Gündəm

DİM sədrinin Təhsil Nazirliyi ilə DAVASI... - NƏ BAŞ VERİR?

“Azərbaycanda kifayət qədər işaxtaran və boş iş yerləri var. Lakin mövcud vakansiyalar dolmur və insanlar işsiz qalır”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədrin sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilir:
“Bu da təəssüf ki, diplomlu işsizlərin və ya ixtisası üzrə çalışmayan kütlənin formalaşmasına gətirib çıxarır. Əsas səbəblərdən biri kimi ali məktəblərin təhsil proqramlarının nəzəri biliklər əsaslı olması və tələbələrini lazımi peşə bacarıqları ilə silahlandırmaması, proqramlar hazırlanarkən beynəlxalq və yerli kvalifikasiyaların tələblərinin nəzərə alınmaması olduğunu söyləyə bilərik”.
M.Abbaszadənin məlum açıqlamasından belə aydın olur ki, bu gün ali təhsil müəssisələrində tələbələrə yetərincə təcrübə və bilik verilmir.
Ekspertlərə görə də ölkədə əmək bazarının tələbinə uyğun kadrın hazırlanmasında problem var. Belə ki, ali təhsil müəssisələri hələ də 1960-1970-ci illərdə olduğu kimi nəzəri bilikləri tədris edir. Bu da bu günün tələblərinə uyğun deyil. Ali təhsil proqramları ilə əmək bazarının tələbləri arasında fərq var. Diplomlu işsizlər həqiqətən də ölkədə ciddi problem kimi qalır. Amma bunun səbəbi təkcə kadrların hazırlanmasındakı qüsurlar deyil. İş probleminin indi də tanışlıq, qohumluq və rüşvətlə həll olunduğu kimsəyə sirr deyil. Elə olur ki, ali məktəbi fərqlənmə diplomu ilə bitirən iş tapa bilmir, amma onun kursdan “sürünə-sürünə” keçən tələbə yoldaşı ən yaxşı yerdə işlə təmin olunur.
Hurriyyet.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, ölkədəki ali təhsil müəssisələri müasir dövrün tələblərindən ciddi şəkildə geri qalır: “Öncə qeyd edim ki, ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Etiraf edək ki, bu gün Azərbaycan ali təhsil müəssisələri əmək bazarının tələblərinə və müasir standartlara cavab verən kadrlar hazırlaya bilmir. Bunun da bir neçə səbəbi var. Birmənalı şəkildə bizim ali təhsil müəssisələrimiz ciddi şəkildə müasir dövrün tələblərindən geri qalır. O cümlədən idarəetmədə, tədris resurslarında İP texniki bazada müasir dövrlə ayaqlaşmaqda o qədər də maraqlı deyillər. Son üç günün müşahidələrini qeyd edə bilərəm ki, bu gün ali təhsil müəssisələri məzun günlərini böyük təmtəraqlı yerlərdə keçirməyə maraqlıdır və böyük pullar xərcləyirlər. Amma həmin pulu universitetin maddi-texniki bazasının yüksəldilməsinə, imkansız tələbələrin təhsil haqlarının ödənilməsinə ayıra bilərdilər.
Rəqəmlərlə qeyd etsək, deyə bilərəm ki, bir ali təhsil müəssisəsinin bakalavr pilləsinə 7 min tələbə qəbul olunur. 4 ildən sonra həmin tələbələrin yalnız 42 faizi ixtisası üzrə işə qəbul oluna bilir. Yəni ali təhsil müəssisələrinin keyfiyyət göstəricisi 50 faizin altındadır və bu, məsələnin birinci ciddi problemidir. Yəni universitetlərin hazırladıqları ixtisaslı kadrlar əmək bazarının tələblərindən uzaqdır. Bu gün əmək bazarında işə götürənin fikri, təklifi nəzərə alınmır. İşə götürən ali təhsil müəssisələrinə təklif verməlidir ki ”mənə bu və ya digər bacarıqlara malik informasiyanı bilən, məlumatı olan kadrlar hazırlansın". Amma işəgötürənlərin belə bir təklifi olmur.
Ümumiyyətlə isə ali təhsil müəssisələri həyata keçirilən işəqəbul prosesinə kadrlar hazırlamır. Bu gün ali təhsil müəssisələri yalnız kardon parçası olan diplom verməkdən başqa işə yaramır. Baxın, hər il ali təhsil müəssisələrinin pedaqoji ixtisasını 15 mindən çox tələbə bitirir. Orta ümumtəhsil məktəblərində müəllimlərin işəqəbul imtahanında ali təhsilli pedaqoji mütəxəssislər işə qəbul olunmaqdan, uğur qazanmaqdan ötrü müəllim yanına hazırlığa gedirlər. Təsəvvür edin, bu insanlar 4 il ali təhsil müəssisələrində təhsil alıblar, onlara diplom verilib, amma onlar işə qəbul olunmaq üçün repetitor yanına hazırlığa gedirlər. Deməli, 4 il ərzində onların əldə etdikləri bilik, informasiya hansısa əhəmiyyətə malik olmayıb. Yəni onların 4 ili boşuna keçib. Və yaxud dövlət qulluğuna imtahan keçiriləndə tələbələrin 4 il ərzində əldə etdikləri biliklər onlara lazım olmur.
