Gündəm

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN  MƏHRUM" adlandıran məmur...

MUMtv.az: - Yenə də Qaradağ rayon Müşfiqabad qəsəbəsi, yeni salınmış "Qaçqın şəhərciyi"ndə yaşayan sakinlər etiraza qalxıblar. Təəssüflər olsun ki, haqsız da deyillər. İlla ki, "həftə 8, mən 9" bu ərazidə yaşayan sakinlərin narazılığına səbəb olacaq bir problem olmalıdır. Orada yaşayan sakinlərin kimliyi şəhərciyin adından bəllidir zatən. Yurd -yuvasından didərgin düşmüş, 30 ildir çətinliklər içində yaşayan sakinlərin dərdlərinin üstünə bir o qədər də bəzi dövlət idarələri dərd yükləyir.

Zaman -zaman müəyyən idarələr tərəfindən bəzi Kommunal problemlər yaşayan şəhərciyin "bəxtsiz" sakinləri bu dəfə isə "DogruXeber.az"a poçtla bağlı dərdlərini danışıblar. Bu kimi problemlərdən cana doyduqları və aidiyyatı idarələrin yaranmış problemləri qanuni şəkildə aradan qaldırmadıqları üçün, "səbir kasaları" daşan sakinlər vəziyyət belə davam edərsə küçələrə axışacaqlarını və artıq özləri bunun üçün qanunu aşan addımlar atacaqlarını deyirlər.

Bu dəfə isə narazılıq poçt barəsindədir. Belə ki, artıq 5 gündür sakinlər kommunal ödənişlərini ödəyə bilmirlər.

Qeyd edək ki, şəhərciyin sakinləri arasında yaşlı, həmçinin səhhətində müəyyən problemləri olanları da var ki, onlar bir neçə metrlik məsafəni güclə qət edib, Mənzil Kommunal İstismar Sahəsinin binasında fəaliyyət göstərən poçtdan kommunal ödənişlərini edirdilər. Lakin, artıq 5 gündür poçtda yaranmış internet yoxluğu səbəbilə ödəniş etməkdə çətinlik çəkirlər və indi həmin insanlar yayın qızmar günəşi altında bir neçə kilometrlik məsafədə yerləşən Müşfiqabad filialına getmək məcburiyyətindədirlər.

Orada çalışan xanıma da Müşfiqabad filialında işləməsi tapşırığı verilib.

Sakinlər bildirir ki, Qaçqın şəhərciyindaki poçtun fəaliyyətinin dayandırılması söhbəti gedir.
Elə bütün bu deyilənlərlə bağlı "DogruXeber.az" informasiya portalının rəhbəri Kamal Əsgərov həmin poçtun tabe olduğu Abşeron Telekommunikasiya qovşağında İnformasiya texnologiyaları və internet şöbəsinin müdiri İslamov Fərid Həşim oğlu ilə telefon əlaqəsi saxlayıb, 5 gündür yaşanan bu problemin səbəbini və nə zaman aradan qaldırılacağını soruşdu. Fərid islamov, "Səbrli olun, düzələr"- deyə cavab verdi. İsrarla verilən "nə vaxt düzələcək" sualına isə, heç rahatlığını pozmadan, sakit şəkildə axıra qədər eyni cavabı verdi: "Səbirli olun düzələcək". Kamal Əsgərov, "Mən səbrli olsam da, sakinlər səbrli olmur axı, heçolmasa bir dəqiq vaxt deyin ki, ona görə səbr etsinlər" dedi. Fərid İslamov, çox özündən razı səs tonu ilə - "Səbrli olmurlarsa, onda onlar insaniyyətdikdən məhrumdurlar" ifadəsi ilə problem yaşayanları təhqir etməkdən belə çəkinmədi. Üstəlik səs tonunu biraz da qaldırıb, "Siz gedin öz işinizi görün" - dedi. Bu da idarə rəhbərinin vətəndaşla münasibəti, eyni zamanda mətbuat nümayəndəsi ilə dialoqu...

Biz "DogruXeber.az" olaraq, hər zaman bunu təəssüf hissi ilə təkrar edirik, ifadələrini, kəlimələrini idarə edə bilməyən şəxslərin bəlkə də 98%-i dövlət müəssisələrində idarəetmədə - rəhbər vəzifələrdə çalışırlar.

Rahat, sərin iş otağında əyləşib, 5 gündür istirahət edən Fərid İslamov deyəsən həmin otağı "ata ocağı", vətəndaşları isə "məhlə uşaqları" zənn edir ki, istədiyi səs tonu ilə, istədiyi ifadələri rahatca işlədir. Hələ bu da azmış kimi heç bu Fərid İslamov sən demə icra etdiyi işdə yaranmış problemlə bağlı, ona sual verən mətbuat nümayəndəsi ilə danışmağı belə bacarmırmış. Ya da ki, "kiməsə, nəyəsə arxalanıb", heç kimə, heç nəyə əhəmiyyət vermir. Məhz rəhbər vəzifələrdə çalışan Fərid islamov kimi şəxslərdir ki, bu gün nəinki məcburi köçkünləri, hətta ölkə əhalisinin çox hissəsini hövsələdən çıxarır, dövlətdən, dövlətçilikdən narazı salırlar.

Əslində, bu kimi problemin yaşanmasında günahkar təkcə Fərid İslamov deyil. Azərbaycan Respublikası Rabitə və informasiya Texnologiyaları Nazirliyi də həmçinin, ən az onlar qədər cavabdehlik daşıyır. Çünki, ölkə ərazisində internetin sürət səviyyəsi, şəbəkə problemi, həmçinin də xətlərin tez -tez kəsilməsi problem mütəmadi rastlaşdığımız problemlərdir. Dəfələrlə bu barədə vətəndaş müraciətləri olur. Eyni zamanda sosial media və şəbəkələrdə istifadəçi narazılıqları yer alır. Maraqlıdır ki, bu qədər narazılıqlar və narazılıq yaradan səbəblər, nazirliyi zərrə qədər narahat etmir.

Bu yerdə rəhmətlik Mirzə Ələkbər Sabirin bir şeiri yada düşür.
Deyir, "Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz"


Başqa ölkələrin yeni planetlər tapıb, orada torpaq aldığı, hətta az qala internet xətti belə çəkdiyi 21-ci əsrdə, Azərbaycanda köhnə internet kabelləri, "ənənəvi" internet problemləri yaşanır.

Rəsmi saytlarda gedən məlumatlarda, həmçinin hörmətli nazir bəzi çıxışlarında "ağız dolusu" "Ən son texnologiyalar ilə təhciz olunmaq"dan bəhs edir.
Təbii ki, elə də olmalıdır. Amma, sözdə deyil, realda. Çünki, bunun üçün təbii ki, dövlət büdcəsindən müəyyən məbləğlər də ayrılır.

Ortaya çıxan işdə isə nə müasirlik gözə dəymir, nə də keyfiyyət.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Dogruxeber.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər