Gündəm

Budapeştdə türkdilli diasporun birgə fəaliyyəti müzakirə olundu - FOTO
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 

Türk Şurasının Budapeştdəki nümayəndəliyinin rəhbəri, səfir Yanoş Hovari ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin görüşü keçirilib.

 

MUMTV.az-ın məlumatına görə, görüş zamanı səfir dünyadakı macar icmaları, miqrasiya problemləri, müxtəlif ölkələrdəki diasporların yerli cəmiyyətlərə inteqrasiyası və türkdilli diasporun birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.

 

Dövlət Komitəsinin sədri Fuad Muradov səfirin diqqətini dövlətimizin yürütdüyü diaspor siyasətinə cəlb edib. O, Azərbaycan diasporunun yayılma coğrafiyası, Macarıstandakı azərbaycanlı icmasının fəaliyyəti, soydaşlarımızın milli kimliyinin, mədəniyyətimizin və dilimizin qorunub saxlanması naminə gerçəkləşdirilən layihələrdən ətraflı danışıb.

 

Komitə sədri qeyd edib ki, dövlətlərarası dostluq münasibətlərinin diaspor təşkilatları arasında formalaşdırılması artıq zərurətə çevrilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş zirvə görüşü, türkdilli diasporların müxtəlif ölkələrdəki toplantıları haqqında geniş məlumat verən F.Muradov bildirib ki, Dünya Azərbaycanlıları Şəbəkəsinin formalaşdırılmasını strateji hədəf kimi müəyyənləşdirmiş Dövlət Komitəsi artıq ümumtürk diasporu şəbəkəsinin yaradılması istiqamətində addımlar atmaqdadır. Komitənin hazırladığı "Türkdilli diasporların inkişafına dair Strateji Yol Xəritəsi”ndə Azərbaycan və Türkiyə, eləcə də ümumilikdə türkdilli diasporların birgə fəaliyyəti xüsusi yer tutur. Gələn il türkdilli gənclərin yay düşərgəsinin təşkil ediləcəyi fikri qarşı tərəfdə böyük maraq doğurub.

 

Sonra Dövlət Komitəsinin adından Y.Hovariyə Azərbaycanın tarixinə və mədəniyyətinə dair xatirə hədiyyələri təqdim edilib. Nümayəndəliyin fəxri qonaqlar üçün nəzərdə tutulmuş xatirə kitabına yazdığı rəydə komitə sədri qurumun fəaliyyətini yüksək qiymətləndirib və uğurlar arzulayıb.

Görüşdə ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və nümayəndə heyətinin üzvləri iştirak ediblər./Moderator.az


Son xəbərlər

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Bütün xəbərlər