Beləliklə, bu gün universitetlər tələbələrə heç nə vermir. Məleykə Abbaszadənin də qeyd etdiyi kimi, bəli, vakansiya yerləri var, Dövlət İmtahan Mərkəzi obyektiv, şəffaf imtahanlar keçirir, amma heç də biz bunu müsahibə mərhələsi üçün deyə bilmərik. DİM-in obyektiv keçirdiyi test imtahanlarında insanlar bal toplayır, keçid mərhələsini keçirlər, müsahibə mərhələsində isə bu mümkün olmur. Dövlət qurumlarının ancaq öz adamları müsahibə mərhələsində uğurla keçirlər. Tanıdığım insanlar var ki, yüksək balla testi və müsahibəni də keçiblər, Təhsil Nazirliyinə sənədlərini də veriblər, amma onları heç kim işə qəbul etməyib, əvəzində dövlət qulluğuna girə bilməyənləri vəzifəyə götürüblər. Təhsil Nazirliyində yüzlərlə belə faktlar var.
Ona görə də bu gün gənclər dövlət qulluğuna getmirlər ki, bilirlər ki, onları heç kim işə götürməyəcək. Təsəvvür edin, adamlar iki il ehtiyat kadrda qalırlar, onları təyin etmirlər. Gənclər bu cür faktları görəndən sonra dövlət qulluğuna necə getsinlər? Bu da ciddi problemdir. Nəticədə gənclər işsiz qalırlar".
Təhsil eksperti Nadir İsrafilov Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin fikirləri ilə tam razı olduğunu dedi:
“Universitetlər öz tədris proqramı əsasında əsasən nəzəri biliklər verirlər. Diplomlu məzun da çıxır əmək bazarına, ayrı-ayrı təşkilat və qurumlar arasında seçim aparır. Şirkət və qurumlara isə lazımdır ki, həmin şəxs işi bacarır, ya yox. Nəzəri biliklə də bu mümkün deyil. Ona görə də bəzi hallarda universitet bitirən məzun işə götürüləndə əvvəlcə müəyyən kurslara göndərilir. Bu mənada Məleykə Abbaszadənin fikirləri ilə çox razıyam.
Sovet dövründə tutaq ki, tələbə pedaqoji ixtisas üzrə təhsil alırdısa, 4-cü kursun tələbələri bütün kurs boyu ayrı-ayrı məktəblərdə praktika keçirdilər. Deməli, müəllim arxada əyləşirdi, dərs dinlənilirdi, sonra müzakirə olunurdu, nöqsanlar bildirilirdi və sairə. Beləliklə, məzun təyinat alıb məktəbə gedəndə artıq hazır müəllim olurdu. Onun heç bir problemi, çətinliyi olmurdu. Bu haqda dəfələrlə məsələ qaldırmışıq ki, mütləq şəkildə baza məktəbləri olmalıdır.
Tutaq ki, riyaziyyatı bilmək riyaziyyatçının işidir, amma həm də bilməlidir ki, metodika nədir, onun tədrisi necə aparılır, şagirdlə necə davranmalıdır və sairə. Bu mənada hazırda bizim universitetlərin ən böyük problemi ondan ibarətdir ki, bizdə əmək bazarında tələb olunan vərdişlər aşılanmır. Yalnız nəzəri biliklər verilir, məzun da universiteti bitirdikdən sonra ortalıqda qalır. Şirkətləri məzunun bilikləri deyil, onun bacarıq və vərdişləri, səriştəsi maraqlandırır".
Millət vəkili Ceyhun Məmmədov isə məsələyə bu cür mövqe bildirdi:
"Ümumiyyətlə, hesab edirəm ki, bu məsələdə həm universitetlər, həm də gənclərimiz məsuliyyət daşıyır. Burada bir neçə istiqamətdə iş getməlidir. İlk növbədə universitetlər çalışmalıdır ki, işəgötürənlərlə əlaqədə olsunlar. Məsələn, bu gün tələbə hansısa universiteti bitirir, işlə bağlı harasa müraciət edir, amma məlum olur ki, onun heç bir bilik, bacarıq və qabiliyyəti yoxdur. Bu da onun işə götürülməsində müəyyən çətinliklər yaradır. Ona görə burada ən uyğun variantlar odur ki, universitetlər davamlı olaraq işəgötürənlərlə, müəssisələrlə əlaqədə olsunlar.
Tələbələr universitetdə təhsil aldığı dövrdə həmin iş yerlərində təcrübə keçsinlər. Məsələn, bu gün bunu Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Bakı Ali Neft Məktəbi, Neft və Sənaye Universiteti edir. Yəni tələbə müxtəlif istiqamət və sahələr üzrə təcrübə qazanmalıdır. Digər məsələ, ümumiyyətlə, ixtisasların müəyyənləşdirilməsində, yeni ixtisasların açılmasında, tələbələrin qəbulunda əmək bazarını mümkün qədər nəzərə almalıyıq. Yəni əmək bazarını nəzərə almayanda müəyyən problemlər ortaya çıxa bilər. Həmçinin universitetlərdəki peşə və istiqamətlər, proqramlara da baxmalıyıq ki, əmək bazarı ilə universitetlərin ixtisasları arasında uyğunluq olsun, gələcəkdə tələbələrin iş tapması ilə bağlı problem yaşanmasın".

Son xəbərlər

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Bütün xəbərlər