.

Nənənin 70 yaşlı gəlini Zemfira Mehdiyeva deyir ki, uzunömürlü və sağlam yaşamaq üçün bəzi məqamlara diqqət etmək lazımdır: "Düzdür, ömrü verən Allahdır, amma gərək sən də özünü gözləyəsən. Ailədə söz-söhbət də olar, amma gərək bir-birinizi eşidəsiniz, başa düşəsiniz. Mənim 70, yoldaşımın 80, qayınanamın da 105 yaşı var. Əlli beş ildir ki, bu evə gəlin gəlmişəm”.

Sadatbəyim nənənin 80 yaşlı oğlu Sabir baba uzun illər mexanizator işləyib. Hazırda təqaüddə olan baba deyir ki, işləmək və halal qazanc əldə etmək insanı qocaltmaz. "Halal işləsən, halal qazansan, qazandığını evə gətirib ailənlə mehriban olsan, can deyib, can eşitsən – əlbəttə ki, insan o evdə çox yaşayar”, - deyə o qeyd edib.

105 yaşlı Sadatbəyim nənənin iki övladı, 13 nəvəsi, 27 nəticəsi, 11 kötükcəsi var. Yaşının çox olmasına baxmayaraq, özünü gümrah və xoşbəxt hesab edir.


Son xəbərlər

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

Bütün xəbərlər